
20.08.2022 / 16:15
İran hərbi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin mütəxəssislərdən ibarət nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.