BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini dəstənin hücumunu pisləyib. Bu haqda DFJD sədri Fuad Hüseynzadə bildirib ki, siyasi sabitliyin hökm sürdüyü, ictimai asayişin yüksək səviyyədə qorunduğu ölkələr daha çox inkişaf edirlər: “Bu baxımdan Azərbaycan dövlətinin də əsas məqsədi ölkədə ictimai-siyasi sabitlik yaratmaqdır. Hazırda Azərbaycanda siyasi sabitlik yüksək səviyyədədir və ictimai asayiş aidiyyəti qurumlar tərəfindən qorunur. Azərbaycanın bu kimi uğurlarını ölkəmizdə səfərdə olan ən inkişaf etmiş ölkələrin rəhbərləri belə, dəfələrlə etiraf ediblər və digər dövlətlər üçün nümunə çəkiblər. Bütün bunlar Azərbaycana düşmən olan dövlətləri və onların lobbisini, eyni zamanda dövlətimizin inkişafını istəməyən xarici qüvvələri narahat edir. Onlar, xüsusən Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsini həzm edə bilmirlər və buna görə də ölkəmizə qarşı kəskin şəkildə aqressiv planlar yürütməyə cəhdlər edirlər. Buna görə də Azərbaycan daxilində ictimai-siyasi sabitliyin pozulması üçün hər hansı addım atmağa cürət etməyən müxtəlif dairələr, xaricdə ölkəmizlə bağlı təxribatlar törətməyə çalışrlar. Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini dəstənin hücumu da məhz bununla bağlıdır. Səfirliyin binasında vandalizm aktının törədilməsi, milli atributlarımıza qarşı hörmətsizlik qəbuledilməzdir. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi olaraq Londondakı səfirliyimizdə baş verən bu təxribat əməllərini pisləyirik”. 

Fuad Hüseynzadə deyib ki, bu insident Diplomatik əlaqələr haqqında 53 maddədən ibarət Vyana Konvensiyasının birbaşa pozulmasıdır: “Vyana Konvensiyasına uyğun olaraq Azərbaycanın Londondakı səfirliyinin, o cümlədən diplomatlarımızın təhlükəsizliyinin təmin edilməsi Britaniya hökümətinin üzərinə düşən öhdəlikdir. Təəssüf ki, Britaniya polisi bu hadisə zamanı sanki sadəcə müşahidəçilik edib. Şübhəsiz ki, Azərbaycan və Böyük Britaniyanın aidiyyəti qurumları tərəfindən bu təxribatın detalları birgə araşdırılacaq, əsl sifarişçilər və səbəbkarlar müəyyən olunacaq. Lakin heç bir dövlət və ya qurum Azərbaycanı təhdid, terror və ya təxribatla qorxuda bilməz. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü özü təmin edən müstəqil dövlətdir. İstər daxildə, istərsə də xaricdə Azərbaycana qarşı təxribat törədənlər heç zaman öz istəklərinə çata bilməyəcəklər. Azərbaycan belə təxribatlara lazımi formada cavab verəcək, özünün ərazi bütövlüyünü və milli təhlükəsizliyini qoruyacaq gücə malik olan dövlətdir”.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər