BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Konstitusiya və Suverenlik ili" çərçivəsində Möhtərəm Prezident İlham Əliyevin qlobal əhəmiyyətli xarici siyasətinin işıqlandırılmasında (QHT)-lərin rolu mövzusunda Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında Qeyri-Hökumət Təşkilatları ilə görüş keçirilib.
Önder.tv xəbər verir ki, görüşdə “Prezident İlham Əliyevin qlobal əhəmiyyətli xarici siyasətinin işıqlandırılmasında (QHT)-lərin rolu” mövzusunda müzakirə aparılıb.
Tədbiri açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev QHT-lərin cəmiyyətin inkişafındakı rolu və ictimai təşkilatlarla əməkdaşlığın əhəmiyyəti barədə danışıb. M.Nağıyev eyni zamanda gələcəkdə daha sıx və faydalı əlaqələrin qurulması istiqamətində fikirlərini bölüşüb. Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan M.Nağıyev diqqətə çatdırıb ki, xüsusilə Azərbaycan tarixi qələbədən və suverenliyini tam bərpa edəndən sonra yeni hədəflər müəyyənləşdirib: “Son illər həmçinin iqtisadiyyat, infrastruktur layihələri, təhsil, səhiyyə və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər əldə edilib. Bu da aparılan düzgün siyasətin nəticəsidir”.
M.Nağıyev onu da bildirib ki, Azərbaycanın beynəlxalq siyasi arenada mövqeyi güclənib, manevr imkanları genişlənib: “Azərbaycan cənab Prezidentin liderliyi ilə müxtəlif regionlarda mühüm siyasi və iqtisadi əlaqələrini genişləndirib və yeni əlaqələr qurub. Sülh prosesi istiqamətində ciddi addımlar atılıb. Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə tarixi uğurdur və Azərbaycanın bütün şərtləri həm Ermənistan, həm də ABŞ tərəfindən qəbul edilib...”.
Tədbirdə eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin" sədri İlqar Orucov, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni, "Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları"İctimai Birliyin sədri Bəhruz Məmmədzadə, şəhid ailələri Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin müavini Şirinov Ramin
və veteranları" ictimai Birliyin sədri Bəhruz Məmmədzadə, "Gənc Vətənpərvərlər" İctimai Birliyinin sədri Müqamət Əliyev, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, Demokrat.az saytının Baş redaktoru Vasif Həsənli, "İnkişafa və islahatlara Dəstək" İctimai Birliyin sədri Ramil Əliyev və digərləri çıxış edərək, öz fikirlərini bölüşüblər.



















 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər