BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər son illərdə siyasi etimad, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan yüksək səviyyəli strateji tərəfdaşlıqla xarakterizə olunur. Tarixi, mədəni və mənəvi köklərlə bağlı olan iki qardaş xalq bu gün regionun sabitliyi, iqtisadi inkişafı və türk dünyasının birliyinə xidmət edən birgə təşəbbüslərin önündə gedir. Prezident cənab İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibə bu istiqamətdə görülən işlərin miqyasını və gələcəyə yönəlik vizionu bir daha nümayiş etdirdi.

Azərbaycan-Qazaxıstan əlaqələrinin təməlində qarşılıqlı etimad və dövlət başçıları səviyyəsində formalaşan səmimi münasibətlər dayanır. Prezident cənab İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə iki ölkə arasında əlaqələr ardıcıl şəkildə genişlənib. Son üç ildə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyi, mütəmadi təmaslar və strateji məsələlərin müzakirəsi bu münasibətlərin səmərəsini açıq şəkildə göstərir.

Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi qardaşlıq əlaqələrinin parlaq simvollarından biridir. Bu mədəniyyət ocağında artıq yüzlərlə uşaq incəsənət təhsili alır ki, bu da xalqlarımız arasında mənəvi yaxınlığın göstəricisidir.

İkitərəfli iqtisadi münasibətlər son illərdə sabit artım templəri ilə diqqət çəkir. 2024-cü ildə 470 milyon dollar təşkil edən qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ilin ilk səkkiz ayında 547 milyon dollara çataraq üç dəfə artım nümayiş etdirib. Bu, Orta Dəhliz vasitəsilə nəqliyyat-logistika əməkdaşlığının genişlənməsi, infrastrukturun modernləşdirilməsi və birgə layihələrin səmərəliliyinin nəticəsidir.

Bu günə qədər ölkəmizdə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturunun fəaliyyət göstərməsi ikitərəfli iqtisadi əlaqələrin dərinliyini sübut edir. Azərbaycan investisiyalarının Qazaxıstana həcmi 225 milyon dollar, Qazaxıstanın Azərbaycana sərmayəsi isə 136 milyon dollar təşkil edir. Bu göstəricilər uzunmüddətli tərəfdaşlığın davamlı inkişafını və qarşılıqlı maraqları əks etdirir.

Orta Dəhliz iki ölkə arasında iqtisadi əlaqələrin əsas sütunlarından birinə çevrilib. 2024-cü ildə bu dəhliz üzrə tranzit daşımalarının həcmi 20 faiz artaraq 3,5 milyon tondan çox olub. 2022-ci ildə Aktauda imzalanmış “2022-2027-ci illər üçün Yol Xəritəsi” üçtərəfli (Azərbaycan-Qazaxıstan-Türkiyə) əməkdaşlığın sistemli əsaslarını müəyyənləşdirib.

Enerji sahəsində də tərəfdaşlıq uğurla inkişaf edir. SOCAR ilə “KazMunayQaz” şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə Qazaxıstan neftinin tranziti barədə razılaşma enerji təhlükəsizliyinə mühüm töhfədir. Həmçinin Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin çəkilməsi layihəsi rəqəmsal inteqrasiyanın genişlənməsi və regionun informasiya təhlükəsizliyinin güclənməsi baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan və Qazaxıstan arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub. 2024-cü ildə imzalanan birgə memorandumlar enerji sistemlərinin birləşdirilməsini, ekoloji təmiz texnologiyaların tətbiqini və yaşıl iqtisadiyyatın inkişafını hədəfləyir.

Prezident cənab İlham Əliyev Xəzər dənizində ekoloji tarazlığın pozulması və suyun səviyyəsinin azalması məsələsini xüsusi vurğulayaraq, bütün Xəzəryanı dövlətləri birgə tədbirlər görməyə çağırıb. Dənizin dayazlaşması biomüxtəlifliyə və regionun iqtisadi potensialına real təhlükə yaradır. Bu baxımdan, Azərbaycan və Qazaxıstanın elmi əməkdaşlığı və ekoloji təşəbbüsləri mühüm əhəmiyyət daşıyır.

Türk Dövlətləri Təşkilatı (TDT) iki ölkə arasında qardaşlıq əlaqələrinin güclənməsində mühüm rol oynayır. Ölkə başçımızın qeyd etdiyi kimi, 2009-cu ildə Naxçıvanda əsası qoyulan bu təşkilat türk dünyasının siyasi, iqtisadi və humanitar birliyinin əsas dayağına çevrilib.

TDT-nin Şuşa və Qəbələdə keçirilən Zirvə görüşləri, qəbul edilən sənədlər və imzalanan bəyannamələr Türk dövlətlərinin həmrəyliyinin artmasına xidmət edir. 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması da ortaq elmi və mədəni dəyərlərin yaşadılmasına yönəlmiş mühüm hadisə olacaq.

Xalqlarımız arasında çoxəsrlik dostluq əlaqələri mədəni əməkdaşlıqda da öz parlaq ifadəsini tapır. Son illərdə təşkil olunan “Azərbaycan Mədəniyyəti Günləri” və “Qazaxıstan Mədəniyyəti Günləri”, eləcə də Kemel Tokayev və Mir Cəlal Paşayevin yubileylərinə həsr edilmiş tədbirlər qarşılıqlı hörmət və ədəbi əlaqələrin dərinliyini göstərir.

Təhsil, elm və incəsənət sahələrində birgə layihələrin həyata keçirilməsi, gənclər arasında mübadilələrin təşkili xalqların bir-birinə daha da yaxınlaşmasına şərait yaradır. Bu, həm də Türk dünyasının ortaq mədəni irsinin qorunması baxımından mühüm amildir.

Azərbaycan və Qazaxıstan arasında münasibətlər bu gün regionda strateji sabitliyin, iqtisadi inteqrasiyanın və türk birliyinin möhkəmlənməsinin mühüm dayağına çevrilib. Prezident cənab İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə göstərir ki, iki qardaş ölkənin əməkdaşlığı yalnız regional çərçivəni aşaraq, beynəlxalq miqyasda nümunəvi model kimi dəyərləndirilə bilər.

Gələcək illərdə iqtisadi, enerji, nəqliyyat, elm və mədəniyyət sahələrində reallaşacaq birgə layihələr Azərbaycan-Qazaxıstan münasibətlərini daha da möhkəmləndirəcək və Türk dünyasının birliyinə, regionun rifahına mühüm töhfə verəcəkdir.

 

Fuad Hüseynzadə

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi

Son xəbərlər

Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında Azərbaycan da iştirak edib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

Bütün xəbərlər