
Siyasət
06.08.2022 / 09:52
Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcərdə minaya düşərək həlak olub
Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-a məlumat verilib.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir! Allah rəhmət eləsin!