BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın mütləq əksəriyyətinin – 98 faizindən çoxunun səsini qazandı

 1993-cü ilin 3 oktyabrı Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi, xalqın taleyində isə xilasa doğru atılmış ən mühüm addım oldu. Bu tarix Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin xalqın böyük etimadı ilə Prezident seçildiyi gündür. Ulu Öndərin hakimiyyətə qayıdışı, faktiki olaraq, ölkənin parçalanmaq təhlükəsindən, siyasi anarxiyadan, vətəndaş qarşıdurmasından qurtuluşu demək idi. Məhz bu gün müstəqil Azərbaycanın dövlətçilik əsaslarının möhkəmləndirilməsinin, sabitliyin və inkişafın təməli qoyuldu.

1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox keçmədən ciddi problemlərlə üzləşdi. Ölkədə siyasi rəhbərliyin səriştəsizliyi, idarəetmədə təcrübəsizlik və xaos, separatçılıq meyillərinin güclənməsi, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğalı, iqtisadi tənəzzül və sosial gərginlik Azərbaycanı uçuruma aparırdı. 1992-ci ilin iyun ayında AXC-Müsavat cütlüyü hakimiyyətə gəlsə də, ölkədə sabitlik təmin olunmadı. Əksinə, dövlət institutları zəiflədi, ordu birləşmələri arasında parçalanma dərinləşdi, Gəncə hadisələri, Surət Hüseynovun qiyamı və digər silahlı toqquşmalar vəziyyəti daha da ağırlaşdırdı. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi.

 Xalq arasında yaranmış ümidsizlik və böhrandan çıxış yolu axtarışı bir şəxsin – təcrübəli, müdrik və uzaqgörən lider Heydər Əliyevin ətrafında birləşməyə gətirib çıxardı. 1993-cü ilin iyununda xalqın tələbi ilə Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev Bakıya dəvət olundu və Azərbaycan Ali Sovetinin Sədri seçildi. Cəmi bir neçə ay sonra, oktyabrın 3-də keçirilən prezident seçkilərində xalq öz qəti sözünü dedi – Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın mütləq əksəriyyətinin – 98 faizindən çoxunun səsini qazandı. Bu nəticə təkcə bir liderə verilən səs deyildi – bu, xalqın sabitliyə, güclü dövlətə, inkişaf və rifaha olan ümidinin ifadəsi idi. Azərbaycan xalqı öz taleyini etibar etdiyi bir liderin – Ulu Öndərin ətrafında birləşdi.

 Prezident seçildikdən sonra Heydər Əliyev dərhal ölkədə sabitliyin bərqərar olunması, qanunun aliliyinin təmin edilməsi və dövlət institutlarının gücləndirilməsi istiqamətində addımlar atdı. Vətəndaş qarşıdurmasının qarşısı alındı, silahlı dəstələr tərksilah edildi, dövlət idarəçiliyində sistemli islahatlara başlanıldı. Eyni zamanda, xarici siyasətdə balanslaşdırılmış, çoxşaxəli bir yanaşma formalaşdı. Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmağa başladı. 1994-cü il sentyabrında imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının əsasını qoydu və ölkənin iqtisadi yüksəlişinə təkan verdi.

 3 oktyabr seçkiləri, əslində, 1993-cü ilin iyunundan başlanan Milli Qurtuluş prosesinin mühüm mərhələsi idi. Xalqın öz liderinə etimadı dövlətçiliyin qorunmasına, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olmasına zəmin yaratdı. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan yeni inkişaf yoluna çıxdı. O, müstəqil Azərbaycan dövlətinin memarı kimi tarixə düşdü. Azərbaycanın dövlətçilik tarixində əlamətdar və dönüş yaradan günlərdən biri 1993-cü il oktyabrın 3-üdür. Məhz həmin gün xalq öz böyük etimadını, xilaskar gözləntisini və gələcəyə olan inamını dahi şəxsiyyət – Ümummilli Lider Heydər Əliyevin adına bağladı. Bu gün yalnız bir prezident seçkisi deyildi, həm də yeni dövlət idarəçiliyi mədəniyyətinin, rasional və strateji düşüncəyə əsaslanan peşəkar siyasətin təməl daşı idi. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda idarəetmənin keyfiyyəti, məzmunu və fəlsəfəsi köklü şəkildə dəyişdi.

Heydər Əliyev təkcə Azərbaycan xalqının lideri deyil, həm də dünya miqyasında qəbul olunmuş, təcrübəsi və bilikləri ilə fərqlənən nadir siyasi simalardan biri idi. O, idarəetməyə sadəcə texniki fəaliyyət kimi deyil, bir elmi intizam, mükəmməl düşüncə və milli məsuliyyət tələb edən strateji bir proses kimi yanaşırdı.

Ulu Öndər siyasətin və idarəetmənin mahiyyətini belə izah edirdi: “Reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır”. Bu yanaşma onun həyata keçirdiyi bütün islahatların, qəbul etdiyi qərarların və apardığı strateji siyasətin bünövrəsində dayanırdı.

1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdə Azərbaycan sözün əsl mənasında dərin böhran içində idi. Ölkədəsiyasi xaos hökm sürürdü. Ordu bir neçə qruplaşmaya bölünmüşdü. İqtisadi iflic yaşanırdı. Separatizm və vətəndaş qarşıdurması reallıq halını almışdı. Belə mürəkkəb şəraitdə idarəetmədə hər bir səhv addım dövlətin məhv olmasına səbəb ola bilərdi. Lakin məhz Heydər Əliyevin uzaqgörənliyi, analitik təfəkkürü və idarəçilik təcrübəsi sayəsində bu proseslər tədricən nəzarət altına alındı. İlk növbədə dövlət institutları bərpa edildi, idarəetmə sisteminə intizam və funksionallıq gətirildi, ordu vahid komandanlığa tabe etdirildi, silahlı dəstələr ləğv olundu.

Heydər Əliyevin idarəçilik fəlsəfəsində kadr məsələsi xüsusi yer tuturdu. O, peşəkar, bacarıqlı və dövlətə sədaqətli kadrların yetişdirilməsinə və vəzifəyə gətirilməsinə böyük önəm verirdi. Ulu Öndər deyirdi: “Kadr məsələsi hər şeyə təsir edən əsas amildir”. Bu prinsipə əsaslanaraq o, savadsız və populist kadrları arxa plana çəkdi, dövlət idarəçiliyinə təcrübəli, məsuliyyətli və strateji düşüncəyə malik insanları cəlb etdi. Bu, həm mərkəzi, həm də regional idarəetmədə səmərəliliyi xeyli artırdı.

Ulu Öndər Heydər Əliyev siyasi liderliyə sadəcə indiki vəziyyətə reaksiya vermək kimi deyil, gələcəyi qabaqlamaq, hadisələri qabaqcadan görmək və yönəltmək bacarığı kimi baxırdı. Onun siyasətində reallığın obyektiv qiymətləndirilməsi, millətin psixologiyasının dərk olunması, xalqla psixoloji bağın qorunması, geosiyasi balansın saxlanması əsas amillər idi. Onun uzaqgörənliyi nəticəsində Azərbaycan neft strategiyasını həyata keçirdi, transmilli enerji layihələrinə qoşuldu, beynəlxalq arenada etibarlı tərəfdaşa çevrildi və ədalətli mövqeyini dünyaya qəbul etdirdi.

Bu gün Azərbaycan dövlət idarəçiliyi sistemi Heydər Əliyev məktəbinin davamı kimi fəaliyyət göstərir. Onun yaratdığı idarəetmə modeli – rasional düşüncəyə, milli maraqlara, sosial sabitliyə və strateji inkişaf konsepsiyasına əsaslanan idarəçilik tərzi – XXI əsrin tələblərinə cavab verir. Bu məktəb Azərbaycan xalqına sübut etdi ki, peşəkar idarəetmə, müdrik siyasət və uzaqgörən liderlik bir millətin taleyini dəyişə bilər.

3 oktyabr 1993-cü il – Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Prezidenti seçildiyi gün təkcə siyasi tarix deyil, həm də idarəetmə mədəniyyətinin yeni mərhələsinin başlanğıcıdır. Ulu Öndərin timsalında Azərbaycan xalqı dövlət başçısının necə olmalı olduğunu, siyasətin nə qədər ciddi və məsuliyyətli bir sahə olduğunu gördü və yaşadı. Onun siyasətində hər addım düşünülmüş, məqsədli və xalqın rifahına yönəlmişdi. Bu isə peşəkar idarəetmənin ən yüksək nümunəsidir.

 

Paşazadə Kamal Çingiz lu

Qara Qarayev adına rkəzi İncət ktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasın Əkdar müəllimi

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər