BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!”

 Azərbaycan tarixi zəngin qəhrəmanlıq səhifələri ilə doludur. Bu səhifələrin ən parlaq və qürurverici olanlarından biri 2020-ci ilin 8 noyabr tarixində yazıldı – Şuşa şəhəri işğaldan azad edildi. Bu gün təkcə bir şəhərin azad olunması deyil, həm də Azərbaycanın milli qürurunun, birliyinin və iradəsinin təntənəsi idi. Şuşa şəhəri Azərbaycan mədəniyyətinin, tarixinin və ruhunun mərkəzidir. Burası Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün və daha neçə-neçə dahilərimizin beşiyidir. Şuşa təkcə strateji əhəmiyyətə malik şəhər deyil, həm də Azərbaycan xalqının mədəni kimliyinin simvoludur.

1992-ci ildə Şuşanın işğalı xalqımız üçün ağır bir yara olmuşdu. Hər bir azərbaycanlının qəlbində “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmaz!” düşüncəsi yaşayırdı. Bu fikir illər boyu nəsildən-nəslə ötürülərək, bir amal, bir vətən sevgisi kimi könüllərdə yaşadı. 2020-ci ilin payızında başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində tarixi qələbə ilə nəticələndi.Müharibənin taleyini dəyişən ən mühüm hadisə isə Şuşa əməliyyatı oldu. Azərbaycan əsgərləri dağ cığırları ilə, sıldırım qayaları aşaraq, piyada yürüşlə Şuşaya daxil oldular. Tank və texnikasız, sadəcə silah və inancla, əlbəyaxa döyüşlərdə düşməni geri oturtdular. Hər addımda, hər qayada bir qəhrəmanlıq dastanı yazıldı.

8 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza bu sözlərlə müraciət etdi: “Əziz xalqım, Şuşa azaddır! Qarabağ Azərbaycandır!”. Bu xəbər milyonlarla azərbaycanlının gözündə sevinc yaşına, qəlbində fəxarət hissinə çevrildi. Şuşanın azad olunması ilə faktiki olaraq Vətən müharibəsi qələbə ilə yekunlaşdı. Şuşa əməliyyatı və ümumilikdə Qarabağ Zəfəri Azərbaycan xalqının birliyi, dövlətin gücü və rəhbərliyin uzaqgörən siyasəti nəticəsində mümkün oldu.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətti layiqincə davam etdirərək, atasının arzularını gerçəkləşdirdi. Bu Zəfərlə Azərbaycan Ordusu gücünü, Azərbaycan dövləti isə iradəsini bütün dünyaya göstərdi. İlham Əliyev təkcə siyasi lider kimi deyil, həm də qəhrəman sərkərdə, xalqın inamının rəmzi kimi tarixə düşdü. Onun “dəmir yumruq” ifadəsi artıq Zəfərin simvoluna çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”. Bu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabr – Zəfər Günü elan edildi.

Bu gün hər il Azərbaycanın ən uca bayramlarından biri kimi qeyd olunur. Şuşa şəhəri təkcə Qarabağın deyil, bütün Azərbaycanın qəlbində xüsusi yerə sahibdir. Bu qədim diyar Azərbaycan musiqisinin, poeziyasının, memarlığının və mənəvi dəyərlərinin beşiyidir. Burada Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Səid Rüstəmov kimi dahilər yetişib. Şuşa həm də qəhrəmanlıq şəhəridir. Onun hər daşı, hər küçəsi xalqımızın mübarizə ruhunu, milli qürurunu və Vətən sevgisini əks etdirir. Bu səbəbdən də Şuşa həm mədəni, həm də mənəvi baxımdan Azərbaycan dövlətçiliyinin simvoluna çevrilmişdir. 8 Noyabr – Şuşa şəhəri günü xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və tarixi ədalətin bərpasının bayramıdır.

Bu gün həm qəhrəman şəhidlərimizə ehtiram, həm də onların qanı bahasına qazanılan azadlığın təntənəsidir. Şuşanın azadlığı – Azərbaycanın yenidən doğuluşunun, xalqın əyilməz iradəsinin, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyinin nəticəsidir.

Azərbaycan tarixinin və mədəniyyətinin ən parlaq incilərindən biri olan Şuşa şəhəri təkcə ölkəmizin deyil, bütün İslam aləminin qüruruna çevrilib. 2023-cü il 25 sentyabrda Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında qəbul edilən qərara əsasən, Şuşa 2024-cü il üçün “İslam Dünyasının Mədəniyyət Paytaxtı” elan olundu. Bu qərar həm Azərbaycanın mədəni qüdrətinin, həm də Şuşanın tarixi, mənəvi və estetik dəyərinin beynəlxalq miqyasda tanınmasının bariz göstəricisidir.

Şuşa şəhəri əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi olmuş, Şərq musiqisinin, poeziyasının, memarlığının və incəsənətinin mərkəzi kimi tanınıb. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən salınan bu şəhər qısa müddətdə bölgənin ən mühüm mədəni, iqtisadi və siyasi mərkəzinə çevrildi.

Şuşa öz tarixi boyunca İslam mədəniyyətinin mənəvi dəyərlərini qoruyub və yaşadıb. Burada inşa olunan Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri, Saatlı məscidi, Seyid Mir Həmzə Nigari ziyarətgahı kimi dini abidələr İslam memarlığının nadir nümunələridir. Bu abidələrin bərpası və yenidən ibadətə açılması Azərbaycan dövlətinin milli-mənəvi irsə olan yüksək qayğısının təzahürüdür. Şuşada keçirilən mədəni və dini tədbirlər İslam aləmində həmrəyliyin, tolerantlığın və qarşılıqlı hörmətin güclənməsinə xidmət edir.

2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Azərbaycan bayrağını ucaldaraq tarixi missiyanı tamamladı. Bu gün Şuşa yenidən Azərbaycanın mədəniyyət paytaxtı kimi dirçəlir. Qısa müddət ərzində şəhərdə bərpa və yenidənqurma işləri aparılıb, yollar, məktəblər, mədəniyyət ocaqları bərpa edilir. 2022-ci ildə Şuşa “Türk Dünyasının Mədəniyyət Paytaxtı”, 2023-cü ildə isə “İslam Dünyasının Mədəniyyət Paytaxtı” elan olundu. Hər daşında tarix, hər küçəsində qəhrəmanlıq izi olan Şuşa bu gün Qarabağ Zəfərinin zirvəsi, Azərbaycanın qürur simvolu kimi ucalır.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

Son xəbərlər

Ağdam: Tarixi İrsin, Zəfərin və Böyük Qayıdışın rəmzi

Fəxri oxucunun şəhidlərə həsr olunmuş kitabı kitabxanalara hədiyyə olundu

Azərbaycan–Özbəkistan strateji müttəfiqliyinin yeni səviyyəsi

Qubanın Afurca məktəbi şəhid məzununu anıb, diaspor nümayəndəsi ilə görüş keçirib

Vandalizmdən dirçəlişə doğru

Zengezur Özgürlük Harekatı’ndan kutlama mesajı yayınladı

“İqlim dəyişikliyi və ISO standartları” kitabının təqdimatı keçirilib

“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ XIZIDA TƏQDİM OLUNDU

Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrin idarəçiliyində yeni mərhələ

Belarusda dinamik inkişaf edən “Azerbeltrade” şirkəti 10 illik yubileyini qeyd edir

“Ana qanunumuzun işığında” adlı tədbir keçirilib

“Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” -QHT sədri

Şuşa şəhəri günü: Azərbaycan qürurunun, mədəniyyətinin və zəfərinin simvolu

Məhəbbət İbrahimovanın yaradıcılıq gecəsi – Ziyalılıq, vətənpərvərlik və qadın qüdrətinin təntənəsi

Orenburq Prezident Kadet Məktəbinin rəhbərinə Azərbaycanın qəhrəmanları haqqında kitab hədiyyə olunub

Qara Brilliant klubunun idmançısı 3-cü dəfə Respublika 1-cisi oldu

Zəfər Gününə həsr olunmuş xeyriyyə konserti

Konstitusiyamızın 30 illiyi – hüquqi dövlət quruculuğunun təntənəsi

Rusiyada Vətən Müharibəsinin 5 ci ildönümünə həsr olunmuş sənədli film çəkilib

Gənc pianoçu Ayan Məmmədli Budapeşt şəhərində möhtəşəm solo konserti ilə çıxış edib

Krasnoyarsk diyarının qubernatoru diaspor rəhbərini təltif edib

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti

T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə Zəfərimizin 5 illiyi qeyd olundu

AYB-nin üzvü Koreya Respublikasının televiziya kanalına müsahibəverib

Zəfərin davamı – güclü sosial dövlət

8 Noyabr – Azərbaycanın Şanlı Zəfər Günü

Müstəqilliyin və qürurun rəmzi

“Qarabağ Azərbaycandır!”

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

Qarabağ Zəfərinin zirvəsi

Bütün xəbərlər