BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Son iki gün, o qədər maraqlı, dolğun, yaxşı mənada gərgin keçib ki, vacib xəbərlər o qədər böyük tezliklə bir-birini əvəzləyir ki, birinin əsl mahiyyətini tərk etməmiş, növbəti xəbərlə tanış olmağa məcbur olursan. Bu mənda bu günlər baş verən hadisələrlə, imzalanmış sənədlərlə bağlı ətraflı və tam olaraq mahiyyətini və əhəmiyyətini açıqlayan fikir söyləmək, mövqe bilidrmək çox çətindir. Əminəm ki, bu hadisələr, sənədlər gələcəkdə çox tarixçilər, politoloqlar arşadırma, tədqiqat mənbəyi olacaq, bununla bağlı ciddi elmi əsərlər ərsəsyə gələcək. Bu sənədlərin siyasi yükü və tarixi əhəmiyyəti, əsl möhtəşəliyi onda tam dərk olunacaq. Axı qəbuledilmiş bir həqiqət var ki, insan bir çox hallarda iştirakçısı və şahidi olduqğu hadisələrin böyüklüyünün, əhəmiyyətinin, vaciliyinin fərqinə varmır, həmin hadisə əsl qiymətini zaman keçdikcə alır. 
  Amma artıq indinin özündə, necə deyərlər isti-isti belə, 08.08.2025-ci il ölkəmiz və regionumuz, əminəm dünya üçün də çox bir vacib və tarixi əhəmiyyət kəsb etdiyi hiss olunur. Artıq informasiya məkanında, dünya mətbu orqanlarında, analitiklərin açıqlamalarında bu görüşlə bağlı pozotiv fikirlər, rəylər yayılır,  bu hadisənin regionda davamlı sülhə xidmət etdiyi bildirilir. Bu gün də baş tutumuş üçtərəfli görüşü, həm Azərbaycanın, həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın tarixi, gələcək taleyi baxımından mühüm dönüş nöqtəsi və regionda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisə kimi qiymətləndirmək olar. Qəbul ediımiş sənədlər özündə tərəflər arasında  diplomatik münasibətlərin bərpasını, ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsini, həmçinin kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin bərpasını ehtiva edir. 
  Bir çoxlarımız bəlkə də obyektiv və subyektiv səbəblərdən bu günün əhəmiyyətini, möhtəşəmliyini, nəhəng tarixi mənasını sonadək dərk edə bilmirik. Amma bu günə 1988-ci il, 1990-ci ilin, 1994-cü illərin və sonrakı illərin prizmasından yanaşmaq, ilk olaraq bu gün qürurla Xankəndi deyə adlandırdığımız və bu adı artıq xoş və zor dünyaya yedizdirə bildiyimiz, amma hələ keçən əsrin 80-ci illərində erməni separatizminin, daşnakların yuvası olan şəhərdən "Miasum" şüarları ilə başlayan,  Qərbi Azərbaycandan həmvətənlərimizin qətlə yetirilməsi, ev-eşiklərindən, ocaqlarından didərgin salınması ilə davam edən, sovet ordusunun silahlandırdığı “saqqalı quldurların” əli ilə və bir çox hallarda isə bilavasitə rus əsgərinin özlərinin həyata keçirdiyi Kərki, Malıbəyli, Kərkicahan, Xəlfəli, Kosalar, Bağaniz Ayrım, Sofulu və s. kimi kəndlərimizin işğalı, daha sonra şəhərlərimizin Şuşanın, Kəlbəcərin, Ağdamın, Laçının, Qubadlının, Zəngilanın, Füzulinin, Cəbrayılın   süqutu, Xocalı soyqırımı və s. kimi faciələri ilə daha da kəskinləşən, ağırlaşan prosesi yaşamış, (əlbəttə hadislərin iştirakçısı olan, o anları yaşayanlar bunu daha həssas və içdən hiss edə bilər) “ölüb-dirirlmiş” sakinlərin, döyüşçülərin, insanların gözü ilə baxmaq tamam başqa hiss yaradır. 30 ildən artıq ərzində "torpalqarının 20 %-i işğal olunmuş", "məğlub xalq" damğası ilə yaşayan, illərdi çiyinlərində "ağır minnəti" daşıyan, bəzən rişxənd və kinayə obyektinə çevrilən, lakin sınmayan,  ATƏT-in, Rusiyanın, müxtəlif beynəlxaql qurumların, institutların  və s. kimi "vasitəçilərin" saxta və sanki ələ salırmış kimi "sülh təkliflərini" qəbul etməyən və bütün təzyqilərə müqavimət göstəməyi bacaran və  nəhayət, torpaqlarımızın azad olunması, suverenliyin bərpa oluması uğrunda 2020-ci ildə başlayan mübarizə 8 noyabr "Zəfər"-i nəticələnən və 2023-cü ilin sentyabr ayının 20-də  antiterror əməliyytaları ilə bu uğuru daha möhkəmləndirən, bu uzun, əzab-əziyyətli, kəşməkeşli yolu çiyi-çiyinə keçən, bütün maneələri dəf etməyi bacaran bütöv, mübariz xalqın nümayənəsii olaraq, bu uğurlu və xoşbəxt nəticəni görmək ayrı zövqdür!  Hər bir Azərbaycan vətəndaşının, dünya azərbaycanlılarının, bütöv türk dünayasının qürur duya biləcəyi gündür. 
    Əlbəttə ki, bu hadisənin, razılaşdırlmış sənədlərin ilk növbədə ölkəmizə, regional və qlobal faydası, bu günə və gələcəyə yönəlik əhəmiyyəti daha böyük və önəmlidir. Belə ki:
- Bu, ilk növəbədə 30 ildən artıq davam edən minlərlə insanların ölümünə, tarix və mədəniyyət abidələrinin və infarsturkurların dağıdılmasına səbəb olan münaqişənin, müharibənin bitməsidir. Müharibə hər iki tərəfdən çox sayda insan təlafatına səbəb olmaqla yanaşı, hər iki dövlət üçün ağır bir iqtisadi yük idi. 
- Bu Azərbaycan siyasi rəhbərliyinin, diplomatiyasının, gələcəkdə dərsliklərə düşə biləcək, tədris olunacaq, əhəmiyyətli bir uğurudur, hərb meydanında, döyüşlərdə qazanılmış de-fakto qələbəni, de-yure imzalı, möhürlü sənədlə təsdiqidir. Bu heç kimin, hətta ən qatı düşmənlərimizin belə etiraf etməli olacağı bir faktdır, bir həqiqətdir. Əlbəttə ki, dövlətimiz bu sazişin olub-olmamasından asılı olmayaraq, hərbi, iqtisadi və diplomatik müstəvidə qalib tərəf idi, amma bu fakt onun öz mövqeyini daha da möhkəmləndirməsini, dünyada nüfuzunun daha da artmasını təsdiqləyir. Qalib dövlət olmasına baxmayaraq, ölkəmizin xeyirxah təşəbbüslə çıxış etməsi, belə bir Sazişin paraflanması sülhpərvər mövqeyinin təzahürü və beynəlxaql imicinə müsbət təsir edən amildir.  
- Bu tarix boyu regionda aqressiv, revanşist, qonşularına qarşı daim ağlasığmaz iddilarla çıxış edən, separatçılığın, dini və milli ayrıseçkilyin mənbəyi və təşəbbüskarı kimi çıxış edən bir dövlətin artıq öz ənənəvi mövqeyindən əl çəkərək, ziddiyyətlərin əvəz edilərək normal qonşuluq, qarışılqlı hörmət və əməkdaşlıq şəraitində yaşamaq rejiminə keçməsi, nəticə etibarı ilə  regionda təhlükə və müharibə ocağının sönməsi deməkdir. 
Münaqişənin bitməsi maraqlı qüvvələrin, xüsusilə imperiya amsiyalarından əl çəkmək istəməyən bəzi dövlətlərin həm Azərbaycana, həm də Ermənistana qarşı mütəmadi olaraq istifadə etdiyi təzyiq vasitələrinin, təsir rıçaqlarının darmadağın olması deməkdir. Bu mənada tərəflərin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanması xüsusi əhəmiyyət kəsb edir. Bu uzun illər özündən razı, yarıtmaz, qeyri-səmimi Avropa məmurlarının regiondan ayaqlarının birdəfəlik kəsilməsi, “sülh təklifləri”, “güzəştlər” və s. kimi  saxta, lazımsız cızma-qaraların, kağız-küğuzların “görbagör” olamasıdır.  
- Ölkələr üçün yeni iqtisadi, siyasi və sosial imkanlarının, yeni ticarət imkanlarının, qlobal iqtisadi əməkdaşlıq sistemində vacib vasitəçilik, tranzit imkanlarının yaranması, yəni ölkələrin iqtisadi inkişaf perspektivlərinin açılması deməkdir. Bu proses dövlətlər, bütövlükdə  region üçün yeni iqtisadi imkanlar, tranzit layihələrə qoşulmaq şansı və qlobal əməkdaşlıqdan faydalanmaq deməkdir
- Bu gələcəkdə regionda sülh və təhlükəsizliyə zəmin yaradaraq, Cənubi Qafqazın beynəlxaql hüququn əsas prinsiplərinə: dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və bərabər hüquqa əsaslanan yeni münasibətlər qurulması ilə yanaşı, regionunun iqtisadi yüksəlişi, dünya siyasi coğrafiyasında yeni rifah və əmin-amanlıq bölgəsinin (Baltikyanı ölkələr kimi) yaranmasının əsasının qoyulmasına verilən şansdır, 
- Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması və buna parallel olaraq SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” və  “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanması isə Azərbaycan Respublikası ilə ABŞ arasında münasibətlərin yeni, daha yükəsk müstəviyə keçməsinə dəlalət edir. Qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək bu sənəd gələcəkdə enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsini nəzərdə tutur.   Razılaşamalara görə Azərbaycan-ABŞ əlaqələri uzunmüddətli və sistemli plan əsasında inkişaf etdiriləcək, davamlı siyasi dialoq və koordinasiya mexanizmləri formalaşdırılacaq. Eyni zamanda, bu sənəd dünyanın ən qüdrətli ölkəsi olan ABŞ-nin Azərbaycanı qlobal miqyasda strateji əhəmiyyətə malik tərəfdaş kimi qəbul etdiyini nümayiş etdirir. Deyərdim bu iki dövlət arasında münasibətlər hələ bu qədər yüksək və qarşılıqlı faydalı  olmamışdı.
- Ayrıca olaraq vurğulamaq lazımdır ki, 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanmasının ölkəmiz üçün əlamətdar olması ilə yanaşı, qlobal mənada əlahəzrət “ədalətin” bərpası, təşəkkül tapması baxımından əhəmiyyətlidir. Bu fakt təkcə siyasi mahiyyət daşımır, həm də mənəvi yükə malikdir. Hələ, düzəlişin qəbul edirldiyi həmin dövrdə də, dövlətlərin də, siyasi liderlərin də, dünya ictimaiyyətinin də bildiyi, lakin cüzi hissənin dilə gətirdiyi bir həqiqət var idi, bu sənədə görə əslində ərazilərinin 20 faizi işğal edilən, yüz minlərlə qaçqın və məcburi köçkünü olan Azərbaycan deyil, bütün bu cinayətləri törədən, işğalçı Ermənistan ABŞ-ın yardımını ala bilərdi. Yəni məhdudiyyət, cəza təcavüzkar, cinayətkar tərəfə deyil, məhz işğala məruz qalan tərəfə yönəlmişdi. Bu da, beynəlxalq hüququn prinsiplərinə, ədalət, humanism, əxlaq və mənəviyyat anlayışlarına daban-dabana zidd idi. Əminəm ki, ABŞ-ın hazırki siyasi rəhbərliyinin bu davranışı Azərbaycanla ABŞ arasında strateji əməkdaşlığı gücləndirmək və qarşılıqlı etimadı möhkəmləndirməklə yanaşı, ədalətin bərpası baxımından dünyanın bir nömrəli dövlətinin beynəlxalq imicinə də müsbət təsir edəcək. 
- Nəhayət, son beş ildir ki, mübaliğəsiz deyə bilərik ki,  dünyanın diqqət mərkəzində olan, həm qlobal, həm də ölkədaxili səviyyədə daim müzakirə olunan, öz merkantil maraqlarından çıxış edən bir sıra dövlətlərin mübahisə predmetinə çevrilən, hər iki dövlət üçün, region üçün müstəsna əhəmiyyət kəsb edən, qlobal iqtisadi əlaqələr baxımından böyük mahiyyət daşıyan Zəngəzur dəhlizi ilə bağlı da ortaq mövqe əldə olunub. Birgə Bəyannamədə  regionda nəqliyyat və kommunikasiyalarının açılması və bu çərçivədə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğuna dair bənd, həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunub. Təbii bu cür razılaşmanın əldə olunması və bunun arxasında məhz ABŞ-ın durması regionnda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, yeni siyasi reallıqlar da yaradır. Məhz Zənəgəzur dəhlizi ilə bağlı mütamadi olaraq həm şimaldan, həm də cənubdan, həmin dairələrin maraqlarına uyğun olan, lakin bizim maraqlarımıza zidd olan müxtəlif bəyanatlar verilib, “qırmız xətt” və s. bu kimi hədə-qorxular səsləndirilib. Əminəm ki, bu sənəd bu cür manipulyasiyaların, siaysi hoqqabazlıqların qarşısını birdəfəlik alacaq.
- Son və ən vacibi isə odur ki, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflanması, üçtərəfli görüşün nəticəsinə dair Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir və  regionda uzunmüddətli sabitliyin təmin olunması istiqamətində ən mühüm mərhələdir. Bütövlükdə geniş mənada bütün region, o cümlədən Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyən hər kəsin ürəyindən olan bu addımın gələcəkdə böyük əhəmiyyəti olacaq. Bu regionda artıq 200 ildən çoxdur ki, hökmranlıq edən, “parçala, hökm et!” siyasəti ilə daim münaqişələr yaradan, xalqları bir-birinə qarşı qoyan, düşmənçilik toxumu səpən və bu yolla da öz imperialist niyyətlərini həyat keçirən Rusiyanın Cənubi Qafqazdan uzaqlaşıdırlması prosesinin başlanğıcı oldu. Təbii ki, şovinist düşüncəli, imperiya ambisiyalarından əl çəkmək istəməyən qonşularımız bu vəziyyətlə razılaşmaq istəməyəcək, regionda qalıb, klassik imperialist və “velikorus” ideologiyasına söykənən istəklərini təmin etmək üçün yeni oyunlar fikirləşəcək, yeni hoqqalar çıxarmğa, fitnələt törətməyə çalışacaq, müxtəlif təzyiq və təsir vasitələrinə əl atacaqlar. Amma əminəm bunların heç bir faydası olmayacaq, artıq necə deyərlər “tilsim qırıldı”, özləri demişkən “лед тронулся”! Cənubi Qafqaz tarixində yeni bir dövr başlayır. 
   Epiloq əvəzi: Əlbəttə ki,  “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistanın Konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.  İnanırıq ki. Ermənistan tərəri bu şərtə qeyd-şərtsiz əməl edəcək və “Sülh müqaviləsi” yekin sənəd kimi imzalanacaq və hər iki dövlət tərəfindən ratifikasiya olunacaq. 

SİYASİ ŞƏRHÇİ
ƏHMƏD N. ABBASBƏYLİ

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər