BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın müasir tarixində 8 Noyabr – Zəfər Günü milli qürurun, xalq birliyinin, ədalətin və dövlətin gücünün təntənəsidir. Bu gün xalqımızın 30 illik həsrətinə son qoyan, əzəli torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbəni simvolizə edir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”

1988-ci ildə başlayan erməni təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamış, yüzlərlə şəhər və kənd yerlə-yeksan edilmişdir. İşğal təkcə ərazilərimizin deyil, həm də mədəni irsimizin, iqtisadi potensialımızın məhv edilməsi ilə nəticələnmişdir. Lakin Azərbaycan xalqı bu illər ərzində azadlıq idealına sadiq qaldı, Vətənə bağlılığını və müstəqillik iradəsini qorudu.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil dövlətçilik xətti, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü, sistemli və prinsipial siyasət kimi davam etdirildi. Dövlətin bütün strateji resursları – diplomatik, iqtisadi, hərbi və ideoloji istiqamətlər – Vətən torpaqlarının azadlığı məqsədinə yönəldildi. Güclü ordu quruculuğu, müasir hərbi sənaye kompleksinin yaradılması, beynəlxalq arenada balanslı və fəal siyasət aparılması, eləcə də xalq-ordu birliyinin möhkəmlənməsi bu zəfərin təməlini qoydu.

Azərbaycan Ordusu Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən güclü ordularından birinə çevrildi. Ölkəmiz öz hərbi texnologiyasını istehsal etməyə, ordusunu müasir texnika və silahlarla təchiz etməyə başladı. Azərbaycanın iqtisadi gücü, enerji layihələri, nəqliyyat və logistika infrastrukturu onu regionun lider dövlətinə çevirdi.

2020-ci il 27 sentyabr tarixində Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmri ilə əks-hücum əməliyyatlarına başladı. 44 gün ərzində Ordumuz hər gün irəliləyərək tarixi ədaləti bərpa etdi. “Dəmir yumruq” əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olundu. Şuşa şəhərinin azad edilməsi isə müharibənin taleyini həll edən əsas mərhələ oldu.

Prezident cənab İlham Əliyev Şuşanın azad edilməsi barədə xalqa müraciətində dedi: “Şuşasız bizim işimiz yarımçıq qalardı. Şuşa azaddır! Qarabağ Azərbaycandır!” Bu tarixi sözlər azərbaycanlıların yaddaşında əbədi həkk olundu.

Vətən müharibəsi təkcə döyüş meydanında deyil, diplomatik və informasiya müstəvisində də qazanılmış Zəfər idi. Prezident İlham Əliyev 44 gün ərzində dünya ictimaiyyətinə 30-dan çox beynəlxalq müsahibə verərək Azərbaycanın haqq səsini, müharibənin ədalətli səbəblərini və beynəlxalq hüququn prinsipial mövqeyini dünyaya çatdırdı. Bu dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı və iki qardaş dövlət arasında imzalanmış Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərini ən yüksək zirvəyə qaldırdı.

Azərbaycan xalqı “Dəmir yumruq” altında birləşərək, etnik və dini fərqlərdən asılı olmayaraq sarsılmaz həmrəylik nümayiş etdirdi. Bu birlik Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu.

Vətən müharibəsində Qələbə xalqımızın minlərlə şəhidinin qanı, qazilərimizin fədakarlığı hesabına əldə edildi. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər” və “Qarabağ” ordenləri, onlarla medallar təsis olundu. 2020-ci il 3 dekabr tarixli Sərəncamla hər il 8 Noyabrın “Zəfər Günü” kimi qeyd edilməsi qərara alındı.

Bakıda inşa edilən Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi, eləcə də Zəfər Parkı bu qəhrəmanlıq tarixinin əbədiləşdirilməsi məqsədi daşıyır. Zəfər Parkında ucaldılan 44 metrlik “Zəfər Tağı” 44 günün simvoluna çevrilib. Hərbi Qənimətlər Parkı isə işğalın acı gerçəkliklərini və Qələbənin dəyərini gələcək nəsillərə çatdıran canlı muzeydir. Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. 2022-ci ildə təsdiqlənmiş “Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində artıq minlərlə ailə öz doğma yurdlarına qayıdıb. Azad edilmiş ərazilərdə müasir infrastruktur, yollar, məktəblər, xəstəxanalar, hava limanları və sənaye parkları inşa edilir.

Qarabağ və Şərqi Zəngəzurda sosial layihələrin icrası, “DOSTmərkəzlərinin fəaliyyətə başlaması, şəhid ailələri və qazilərin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər dövlətin öz vətəndaşına olan qayğısını göstərir. Prezident İlham Əliyevin dediyi kimi: “Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ailələri dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.” Azərbaycan 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror əməliyyatı ilə Qarabağda dövlət suverenliyini tam bərpa etdi. 15 oktyabr 2023-cü ildə Prezident cənab İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaldaraq dediyi sözlər bu tarixi mərhələnin yekunu idi: “Bu şanlı tarix bizimlə əbədi olacaq.”

Prezident İlham Əliyevin 2024-cü il Sərəncamı ilə Dövlət Suverenliyi Günü təsis edilmiş, 2025-ci il isə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Bu qərarlar Azərbaycanın ərazi bütövlüyünün və dövlət müstəqilliyinin dönməzliyinin simvoludur. Zəfər Günü təkcə hərbi Qələbə deyil, həm də milli ruhun, dövlətin gücünün, xalqın birliyinin və ədalətin təntənəsidir. Bu gün bizi sabaha inamla aparan milli həmrəyliyin, lider-xalq birliyinin rəmzidir.

Azərbaycan xalqı bu Zəfəri yaradan qəhrəman oğul və qızları ilə, Müzəffər Ali Baş Komandanı ilə, azad Qarabağ və Zəngəzurla qürur duyur. Tarixi Qələbəmizlə bərpa olunmuş ədalət gələcək nəsillərə azadlıq, müstəqillik və vətən sevgisi dərsi kimi əbədi qalacaq.

Həsən Bayramov,

Pedaqogika üzrə elmlər doktoru, professor

Son xəbərlər

Ağdam: Tarixi İrsin, Zəfərin və Böyük Qayıdışın rəmzi

Fəxri oxucunun şəhidlərə həsr olunmuş kitabı kitabxanalara hədiyyə olundu

Azərbaycan–Özbəkistan strateji müttəfiqliyinin yeni səviyyəsi

Qubanın Afurca məktəbi şəhid məzununu anıb, diaspor nümayəndəsi ilə görüş keçirib

Vandalizmdən dirçəlişə doğru

Zengezur Özgürlük Harekatı’ndan kutlama mesajı yayınladı

“İqlim dəyişikliyi və ISO standartları” kitabının təqdimatı keçirilib

“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ XIZIDA TƏQDİM OLUNDU

Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrin idarəçiliyində yeni mərhələ

Belarusda dinamik inkişaf edən “Azerbeltrade” şirkəti 10 illik yubileyini qeyd edir

“Ana qanunumuzun işığında” adlı tədbir keçirilib

“Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” -QHT sədri

Şuşa şəhəri günü: Azərbaycan qürurunun, mədəniyyətinin və zəfərinin simvolu

Məhəbbət İbrahimovanın yaradıcılıq gecəsi – Ziyalılıq, vətənpərvərlik və qadın qüdrətinin təntənəsi

Orenburq Prezident Kadet Məktəbinin rəhbərinə Azərbaycanın qəhrəmanları haqqında kitab hədiyyə olunub

Qara Brilliant klubunun idmançısı 3-cü dəfə Respublika 1-cisi oldu

Zəfər Gününə həsr olunmuş xeyriyyə konserti

Konstitusiyamızın 30 illiyi – hüquqi dövlət quruculuğunun təntənəsi

Rusiyada Vətən Müharibəsinin 5 ci ildönümünə həsr olunmuş sənədli film çəkilib

Gənc pianoçu Ayan Məmmədli Budapeşt şəhərində möhtəşəm solo konserti ilə çıxış edib

Krasnoyarsk diyarının qubernatoru diaspor rəhbərini təltif edib

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti

T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə Zəfərimizin 5 illiyi qeyd olundu

AYB-nin üzvü Koreya Respublikasının televiziya kanalına müsahibəverib

Zəfərin davamı – güclü sosial dövlət

8 Noyabr – Azərbaycanın Şanlı Zəfər Günü

Müstəqilliyin və qürurun rəmzi

“Qarabağ Azərbaycandır!”

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

Qarabağ Zəfərinin zirvəsi

Bütün xəbərlər