BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Regionda sülhə və sabitliyə təhdid olan Ermənistan dövləti yenə də öz xain xislətindən geri qalmır. Eyni zamanda, rəsmi İrəvan imzaladığı 10 noyabr Bəyanatında öz üzərinə götürdüyü öhdəliklərin heç birinə əməl etmir, yeni-yeni təxribatlara əl atmaqla zaman qazanmağa çalışır. Bütün dünya Ermənistanın necə riyakar, ikiüzlü və terror dövlət olduğuna şahidlik edir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistana dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, rəsmi İrəvan bu xəbərdarlıqlardan heç bir nəticə çıxarmır. Ermənistan hakimiyyəti, erməni xalqı və onların revanşist qüvvələri birmənalı şəkildə anlamalıdır ki, törətdikləri istənilən təxribatın qarşısı müzəffər və qalib Azərbaycan Ordusu tərəfindən layiqincə alınacaq.“Avqustun 3-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilən “Qisas” əməliyyatı da bir daha bu deyilənlərə bariz sübutdur. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, xeyli sayda qanunsuz erməni silahlı dəstələrinin canlı qüvvəsi məhv edildi və yaralandı, düşmənin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi. Ermənistan hakimiyyəti bir daha anlamalıdır ki, dəmir yumruq yerindədir və istənilən zaman başlarına enə bilər. Yaxşı olardı ki, İkinci Qarabağ müharibəsindəki biabırçı və ağır məğlubiyyətlərini unutmasınlar. Baş verən bütün təxribatların qarşısı rəşadətli Azərbaycan Ordusu tərəfindən layiqincə alınacaqdır və təxribat xarakterli addımlar Ermənistanı peşman edəcək. Regionda sülhə təhdid olan Ermənistan dövləti təxribat xarakterli addımları ilə öz sonunu yaxınlaşdırır”, - deyə deputat əlavə edib.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər