BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

17 oktyabr 2020-ci il tarixi isə Füzuli üçün əbədi olaraq qürur və zəfər günü kimi yadda qalacaq

 Füzuli rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ bölgəsində yerləşir. Coğrafi baxımdan Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən başlayaraq Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələri əhatə edir. Ərazinin iqlimi əsasən yarımsəhra və quru-çöl iqlim qurşağına aiddir, bu da kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Rayonun ərazisi 1386 kvadrat kilometrdir və bir sıra mühüm çaylarla – Quruçay, Köndələnçay və Çərəkən çayları ilə zəngindir. Bu çaylar Araz çayı hövzəsinə daxildir və bölgənin suvarma sistemində mühüm rol oynayır. Füzuli rayonu inzibati baxımdan Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə həmsərhəddir. Eyni zamanda, Araz çayı boyunca İran İslam Respublikası ilə dövlət sərhədinə malikdir. Bu mövqe rayonu həm iqtisadi, həm də strateji baxımdan mühüm bir əraziyə çevirir.

Füzuli rayonu Azərbaycanın ən çox əziyyət çəkmiş bölgələrindən biridir. 23 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli şəhəri və rayonun böyük hissəsi işğal edilmişdir. Bu işğal nəticəsində minlərlə ailə öz doğma yurdlarından didərgin düşmüş, Füzuli rayonu viran edilmiş, sosial-infrastruktur tamamilə dağıdılmışdır. İşğal zamanı yerli əhali böyük fədakarlıqlar göstərmiş, rayon sakinlərindən 663 nəfər şəhid olmuş, 400 nəfərədək insan müharibə əlili olmuşdur. Bundan əlavə, 181 nəfər əsir və ya itkin düşmüşdür. Bu faktlar Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan xalqına vurduğu dərin yaraları göstərir. 1994-cü ilin 5 yanvarında Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdi. Lakin rayon mərkəzi – Füzuli şəhəri daxil olmaqla ərazinin böyük hissəsi 27 il ərzində işğal altında qaldı. 2020-ci ilin sentyabr ayında başlayan və tarixə 44 günlük Vətən müharibəsi kimi düşən əzəmətli hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın təcavüzkar qüvvələrinə sarsıdıcı zərbələr endirdi. 17 oktyabr 2020-ci il tarixi isə Füzuli üçün əbədi olaraq qürur və zəfər günü kimi yadda qalacaq.

Məhz həmin gün – 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Füzuli şəhəri və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kimi mühüm kəndləri işğaldan azad edilmişdir. Ümumilikdə, Vətən müharibəsi zamanı Füzuli rayonunun 62 yaşayış məntəqəsi azad olunaraq Azərbaycan dövlətinin nəzarətinə qaytarılmışdır. Füzulinin azad olunması həm hərbi, həm də psixoloji baxımdan mühüm strateji uğur idi. Bu qələbə Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa istiqamətində aparılan əməliyyatların uğurla davam etdirilməsinə yol açdı.

Füzuli uğrunda aparılmış döyüşlər təkcə Vətən müharibəsinin yox, ümumiyyətlə, Qarabağ savaşının ən ağır, qanlı və strateji baxımdan ən əhəmiyyətli əməliyyatlarından biri kimi tarixə düşmüşdür. Füzuli rayonu bir neçə səviyyədən ibarət müdafiə xəttləri ilə möhkəmləndirilmiş, düşmən tərəfindən 30 il ərzində "keçilməz səddə" çevrilmişdi. Azərbaycan Ordusu 2020-ci ilin oktyabr ayının ilk günlərində Füzuli istiqamətində hücuma keçdi. Döyüşlər bölgənin relyefi və düşmənin istehkam sisteminin mürəkkəbliyi səbəbilə son dərəcə ağır keçirdi. Düşmən tərəfi on illərlə hazırladığı müdafiə xətlərini qorumaq üçün möhkəm müqavimət göstərirdi. Bəzi sahələrdə bir kilometr irəliləmək üçün günlərlə şiddətli döyüşlər aparıldı. Ermənistan ordusunun müasir silahlarla təmin edilmiş mövqeləri, xüsusilə gecə döyüşləri zamanı ciddi təhlükə yaradırdı. Lakin Azərbaycan Silahlı Qüvvələrinin koordinasiyalı hücumu, pilotsuz uçuş aparatlarının dəqiq kəşfiyyatı və zərbələri, eləcə də xüsusi təyinatlı qüvvələrin çevik taktikası düşmənin müqavimətini qırdı.

2020-ci il Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə Azərbaycan xalqı böyük qələbənin sevincini yaşasa da, bu torpaqların üzləşdiyi mənzərə ağır idi. Ermənistanın işğal dövründə törətdiyi vandalizm aktları, dağıntılar və xüsusilə minalanmış ərazilər gələcəyə dair planların həyata keçirilməsində ciddi maneəyə çevrildi. Bu təhlükəli irsin ən ağır nümunələrindən biri Füzuli rayonudur. Füzuli azad edilmiş ərazilər arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda 100 mindən artıq mina və partlayıcı qurğu basdırılıb. Bu, həm əhalinin geri qayıdışı, həm də iqtisadi fəaliyyətin bərpası baxımından ciddi təhlükə yaradır. Ermənistan işğal dövründə Füzuli ərazisində minaların yerləşdirilməsini yalnız hərbi məqsədlə deyil, həm də azərbaycanlıların bu torpaqlara geri dönüşünü əngəlləmək üçün planlı şəkildə mina terroruna çevirmişdir. Xüsusilə yaşayış məntəqələri, qəbiristanlıqlar, su mənbələri, məktəb və xəstəxana əraziləri, yol kənarları məqsədli şəkildə minalanıb. Hətta mülki ərazilərə qurulan minaların bir çoxu 2020-ci il kapitulyasiyadan sonra, Ermənistan tərəfinin çıxışı zamanı yerləşdirilib. Bu, beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının və onların Əlavə Protokollarının kobud şəkildə pozulmasıdır. Ermənistan, minaların dəqiq xəritələrini verməkdən uzun müddət imtina etməklə həm mülki əhaliyə, həm də hərbi personalımıza qarşı əlavə risklər yaradıb. Füzuli rayonu bu gün həm Ermənistanın törətdiyi müharibə cinayətlərinin acı şahidi, həm də Azərbaycanın gücünün, səbrinin və dirçəliş iradəsinin simvoludur. Mina təhlükəsinə və dağıntılara baxmayaraq, Azərbaycan dövləti bu torpaqları yenidən həyat məkanına çevirir. Rəsmi İrəvan isə törətdiyi bütün vandalizm aktlarına və mina terroruna görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Azərbaycan yalnız hərb meydanında deyil, ədalət meydanında da haqqını tələb edəcək.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövləti dərhal genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verdi. Prezident İlham Əliyevin Füzuliyə dəfələrlə etdiyi səfərlər, təməlqoyma mərasimlərində iştirakı, verdiyi tapşırıqlar və layihələrin gedişini yerində izləməsi bu rayona olan xüsusi diqqətin göstəricisidir. Cənab Prezident Füzuliyə ilk dəfə 2020-ci ilin noyabrında, yəni işğaldan azad olunmasından cəmi bir ay sonra səfər etmişdir. Bu səfər həm simvolik məna, həm də praktiki başlanğıc nöqtəsi idi. Prezident həmin səfəri zamanı dağıntılarla üz-üzə dayanaraq bildirmişdi: “Füzuli şəhəri tamamilə dağıdılıb. Bu, Ermənistanın faşist ideologiyasının nəticəsidir”. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 ay ərzində inşa olunaraq istifadəyə verildi. Bu hava limanı bölgənin inkişafında mühüm rol oynayır və Füzulinin Qarabağın logistik mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır. Rayonda yollar, elektrik xətləri, su təchizatı sistemləri, məktəblər, xəstəxanalar və yaşayış məhəllələri mərhələli şəkildə tikilir. Həmçinin "Ağıllı kənd", "yaşıl enerji" kimi layihələr Füzuli rayonunda pilot olaraq tətbiq edilir. 17 oktyabr – Füzuli şəhəri günü təkcə bir rayonun azadlığı deyil, bütövlükdə Azərbaycanın haqq savaşında qazandığı qələbənin, milli birliyin və torpağa olan sədaqətin simvoludur. Füzuli bu gün yenidən qurulur, dirçəlir və qayıdan sakinlərini böyük ümidlə qarşılayır. Azərbaycan xalqı və dövlətinin birliyi, müzəffər Ordumuzun rəşadəti sayəsində Füzuli artıq gələcəyə doğru inamla addımlayır.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər