BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Müzəffər Ali Baş Komandan İlham ƏliyevBu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir

Cənubi Qafqazın ən mürəkkəb və qanlı münaqişələrindən biri olan Qarabağ problemi, təkcə 1988-ci ildən başlayan hərbi qarşıdurma ilə deyil, həm də 200 ildən artıq bir tarixi fonla xarakterizə olunur. Bu münaqişənin kökləri, ermənilərin çar Rusiyası dövründə Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi və sonrakı illərdə aparılan planlı işğalçılıq, saxtakarlıq siyasəti ilə birbaşa əlaqəlidir. Rəsmi İrəvanın bu siyasəti, təkcə ərazi iddiaları ilə məhdudlaşmayıb, eyni zamanda tarixi, mədəni və demoqrafik saxtakarlıq aktları ilə müşayiət olunub. Nəticə etibarilə, bu siyasət regionda uzunmüddətli sülhə, sabitliyə və birgəyaşayışa ciddi zərbə vurmuşdur. Ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi prosesi XIX əsrin əvvəllərində — 1804–1813-cü illər Rusiya-İran müharibəsi və 1826–1828-ci illər Rusiya-Qacar müharibəsi nəticəsində bağlanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonra sürətlənmişdir. Bu müqavilələrə əsasən, Rusiya imperiyası Azərbaycanın şimal torpaqlarını işğal etmiş və əhalisinin tərkibini süni şəkildə dəyişdirməyə başlamışdır.

Ermənilərin köçürülməsindən sonra bir sıra bölgələrdə – xüsusilə Zəngəzurda və İrəvanda – azərbaycanlılar sistemli şəkildə sıxışdırılmış, öz yurdlarından zorla çıxarılmışdır. XX əsrin əvvəllərində erməni silahlı dəstələri tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində yüz minlərlə azərbaycanlı öz ata-baba yurdlarını tərk etməyə məcbur olmuşdur. 1918–1920-ci illərdə erməni daşnak silahlıları tərəfindən İrəvan, Zəngəzur, Naxçıvan və Qarabağda on minlərlə dinc azərbaycanlı qətlə yetirilmişdir. SSRİ dövründə də bu proses dayandırılmamış, xüsusilə 1948–1953-cü illərdə Ermənistan SSR rəhbərliyinin təşəbbüsü ilə 100 mindən artıq azərbaycanlı ata-baba torpaqlarından deportasiya olunmuşdur.

1988-ci ildən etibarən Ermənistan açıq şəkildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddia irəli sürdü. SSRİ-nin süqutundan istifadə edən rəsmi İrəvan, sovet ordusunun dəstəyi ilə Qarabağda hərbi əməliyyatlara başladı. 1992–1994-cü illərdə baş verən Birinci Qarabağ Müharibəsi nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayon – Azərbaycanın 20%-i işğal olundu. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin düşdü, Xocalı kimi faciələr baş verdi.

2020-ci ilin 27 sentyabr səhəri Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, cəbhə boyunca Azərbaycan Ordusunun mövqelərini və sərhədyanı yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmuşdur. Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları başda olmaqla, bir çox mülki obyektlər və yaşayış evləri Ermənistan tərəfindən qəsdən və hədəflənmiş şəkildə atəşə tutulmuşdur. Bu təxribat nəticəsində, ilk gündəcə 11 dinc sakin, o cümlədən 2 uşaq həlak olmuş, onlarla mülki şəxs yaralanmış, evlər və mülki infrastruktur ciddi ziyan görmüşdür. Düşmənin bu qəfil və qəddar hücumu yalnız hərbi mövqelərə deyil, həm də mülki əhalini qorxutmağa və humanitar böhran yaratmağa yönəlmişdi. Bu faktlar beynəlxalq hüquq baxımından müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kateqoriyasına daxildir.

2020-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqların böyük hissəsi azad edildi. 2023-cü ildə isə antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladığı gündən etibarən yüksək peşəkarlıq, intizam və texnoloji üstünlük nümayiş etdirmişdir. Xüsusilə pilotsuz uçuş aparatları, yüksək dəqiqliyə malik silah sistemləri və operativ komanda qərargahının düzgün idarəetməsi nəticəsində düşmənin müdafiə xəttləri ard-arda yarılmışdır. Əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı sayəsində qısa müddət ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və digər bir sıra strateji əhəmiyyətli ərazilər azad edilmişdir. Nəhayət, 8 noyabr 2020-ci ildə Azərbaycanın mədəniyyət incisi olan Şuşa şəhəri müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Bu tarixi hadisə faktiki olaraq müharibənin taleyini müəyyənləşdirdi.

Ermənistanın apardığı bu siyasət BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına, Cenevrə Konvensiyalarına və bir çox beynəlxalq sənədlərə ziddir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan ordusunun Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb edilsə də, bu tələblər uzun illər ərzində yerinə yetirilməmişdi.

2020-ci ildə əldə edilmiş bu möhtəşəm qələbə şəhidlərimizin, qazilərimizin və bütün xalqımızın misilsiz fədakarlığı sayəsində mümkün oldu. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 27 sentyabr Anım Günü elan edilmişdir. Hər il bu tarixdə ölkənin hər yerində şəhidlərin xatirəsi ehtiramla yad olunur, onların qəhrəmanlığı gələcək nəsillərə nümunə kimi göstərilir. Anım Günü həm də Azərbaycan xalqının milli həmrəyliyinin, vətən sevgisinin, haqq və ədalət uğrunda apardığı mübarizənin rəmzidir. Bu gün yalnız matəm deyil, həm də milli qürur və şəhidlərimizin xatirəsinə ehtiram günüdür Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhidlərimiz haqqında danışarkən demişdir: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.

Tarix boyu rəsmi İrəvanın Azərbaycana qarşı apardığı işğalçı siyasət, yalnız hərbi təcavüz və ərazi iddiaları ilə məhdudlaşmayıb, eyni zamanda dərin ideoloji, mədəni və informasiya təxribatları ilə müşayiət olunmuşdur. Tarixin təhrif edilməsi, toponimlərin dəyişdirilməsi, mədəni abidələrin mənimsənilməsi və etnik təmizləmə aktları bu siyasətin əsas elementlərindəndir. Lakin Azərbaycan xalqının iradəsi, tarixi ədalətin bərpasına yönəlmiş mübarizəsi nəticəsində bu siyasət iflasa uğramış və Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan bu gün yalnız öz ərazi bütövlüyünü deyil, həm də tarixi və mədəni həqiqətləri müdafiə etməkdə davam edir.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər