BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına bir il ərzində ikinci dəfə həyata keçirdiyi rəsmi səfər iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər sadəcə diplomatik protokol hadisəsi deyil, həm də geosiyasi, iqtisadi və texnoloji baxımdan böyük əhəmiyyət daşıyır. Çin kimi qlobal gücün lideri ilə ardıcıl görüşlərin keçirilməsi Azərbaycanın xarici siyasətində Asiya regionu ilə əməkdaşlığa verdiyi xüsusi önəmi nümayiş etdirirməklə yanaşı, Pekinlə əlaqələrin strateji xarakter aldığını təsdiqləyir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Çin səfərinin mühüm məqamlarından biri “ŞƏT plyus” formatında keçirilən görüşlər oldu. Dövlət başçısı burada çıxış edərək, Azərbaycanla Çin arasında səmimi və dost münasibətlərin mövcud olduğunu, əməkdaşlığın hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğuladı. İlham Əliyev bu il imzalanmış Azərbaycan–Çin strateji tərəfdaşlığına dair Birgə Bəyanatı tarixi hadisə adlandırdı və bunun iki ölkə münasibətlərində yeni səhifə açdığını qeyd etdi. Həmçinin, cənab Prezident çıxışında Azərbaycanın beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəklədiyini bildirdi.
“ŞƏT plyus” görüşündə Prezident İlham Əliyev Azərbaycanın çoxvektorlu siyasət kursuna sadiq olduğunu bir daha bəyan etdi. O, həmçinin Zəngəzur dəhlizinin yaxın gələcəkdə Orta Dəhliz və Şimal–Cənub dəhlizinin əsas seqmentlərindən birinə çevriləcəyini bildirərək, bu layihənin regional sülh, çoxtərəfli tərəfdaşlıq və iqtisadi inteqrasiya üçün mühüm imkanlar yaratdığını diqqətə çatdırdı.
Avqustun 31-də Tiencində keçirilən görüşdə Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyən bəyanatlar verdilər. Si Cinpin son 30 ildə iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı, energetika, rəqəmsallaşma və nəqliyyat sahələrində geniş imkanların mövcud olduğunu qeyd etdi. Prezident İlham Əliyev isə Çinlə əlaqələrin Azərbaycanın xarici siyasətində prioritet olduğunu bəyan edərək, Orta Dəhlizin “Bir kəmər, bir yol” təşəbbüsündə rolunu xüsusi qeyd etdi.
Prezident İlham Əliyevin səfəri Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə mövqeyini daha da möhkəmləndirdi. Çin üçün Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycan, nəqliyyat-logistika sahəsindəki üstünlükləri ilə xüsusi əhəmiyyət kəsb edir. Bakı–Tbilisi–Qars dəmir yolu və yaxın gələcəkdə reallaşacaq Zəngəzur dəhlizi Çinin Avropaya çıxışında alternativ marşrut kimi strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin mühüm seqmentinə çevriləcək.
Azərbaycanın enerji ehtiyatları Çin bazarı üçün yeni imkanlar açır. Bununla yanaşı, tərəflər bərpa olunan enerji, enerji səmərəliliyi, rəqəmsal idarəetmə və süni intellekt kimi sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Prezident İlham Əliyevin səfəri çərçivəsində əsas hədəflərdən biri də Çin kapitalının Azərbaycanın qeyri-neft sektoruna yönəldilməsi, sənaye parklarına və kənd təsərrüfatına sərmayələrin artırılmasıdır. Bu isə ölkəmizin iqtisadi diversifikasiyasına və texnoloji modernləşməsinə xidmət edir.
Azərbaycan–Çin münasibətləri təkcə iqtisadi və siyasi sahələrlə məhdudlaşmır. Təhsil və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi, universitetlərarası əlaqələr, tələbə mübadiləsi və mədəni layihələr xalqlar arasında yaxınlığı artırır. Bu, həm də iki ölkə arasında siyasi etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Çin səfəri Azərbaycan–Çin münasibətlərinin yeni səhifəsini açdı. Bu səfər siyasi etimadın güclənməsi, iqtisadi əməkdaşlığın dərinləşməsi və Asiya ilə əlaqələrin genişlənməsi baxımından xüsusi tarixi əhəmiyyət daşıyır. “ŞƏT plyus” formatında səslənən mesajlar isə Azərbaycanın çoxvektorlu siyasətinin qlobal miqyasda qəbul olunduğunu göstərdi. Beləliklə, Azərbaycan Çinlə əməkdaşlığı dərinləşdirməklə həm iqtisadi diversifikasiya və texnoloji modernləşmə hədəflərinə yaxınlaşır, həm də regional və beynəlxalq arenada sabitlik və tərəfdaşlığın etibarlı dayağı kimi mövqeyini möhkəmləndirir. Millət vəkili Tamam Cəfərova belə deyib.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər