BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Tarixin bütün dövrlərində ayaq basdığı torpaqlara müxtəlif mədəniyyət nümunələri gətirməklə silinməz tarix yazan türk xalqları öz missiyalarını müasir dövrdə də yerinə yetirirlər. Sülh carçısı olmaq müasir dövrün mədəniyyət nümunələri sırasında əsas anlayışdır. Ən azı ona görə ki, hazırda sülh və sabitlik bütün dünya üçün hava, su qədər əhəmiyyətli və vacibdir. İstər dünya əhalisinin ərzaq təhlükəsizliyi, istərsə də bəşəriyyətin ekoloji fəlakətdən qorunması sülh və sabitlikdən birbaşa asılıdır. Belə bir şəraitdə yürüdülən siyasətin real nəticələri deməyə əsas verir ki, Türkiyənin səyləri yalnız öz coğrafiyası üçün deyil, Avrasiyada pozulmaqda olan münasibətlərin qorunması baxımından əhəmiyyətlidir.

 

Yurdda sülh, cahanda sülh!

 

Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün söylədiyi “Yurdda sülh, cahanda sülh!” çağırışının, sadəcə, beynəlxalq əhəmiyyətli şüar deyil, müasir dünyanın ehtiyac duyduğu gerçəklik olması Rusiya-Ukrayna müharibəsində özünü daha qabarıq şəkildə nümayiş etdirdi. Bu müharibə nəticəsində dünyanın üz-üzə qaldığı problemlər və risklər bunlardır:

–Müharibənin coğrafiyasının və iştirakçı tərəflərin sayının artması;

–Ərzaq qıtlığı və kütləvi aclıq;

–Ekoloji risklər və davamlı fəlakətlər;

–Enerji böhranı;

–Nüvə təhlükəsi və sair.

Dünyanın elə bir ölkəsi yoxdur ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı böhran bu və ya digər formada onun həyatına, sosial-iqtisadi idarəetməsinə təsir göstərməsin. Bu il bütün dünyanın qarşısında duran başlıca problem Qara dənizdə “taxıl dəhlizi”nin açılması idisə, qarşıdakı illərdə məhz taxıl və digər məhsulların əldə edilməsi olacaq. Ən azı ona görə ki, “taxıl dəhlizi”nin yaranmasından daha vacib amil dənli bitkilərin əkilməsi, becərilməsi, məhsul yığımı və toplanması olacaq ki, mövcud müharibə bu prosesin idarə olunmasına birbaşa zərbə vurur. Prezident İlham Əliyevin dediyi kimi: “Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir”.

Hazırda Türkiyənin taxıl ehtiyatları yerli məhsullardan ibarət olmaqla 4 milyon tona yaxındır. Ölkənin daxili ehtiyacları üçün məhsul tədarükündə heç bir problem yoxdur. Bu mövsümdə 19,5-20 milyon ton buğda istehsalını proqnozlaşdırılır. Türkiyə öz ehtiyaclarını daxili tədarük hesabına qarşılayacaq.

Bu sahədə Azərbaycanda da müsbət dinamika mövcuddur. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır.”

Azərbaycan və Türkiyənin kənd təsərrüfatı sahəsində apardıqları islahatları, eləcə də taxılçılıqda tətbiq edilən subsidiyaların səmərəli nəticələr verdiyini xatırladaraq qeyd etməliyik ki, istər Qarabağ zəfəri, istərsə də Türkiyənin həyata keçirdiyi strateji antiterror əməliyyatlarının uğurları hər iki ölkədə ərzaq təminatına mühüm təsir göstərir. Azərbaycanın 30 il işğal altında saxlanılan əraziləri kənd təsərrüfatına yararlı olduğu kimi, Türkiyədə də uzun illər terrorçuların nəzarətində olan çox böyük torpaq sahələri münbit və məhsuldardır. Qazanılan sülh və sabitlik istər ərzaq təminatında, istərsə də əhalinin məşğulluğunun artırılmasında özünü göstərməkdədir.

Son xəbərlər

Krasnoyarskda Novruz bayramı qeyd olunub

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Bütün xəbərlər