BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu il – 2025-ci il noyabrın 12-də müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Bu mühüm tarixi hadisə xalqımızın dövlətçilik tarixində dönüş nöqtəsi, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu prosesinin başlanğıcı olmuşdur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin siyasi-hüquqi əsasını formalaşdırmış, ölkəmizin uzunmüddətli sabit inkişafına etibarlı zəmin yaratmışdır.

Azərbaycanın konstitusiya tarixi çoxəsrlik dövlətçilik ənənələrimizə, xalqımızın azadlıq və ədalət ideallarına söykənir. 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin əsas qanununun hazırlanması mümkün olmasa da, milli konstitusiya quruculuğunun ideya təməli həmin dövrdə qoyulmuşdu. Sonrakı illərdə – Azərbaycan SSR dövründə qəbul edilmiş 1921, 1927, 1937 və 1978-ci il konstitusiyaları ölkəmizin siyasi həyatında mühüm mərhələlər olmuşdur. Xüsusilə 1978-ci il Konstitusiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan dili dövlət dilidir” maddəsinin təsbit olunması milli kimliyimizin qorunması baxımından tarixi hadisə idi.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan yeni, müstəqil dövrün tələblərinə cavab verən Konstitusiyanın qəbuluna ehtiyac duyurdu. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi təmin edərək, hüquqi dövlət quruculuğu üçün möhkəm zəmin yaratdı. Onun rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı və xalqın iradəsini ifadə edən mükəmməl layihə hazırlandı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 91,9 faizi bu sənədin lehinə səs verdi. 27 noyabrda isə Konstitusiya qüvvəyə mindi.

Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu sənəd ölkəmizdə demokratik institutların formalaşmasına, insan hüquq və azadlıqlarının təmin edilməsinə, hakimiyyət bölgüsü prinsipinin tətbiqinə və qanunun aliliyinə əsaslanan yeni dövlət idarəçiliyi modelinin qurulmasına şərait yaratdı.

Konstitusiyanın 48 maddəsi birbaşa insan hüquq və azadlıqlarına həsr edilmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqları təmin edilmiş, beynəlxalq hüququn prinsipləri ilə uzlaşan mütərəqqi müddəalar təsbit olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası müasir hüquqi dövlət meyillərinə əsaslanaraq konstitusiya ədalət mühakiməsi institutunun – Konstitusiya Məhkəməsinin yaradılmasını nəzərdə tutmuşdur. 1998-ci ildən fəaliyyətə başlayan bu orqan konstitusiya nəzarətinin təmin edilməsində mühüm rol oynayır.

Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildiyi gündən bu günə qədər dövlət idarəçiliyinin bütün sahələrində sabitliyin, hüquq qaydasının və ədalətin təminatçısı olmuşdur. Ötən 30 ildə həyata keçirilən islahatlar və reallıqların dəyişməsi nəticəsində Konstitusiyaya üç dəfə – 2002, 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsinə, sosial dövlət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etmişdir. 2016-cı il referendumunda yaradılan Birinci vitse-prezidentlik institutu dövlət idarəetmə modelinə yeni dinamizm gətirmişdir.

Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasının prinsiplərinə sadiq qalaraq, dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirən güclü, ədalətli və hüquqi dövlətə çevrilmişdir. 2020-ci ilin Vətən müharibəsində qazanılmış Qələbə, 2023-cü ildə ərazi bütövlüyümüzün tam bərpası Konstitusiyanın “Azərbaycan Respublikasının ərazi bütövlüyü toxunulmazdır” müddəasının reallığa çevrilməsi deməkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmiş, bununla da Konstitusiyamızın 30 illiyi tarixi Qələbəmizin 5 illiyi ilə eyni dövrdə qeyd olunur. Bu, həm hüquqi dövlət quruculuğunun, həm də milli birliyimizin və azadlığımızın təntənəsidir.

Konstitusiyamızın qəbul edilməsinin 30 illiyi münasibətilə Prezident cənab İlham Əliyevin 10 oktyabr 2025-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilmişdir. Bu medal Konstitusiyanın təkmilləşdirilməsi, hüquqi dövlətin möhkəmləndirilməsi, insan hüquqlarının müdafiəsi və dövlət müstəqilliyinin qorunması sahəsində xüsusi xidmətləri olan şəxslərə təqdim olunur.

Ulu Öndər Heydər Əliyevin sözləri bu gün də aktuallığını qoruyur: “Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycanın demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən tarixi sənəd olsun.” Bu müdrik ideya artıq gerçəkliyə çevrilmişdir – Azərbaycan Respublikası bu gün Konstitusiyasının prinsiplərinə söykənərək, sabitlik, ədalət və milli birliyin təminatçısı olan güclü, suveren dövlətdir.

Elxan Quliyev, Əməkdar müəllim

 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər