BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Binəqədi Rayon İcra Hakimiyyətində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri-Azay Quliyev, Səbinə Xasayeva, Elşad Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, Rayon İcra Hakimiyyəti başçısı yanında sahə və qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyələrin, xidmət sahələrinin, idarə və təşkilatların, məktəbəqədər, orta ümumtəhsil, səhiyyə müəssisələrinin rəhbərləri, İctimai birliklərin üzvləri, rayon ictimaiyyəti iştirak etdilər.
Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.
Tədbirdə Binəqədi rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına dair videoçarx nümayiş etdirildi.
Hesabat tədbirini giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev geniş məruzə nitqi ilə çıxış edərək, 2025-ci ildə görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ilin prioritetləri haqqında məlumat verərək qeyd etdi ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əzm və uğurla davam etdirilən milli dövlətçilik strategiyası sayəsində həyata keçirilən genişmiqyaslı islahatlar, quruculuq işləri ölkəmizin beynəlxalq aləmdə ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu dövlət kimi tanınmasını təmin etmişdir. 2025-ci il Azərbaycanın suverenlik, milli birlik və beynəlxalq nüfuz baxımından qazandığı nailiyyətlərin artdığı, gələcək inkişaf üçün möhkəm təməl formalaşdıran bir il kimi tarixə düşdü. İl ərzində ölkə beynəlxalq arenada etibarlı tərəfdaş, regional sabitliyin və əməkdaşlığın fəal təşəbbüskarı kimi mövqeyini daha da möhkəmləndirdi. Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq Binəqədi rayonunda sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifah halının yüksəldilməsi, şəhər mühitinin müasirləşdirilməsi, sosial-iqtisadi inkişaf, müasir infrastrukturun yenilənməsi və ictimai xidmətlərin keyfiyyətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayon sakinlərinin müraciət və təklifləri əsas götürülərək geniş abadlıq-quruculuq işləri aparılmış, sosial və kommunal layihələrin icrası davam etdirilmişdir. Ölkədə həyata keçirilən sistemli kompleks xarakterli çoxşaxəli islahatlar, sosial-iqtisadi inkişaf strategiyası növbəti illər üçün yeni və daha geniş hədəflərin müəyyən olunmasına imkan yaradır.
Hesabat iclasında iştirak edən millət vəkilləri Azay Quliyev, Səbinə Xasayeva, Elşad Musayev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, şəhid atası Şahin Sadıqov, Rayon Sukanal İdarəsinin rəisi Dəyanət Seyidəliyev çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin Binəqədi rayonunda da ictimaiyyət tərəfindən davamlı şəkildə dəstəkləndiyini vurğuladılar.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 2-ci ərazi sektorunun müdiri Natiq Əliyev tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəfləri barədə geniş məlumat verdi, həmçinin rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğuladı.
Sonra hesabat iclasının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi və müraciətin mətni Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova tərəfindən tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Sonda rayonda 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verildi.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər