BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan haqqında təqdimat Yaponiyanın Naqasaki şəhərinin Nanzan məktəbinin müəllim və şagird heyəti tərəfindən böyük maraqla qarşılanıb.AZƏRTAC xəbər verir ki, Naqasaki şəhərinə atom bombası atılmasının 77-ci ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün bu şəhərə səfər edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Nanzan məktəbinin müəllim və şagird heyəti ilə görüşüb, onların qarşısında ölkəmiz haqqında təqdimatla çıxış edib.Naqasaki şəhərinin aparıcı təhsil ocaqlarından biri olan Nanzan orta və yuxarı sinif məktəbi ingilis dili və sülh məsələləri ilə bağlı xüsusi tədris proqramı ilə tanınır.Təqdimat zamanı, G.İsmayılzadə Azərbaycanın coğrafi mövqeyi, tarixi, 1918-1920-ci illərdə müsəlman dünyasında ilk demokratik dövlət kimi fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin qarşılaşdığı ilk çətinliklər haqqında ətraflı bəhs edib.Nəzərə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının qəti təkidi ilə hakimiyyətə qayıtması ölkəmizin dərin böhrandan çıxmasına, inkişaf istiqamətində irəliləməsinə və güclü dövlətə çevrilməsinə zəmin yaradıb.G.İsmayılzadə ölkəmizin hazırkı siyasi, iqtisadi və ictimai vəziyyəti, o cümlədən həyata keçirilən geniş sosial-iqtisadi islahatlar, qeyri-enerji sektorunun inkişafı haqqında məlumat verib, diqqəti Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsinə yönəldib.Keçmiş Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 1988-ci il və 1992-1994-cü illər ilə bağlı faktları, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri haqqında ətraflı məlumat verilib.Bu xüsusda ermənilərin törətdiyi Xocalı soyqırımı haqqında da geniş bəhs edilib. Bildirilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini atəşə tutub.Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular həlak olub və yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Buna cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirib.G.İsmayılzadə bildirib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti tərəfindən atəşkəs haqqında razılaşma imzalanıb. Qeyd olunan sənədlərə əsasən, Azərbaycanın 30 ilə yaxın Ermənistan tərəfindən işğal olunmuş əraziləri 2020-ci il dekabrın 1-də azad edilib və oradan qovulmuş azərbaycanlılar tezliklə öz evlərinə qayıdacaqlar.Səfir vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz iradəsi və Milli Ordumuzun əsgərlərinin igidliyi sayəsində, Azərbaycan Vətən müharibəsində böyük Qələbə qazanıb.G.İsmayılzadə Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş bütün əraziləri yaşıl enerji zonası elan etdiyi və bu ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin apardığı haqqına da məlumat verib. Bildirib ki, Azərbaycan innovativ texnologiyalardan, o cümlədən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasından istifadə edərək yeni yaşayış məntəqələrinin tikintisini sürətlə davam etdirir.Sonda müəllim və tələbələrin çoxsaylı sualları ətraflı cavablandırılıb.Nanzan məktəbində keçirilən tədbir yerli “Naqasaki Shimbun” qəzetində də işıqlandırılıb.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər