BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avqustun 19-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan-Qazaxıstan Ekspert Şurasının iclası keçirilib.Bu barədə AZƏRTAC-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.Bildirilib ki, Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu (SAİ) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə hibrid formatda təşkil olunan tədbirdə Ekspert Şurasının üzvləri çıxış ediblər.

Giriş nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və SAİ-nin direktoru Erkin Tukumov Qazaxıstan-Azərbaycan münasibətlərində hazırda aktual olan məsələlərə toxunublar.E.Tukumov qeyd edib ki, iki ölkə ekspertləri arasında əlaqələr son dövrlər sistematik və məhsuldar xarakter alıb. F.Şəfiyev də Azərbaycan-Qazaxıstan ekspert icmaları arasında möhkəm platformanın yaradıldığını təsdiqləyərək bəyan edib ki, bu görüşün Qazaxıstan Prezidenti Tokayevin səfəri öncəsi baş tutması xüsusi məna kəsb edir.Qazaxıstan Respublikası Parlamenti Məclisinin Xarici Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Aidos Sarım parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunaraq bildirib ki, 44 günlük müharibə zamanı Qazaxıstan ictimaiyyəti Azərbaycanın yanında olduğunu açıq şəkildə ifadə edib.Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu və Rasim Musabəyov çıxışlarında Azərbaycanla Qazaxıstan arasında siyasi və təhlükəsizlik sahələrində əlaqələrin yüksək səviyyədə olmasının iki xalq arasında ortaq tarix, etnik, mədəni, dini kimlikdən qaynaqlandığını qeyd ediblər.Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Xarici Siyasət Araşdırmaları İnstitutunun İdarə Heyəti sədrinin müavini Amangeldi Tajenov regionda və dünyada geosiyasi hadisələrin son dövrlər mənfi yöndə inkişaf etdiyini, buna görə də Qazaxıstan və Azərbaycanın öz xarici siyasət fəaliyyətlərini xüsusilə beynəlxalq təşkilatlarda qarşılıqlı koordinasiya etməsi zərurətinin yarandığını vurğulayıb.ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iki ölkə arasında mövcud olan təhsil və mədəni əlaqələrdən bəhs edib.TALAP Tətbiqi Tədqiqatlar Mərkəzinin direktoru Rahim Oşakbayev yeni geosiyasi reallığın düşüncə mərkəzləri arasında fikir mübadilələrini intensivləşdirməsi zərurətini diktə etdiyini vurğulayaraq, MDB, Avrasiya İttifaqı kimi təşkilatların ətalət (inersiya) vəziyyətində olduğunu, yeni inteqrasiya modellərinin, bu kontekstdə Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya formatının nəzərdən keçirilməsinin vacibliyinə toxunub. Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov regionun qonşuluğunda baş verən geosiyasi dəyişikliklərin Qazaxıstan və Azərbaycan üçün bir sıra daxili və xarici təhlükəsizlik çağırışları yaratdığını, həmçinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün tarixi şans yarandığını, bunun üçün investisiya təhlükəsizliyi mühitinin yaradılmasının, ticarət və gömrük sahəsində dövlət strukturlarının fəaliyyətlərinin sinxronizasiya edilməsinin vacibliyini bildirib.“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov son dövrlərdə Orta Koridora tələbatın artdığını açıqlayıb. BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov Orta Koridor ilə tranzit yükdaşımalarının artması ilə yanaşı, Azərbaycan ilə bu dəhliz üzərində yerləşən Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstan arasında son illərdə ticarət dövriyyəsinin həcmində artım tendensiyasının müşahidə olunduğunu bildirib. Bu ilin birinci yarısında Azərbaycanla Qazaxıstan arasında ticarətin ötən ilə nisbətən altı dəfədən çox artaraq tarixi zirvəyə çatdığını bəyan edib.

Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun baş eksperti Lidiya Parxomçik isə Xəzər regionu ölkələri arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etməsi ilə bərabər, bir sıra texniki və bürokratik problemlərin həllini gözlədiyini qeyd edib.Qeyd edək ki, cari ilin mayında “Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb.

Son xəbərlər

Krasnoyarskda Novruz bayramı qeyd olunub

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Bütün xəbərlər