BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu ilin avqust ayının 21-də AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Milli Hidrometeorogiya Xidmətinin şöbə müdiri, iqlim dəyişmələri və dayanıqlı inkişaf məsələləri üzrə beynəlxalq ekspert, dosent Fuad Hümbətov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası tərəfindən Paris Sazişinin 6.4 maddəsinin icrasına normativ nəzarət məqsədilə dünya üzrə 15 ekspertdən ibarət yaradılmış mötəbər şuraya dörd il müddətinə üzv seçilmişdir. Belə ki, qeyd olunan şura Paris Sazişinin 6.4 Maddəsinin icrası ilə əlaqədar müvafiq qaydaların düzgün icrasına nəzarət məqsədilə xüsusi yaradılmışdır və “Müraciət və Şikayət” (Appeal and Grievance) adlanır.

Demokrat.az-ın məlumatına görə,  Paris Sazişinin 6.4-cü maddəsi iqlim dəyişmələrinə səbəb olan istixana effekti yaradan qazların emissiyalarının azaldılması, yəni mitiqasiya  məqsədilə karbon kreditlərinin ticarəti üçün BMT tərəfindən idarə olunan qlobal karbon bazarını, yəni Paris Sazişinin Kreditləşmə Mexanizmini (Paris Agreement Crediting Mechanism) tənzimləyir. Bu maddə iqlim dəyişmələri ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığı təşviq edir, ölkələrə və özəl sektor subyektlərinə öz emissiyalarının azaldılması vahidləri ilə ticarət etməyə imkan verir.  

Belə bir mötəbər şuraya üzv seçilmiş F.Hümbətov həm də Azərbaycan Respublikası  Sədrliyi və ev sahibliyi ilə 2024-cü ilin noyabr ayının 11-24 tarixlərind müvəffəqiyyətlə təşkil edilmiş COP29-da milli danışıqçılar qrupunun üzvü olmuş və tədbirin hazırlanması, təşkilində fəal iştirakına görə AR Prezidenti cənab İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. Maraqlıdır ki, məhz COP29-da Paris Sazişinin 6-cı maddəsi üzrə danışıqları prosesində çox mühüm nəticələr əldə edilmişdir.

Onu da əlavə edək ki, F.Hümbətov 2024-cü ilin aprel ayında BMT-nin Asiya, Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən keçirilmiş seçkilərdə UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Ekspertlər Qrupunun ilk sədri seçilmişdir. Qeyd edək ki, UNESCAP Azərbaycan, Türkiyə, Rusiya, Çin, Hindistan, Yaponiya, Pakistan, İndoneziya, ümumilikdə Asiya və Sakit Okean bölgəsində 53 ölkəni, o cümlədən Fransa və ABŞ-I birləşdirir və bölgədə makroiqtisadi siyasət, yoxsulluğun azaldılması, ticarətin inkişafı, o cümlədən ətraf mühit, iqlim dəyişmələri və dayanıqlı inkişaf məsələləri üzrə üzv-dövlətlərə dəstək verir, bu sahələr üzrə dövlətlər arasında əməkdaşlığın inkişafına töhfə verir.

F.Hümbətov həm də İkiillik Şəffaflıq Hesabatları (BTR) hazırlanması üzrə UNFCCC-nin yoxlayıcı beynəlxalq ekspertidir. O, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini və 1994-cü ildə MEA-da aspiranturanı fərqlənmə diplomları ilə bitirmişdir. 1994-cü ilin mayında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir, hazırda doktorluq dissertasiyasını yekunlaşdırır. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, həm  də Brüssel Azad Universitetinin (Université Libre de Bruxelles), Avropa Beynəlxalq Münasibətlər İnstitutu nəzdindəki Diplomatiya Akademiyasının (Belçika) və UNFCCC nəzdində GHG İdarəçilik İnstitutunun (GHG Management İnstitute) məzunudur.

F.Hümbətov İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPPC) və “Horizon Europe” proqramının Milli Əlaqələndiricisidir. O, həm də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir, dayanıqlı inkişaf, iqlim dəyişmələri, enerji diplomatiyası üzrə 80-dən artıq məqalə və 4 monoqrafiyanın müəllifidir. 2025-ci ildə onun AR-də ilk dəfə iqlim diplomatiyasi üzrə dərsliyi işıq üzü görmüşdür.

Bununla yanaşı, F.Hümbətov 2002-2009-cu illərdə AR Xarici İşlər Nazırliyində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Belə ki, 2002-ci ildə ATƏT-in Gürcüstan Respublikasındakı Müşahidə Missiyasının tərkibində fəaliyyət göstərmiş, 2002-2009-cu illərdə isə AR-in Belçika Krallığındakı Səfirliyinin və Avropa Birliyi yanında Daimi Nümayəndəliyinin birinci katibi vəzifəsində çalışmışdır. O, “Xocalı faciəsinin” Avropa Komissiyası tərəfindən tanınması (2008), erməni diasporasına qarşı “Le pouvoir du Lobby” kitabının hazırlanması və yayılması (2006), Haaqa şəhərində “Xocalı qurbanları” abidəsinin ucaldılması və diaspora mövqeyindən digər fəaliyyətlərə bilavasitə rəhbərlik etmişdir(//az.wikipedia.org/wiki/Fuad_H%C3%BCmb%C9%99tov)

2024-cü ildə UNEP tərəfindən Emissiya Boşluqları Hesabatının (EGR) hazırlanmasında rəyçi və Rəhbər Komitənin üzvü kimi iştirak etmişdir.

O, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı (2023), yubiley medalı, fəxri fərman və digər mükafatlarla təltif edilmişdir.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər