BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan üçtərəfli Birgə Bəyannamə ərəb ölkələrinin media orqanlarında geniş şəkildə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Qələbədən sonra sülh – Liderin tarixi missiyası” sərlövhəli analitik məqaləsi Küveyt, Misir, Mərakeş, Əlcəzair və Mavritaniyanın bir sıra xəbər portallarında dərc olunub.

Məqalədə vurğulanır ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda uzunmüddətli münaqişənin başa çatması və dayanıqlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Sənədə əsasən, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü tanıyır, regionda yeni iqtisadi və nəqliyyat əlaqələrinin qurulması istiqamətində razılığa gəlirlər.

Qeyd olunur ki, bu razılaşma Azərbaycanın həm diplomatik, həm də hərbi zəfərlə təsdiqlənmiş üstün mövqeyinin hüquqi-siyasi tanınmasıdır. 2020-ci ilin Vətən müharibəsində əldə edilən Qələbə ilə Prezident İlham Əliyev regionun geosiyasi mənzərəsini dəyişdi, işğal altındakı əraziləri azad etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Lakin əsl liderlik yalnız hərbi qələbə ilə deyil, həm də sülhə nail olmaqla ölçülür. Bu mənada, Prezident Əliyev müharibə meydanında qazandığı üstünlüyü diplomatik arenada da möhkəmləndirərək sülhün əsas memarına çevrildi.

Yazıda, həmçinin bildirilir ki, bu sülh sənədi yalnız silahlı münaqişənin sonlanması deyil, həm də yeni iqtisadi və sosial inteqrasiya prosesinin başlanğıcı ola bilər. Azərbaycan üçün bu, işğaldan azad edilmiş ərazilərdə bərpa və reinteqrasiya proseslərinin sürətlənməsi, eyni zamanda, regional tranzit imkanlarının genişlənməsi deməkdir. Ermənistan üçün isə bu, uzun illər davam edən siyasi və iqtisadi izolyasiyadan çıxmaq üçün tarixi bir fürsətdir.

image-17551625591643316795_1200x630 image-17551625592814253069_1200x630 image-17551625594827856337_1200x630 image-1755162559909561581_1200x630

 

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər