BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Bu gün dünyada qanunun aliliyi deyil, güc qaydası işləyir”

 Bu gün Azərbaycan yeni dünya düzəni və milli maraqlara əsaslanan strategiyaya uyğun olaraq xarici siyasətini həyata keçirir. Bu baxımdan Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sisteminin mahiyyətinə dair olduqca mühüm və açıq mesajlarla yadda qaldı. Dövlət başçısının fikirləri bir tərəfdən qlobal miqyasda baş verən transformasiyaları real siyasi prizmadan izah edir, digər tərəfdən isə Azərbaycanın bu mürəkkəb və ziddiyyətli beynəlxalq mühitdə seçdiyi strateji yolun əsaslarını aydın şəkildə ortaya qoyur.

Prezident İlham Əliyevin vurğuladığı əsas tezislərdən biri beynəlxalq hüquq normalarının artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq xarakter daşımamasıdır. Uzun illər beynəlxalq münasibətlərin təməl prinsipi kimi təqdim olunan beynəlxalq hüquq, xüsusilə də BMT Nizamnaməsi, suverenlik və ərazi bütövlüyü anlayışları bir çox hallarda selektiv yanaşmaların obyektinə çevrilib. Müxtəlif regionlarda baş verən münaqişələr, güc tətbiqi, sanksiyalar və ikili standartlar bunu açıq şəkildə nümayiş etdirir. Bu kontekstdə Prezidentin “bu gün dünyada qanunun aliliyi deyil, güc qaydası işləyir” fikri mövcud beynəlxalq sistemin acı, lakin realist mənzərəsini əks etdirir. Müasir dövrdə beynəlxalq hüquq tez-tez siyasi maraqlara tabe edilir, güclü dövlətlər qaydaları müəyyən edir, zəiflər isə bu qaydalara uyğunlaşmağa məcbur qalırlar. Məhz belə bir mürəkkəb beynəlxalq mühitdə Azərbaycanın seçdiyi yol milli maraqlara əsaslanan praqmatik strategiya olmuşdur. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, Azərbaycanın strateji məqsədi beynəlxalq hüquqa tam riayət etməklə, eyni zamanda milli maraqlarına uyğun nəticələr əldə etmək idi. Bu yanaşma nə romantik idealizmə, nə də kor-koranə güc siyasətinə söykənirdi. Əksinə, hüquq, siyasi iradə, iqtisadi potensial və hərbi güc arasında balanslı bir model formalaşdırıldı.

Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası prosesi bu strategiyanın ən bariz nümunəsidir. Dövlətin atdığı bütün addımlar beynəlxalq hüququn tanıdığı prinsiplərə əsaslanırdı. Bununla yanaşı, Azərbaycan yalnız hüquqi arqumentlərlə kifayətlənməyərək, öz gücünü, diplomatik çevikliyini və milli birliyini də prosesə cəlb etdi. Prezident İlham Əliyevin fikrincə, beynəlxalq münasibətlər artıq yeni bir eraya qədəm qoyub. Bu era klassik liberal beynəlxalq nizamdan fərqli olaraq daha çox rəqabətə, güc balansına və milli maraqların ön plana çıxmasına əsaslanır. Qlobal miqyasda geosiyasi qarşıdurmaların artması, regional güc mərkəzlərinin formalaşması və çoxqütblü dünya modelinin güclənməsi bu transformasiyanın əsas göstəriciləridir. Belə bir şəraitdə hər bir dövlət öz strategiyasını real potensialına uyğun qurmalıdır. Prezidentin vurğuladığı kimi, bu strategiyanın mühüm tərkib hissəsi mümkün qədər çox ölkə ilə, xüsusilə də region daxilində sağlam və qarşılıqlı faydalı münasibətlərin qurulmasıdır. Regional sabitlik və əməkdaşlıq olmadan qlobal miqyasda uğur qazanmaq mümkün deyil.

 Azərbaycan son illərdə məhz bu yanaşma sayəsində mühüm nəticələr əldə edib. Balanslaşdırılmış xarici siyasət, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər, regional əməkdaşlıq layihələri və iqtisadi müstəqillik ölkənin manevr imkanlarını xeyli genişləndirib. Enerji təhlükəsizliyi sahəsində oynadığı rol, nəqliyyat və logistika layihələri, həmçinin regional sülh təşəbbüsləri Azərbaycanın beynəlxalq çəkisini artıran əsas amillərdəndir. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan yeni dünya düzənində passiv müşahidəçi deyil, öz maraqlarını aydın şəkildə müəyyən edən və onları reallaşdırmağı bacaran aktordur. Bu yanaşma gələcəkdə də ölkənin suverenliyinin qorunması, dayanıqlı inkişaf və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından həlledici rol oynayacaq.

Son illər Avropa Parlamentinin Azərbaycana qarşı ardıcıl tənqidi və qərəzli qətnamələri artıq rəsmi Bakı üçün siyasi təsir gücünü itirib. Azərbaycan bu platformadan gələn ittihamlara reaksiya verməyi şüurlu şəkildə dayandırıb. Bu, emosional yox, strateji qərardır və ölkənin müstəqil xarici siyasət kursunun məntiqi davamı kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, keçmişdə Azərbaycan Avropa Parlamentinin qəbul etdiyi birtərəfli sənədlərə cavab verirdi. Lakin zaman göstərdi ki, bu reaksiya nə obyektiv mövqenin formalaşmasına, nə də dialoqun sağlam məcraya yönəlməsinə xidmət edir. Əksinə, Avropa Parlamentində Azərbaycana qarşı aparılan kampaniyalar əsasən müəyyən lobbiçilik qruplarının, xüsusi maraqlı dairələrin və ikili standartları siyasi alətə çevirən qüvvələrin təsiri altında formalaşır. Avropa Parlamentinin mövqeyi Azərbaycanın müstəqil siyasətini, xüsusilə də suveren qərarvermə qabiliyyətini qəbul edə bilməyən dairələrin narahatlığından qaynaqlanır. Azərbaycan nə regional, nə də qlobal siyasətdə kənardan diktə olunan davranış modelini qəbul edir. Bu isə bəzi siyasi mərkəzlər üçün qəbuledilməzdir.

Avropa Parlamentində tez-tez səslənən ittihamlar — “aqressiya”, “təzyiq siyasəti”, “beynəlxalq hüququ pozma” kimi iddialar — faktiki reallıqlarla ziddiyyət təşkil edir. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bu ittihamlar məhz Ermənistanın özünün Azərbaycanla münasibətləri müsbət qiymətləndirdiyi, sülh prosesində irəliləyişin olduğu bir dövrdə səsləndirilir. Bu ziddiyyət Avropa Parlamentini ciddi siyasi paradoks qarşısında qoyur. Avropa Parlamentinin daimi tənqidlərinə reaksiya verməmək Azərbaycanın zəifliyi deyil, siyasi yetkinliyinin göstəricisidir. Bu, emosional ritorikadan uzaq, reallığa əsaslanan dövlət siyasətidir. Azərbaycan regionda sülhün əsas aparıcı qüvvəsi olduğunu praktik addımlarla sübut edir və bu reallıq gec-tez bütün beynəlxalq platformalar tərəfindən qəbul olunacaq.

Davosda səsləndirilən bu fikirlər təkcə Azərbaycanın deyil, ümumilikdə müasir beynəlxalq münasibətlərin reallıqlarını anlamaq üçün mühüm siyasi manifest kimi dəyərləndirilə bilər. Güc və hüquq arasında tarazlığın pozulduğu bir dövrdə Azərbaycan öz yolunu milli maraqlara əsaslanan, praqmatik və realist strategiya üzərində quraraq yeni beynəlxalq erada öz yerini möhkəmləndirməyə davam edir.

 

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər