BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Laçın rayonunun Zabux və Sus kəndlərində qeyri-qanuni olaraq məskunlaşdırılmış ermənilərin yaşadıqları yeri tərk edərkən evləri yandırmaları, ərazinin ekosisteminə zərər vurmaları ilə əlaqədar görüntülər hamıya məlumdur. Bunlar ermənilərin nə qədər barbar, vandal olduqlarının növbəti nümayişidir. Təəssüf ki, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində ermənilərin bu vandallığına məruz qalıb. Bütün bunlara baxmayaraq, Azərbaycan həm 44 günlük Vətən müharibəsində, həm də postmüharibə dövründə sülhpərvər, humanist mövqe nümayiş etdirib.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.Deputat bildirib ki, üçtərəfli Bəyanatın 6-cı maddəsində tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən, Laçın dəhlizindən yan keçən yeni hərəkət marşrutunun inşası planı və həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi nəzərdə tutulmuşdu. Həmişə olduğu kimi, bu məsələdə də Azərbaycan verdiyi vədə əməl edərək, öz öhdəliyini yerinə yetirib. Qarabağda yaşayan etnik ermənilər üçün müasir standartlara uyğun yeni yol artıq inşa olunub. Buradan belə aydın olur ki, Bəyanatın müvafiq bəndinə əsasən, yerdəyişmənin həyata keçirilməsi üçün heç bir maneə qalmayıb. Bu yeni yolun Azərbaycan Respublikasının ərazisindəki hissəsinin bu qədər qısa müddətdə ve belə yüksək keyfiyyətlə inşa olunması bir daha onu göstərir ki, Azərbaycan verdiyi vədlərə və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə sonadək sadiqdir. Azərbaycan hər zaman olduğu kimi, yenə də humanist mövqe nümayiş etdirir. Buna baxmayaraq, son günlər Ermənistan tərəfi bölgədə vəziyyəti gərginləşdirərək, prosesə süni maneələr yaratmağa çalışır. Əlbəttə, bu, qəbulolunmazdır. Azərbaycan tərəfi isə həmişə olduğu kimi, qarşı tərəfin bütün cəhdlərinə cavab verməyə hazırdır. Bunun ən bariz örnəyini avqust ayının 4-də qəhrəman Ordumuzun həyata keçirdiyi “Qisas” antiterror əməliyyatında gördük. “Qisas” əməliyyatı düşmənə çox ciddi xəbərdarlıq idi.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşı kimi bu ərazilərdə yaşaya bilərlər, lakin onların nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə yaşayacaqlar."Xüsusilə qeyd etməliyik ki, Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayan ermənilər oraya qanunsuz olaraq yerləşdiriliblər. Bu, qeyri-qanuni məskunlaşmadır və beynəlxalq hüquqa tamamilə ziddir. Vaxtilə burada yaşayan minlərlə azərbaycanlı öz doğma ata-baba yurdundan didərgin düşüb. Onların doğma yurdlarına geri qayıtmaları beynəlxalq hüquq və eləcə də haqq-ədalətin bərpası baxımından olduqca önəmlidir. Ermənilər Ağdamı, Kəlbəcəri, Laçını tərk edərkən törədikləri vəhşilikləri indi də Laçın şəhərində, Zabux və Sus kəndlərində edirlər.

Beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlar dünyanın gözünü bağlasa da, reallığı inkar etmək mümkün deyil. Azərbaycanlılarla ermənilər arasındakı fərq göz qabağındadır. Ermənilər dağıdıcı, vəhşi, vandal, azərbaycanlılar isə qurucu, yaradıcı xalqdır, - deyə Tamam Cəfərova diqqətə çatdırıb.

Son xəbərlər

Krasnoyarskda Novruz bayramı qeyd olunub

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Bütün xəbərlər