BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər. Bu səfər təkcə diplomatik təmaslar deyil, həm də regional və qlobal miqyasda əməkdaşlıq modelinin nümayişidir. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlıq təsadüfi deyil, uzunmüddətli siyasi etimadın, qarşılıqlı maraqların və gələcəyə hesablanmış strategiyanın məhsuludur. Azərbaycan–BƏƏ münasibətləri məhz bu model üzrə inkişaf edir.

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ifadə edib.

Fikirlərini davam etdirən partiya sədri bildirib ki, cənab Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin bütün əsas istiqamətlər üzrə uğurla inkişaf etdiyi xüsusi vurğulandı. Dövlət başçılarının qarşılıqlı səfərlərinin məmnunluqla xatırlanması siyasi dialoqun formal çərçivədən çıxaraq strateji xarakter aldığını göstərir. Azərbaycan və BƏƏ rəhbərlikləri arasında formalaşmış bu etimad mühiti iki ölkənin beynəlxalq məsələlərdə də oxşar yanaşmalar nümayiş etdirməsinə şərait yaradır. Bu, xüsusilə regional sabitlik, enerji təhlükəsizliyi və qlobal çağırışlar fonunda mühüm əhəmiyyət daşıyır. Azərbaycan–BƏƏ iqtisadi əlaqələri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ənənəvi enerji sahəsində əməkdaşlıq saxlanılmaqla yanaşı, iqtisadi münasibətlər şaxələndirilmiş və dayanıqlı modelə yönəlib. BƏƏ-nin investisiya potensialı və Azərbaycanın regional logistik imkanları bir-birini tamamlayır. Nəqliyyat, logistika, sənaye parkları, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq perspektivləri xüsusi diqqət mərkəzindədir. Bu, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına əlavə stimul verir. Əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri enerji, xüsusilə də bərpaolunan enerji sahəsidir. Azərbaycan yaşıl enerji gündəliyini dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən edib. BƏƏ isə bu sahədə qlobal miqyasda qabaqcıl təcrübəyə malikdir. Bu sinerji Xəzər hövzəsindən Yaxın Şərqə uzanan yeni enerji əməkdaşlığı xəttinin formalaşmasına imkan yaradır. Günəş və külək enerjisi layihələri, yaşıl texnologiyalar və enerji keçidi sahəsində birgə təşəbbüslər iki ölkənin yalnız iqtisadi deyil, qlobal iqlim gündəliyində də tərəfdaş olduğunu göstərir. Azərbaycan–BƏƏ münasibətləri təkcə siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Mədəni, humanitar və idman sahəsində əməkdaşlıq bu tərəfdaşlığın insani ölçüsünü gücləndirir.

Adəm İsmayıl Bakuvi onu da bildirib ki, cənab Prezident İlham Əliyevin Əbu-Dabidə “Gələcəyin Oyunları 2025” adlı qlobal idman turnirinin açılış mərasimində iştirakı təsadüfi deyil. Bu tədbir BƏƏ-nin innovasiya, rəqəmsal inkişaf və gənclik siyasətinə verdiyi önəmin göstəricisidir. Azərbaycanın bu platformada təmsil olunması isə ölkəmizin müasir çağırışlara açıq, texnoloji gələcəyə inteqrasiya olunmuş dövlət olduğunu nümayiş etdirir. “Gələcəyin Oyunları” turniri yalnız idman yarışı deyil, fiziki və rəqəmsal bacarıqların sintezini təcəssüm etdirən yeni nəsil platformadır. BƏƏ-nin bu turnirə ev sahibliyi etməsi onun gələcəyə yönəlmiş inkişaf modelinin göstəricisidir. Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı isə ölkəmizin innovasiya, gənclər və rəqəmsal transformasiya sahələrində beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti ortaya qoyur. Bu, siyasi diplomatiyanın müasir “yumşaq güc” alətlərindən biridir. Cənab Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri bir daha təsdiqlədi ki, Azərbaycan–BƏƏ münasibətləri klassik ikitərəfli əməkdaşlıq çərçivəsini çoxdan aşıb. Bu əlaqələr siyasi etimada, iqtisadi maraqların balansına və gələcəyə hesablanmış strateji baxışa söykənir. Azərbaycan bu tərəfdaşlıqda regional güc kimi, BƏƏ isə qlobal iqtisadi və maliyyə mərkəzi kimi çıxış edir. Bu einerji iki ölkənin həm regionda, həm də beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirir. Bu gün Bakı ilə Əbu-Dabi arasında qurulan münasibətlər enerji ilə innovasiyanın, siyasətlə humanitar dəyərlərin, milli maraqlarla qlobal baxışın uzlaşdığı modeldir-deyə Adəm İsmayıl Bakuvi fikrini tamamlayıb.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər