BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Cari ilin yanvar-iyun aylarında Tərtər rayonunda ümumi məhsul buraxılışının həcmi 130 milyon 798,3 min manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 32,6 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 33 milyon 152,5 min manat təşkil edib ki, onun 31 milyon 522,1 min manatı və ya 95,1 faizi tikinti-quraşdırma işlərinə yönəldilib. Bu ilin müvafiq dövrünə nisbətən əsas kapitala yönəldilən investisiyaların həcmi 2,8 dəfə artıb. İlin altı ayında 1840,6 min manat dəyərində əsas fondlar istifadəyə verilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Tərtər rayonunda 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunan yığıncaqda məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, bu ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.Birinci yarımildə rayonda tikinti-quraşdırma və abadlıq işləri davam etdirilib. Tərtər şəhərinin Əli İsmayılov, Teymur Rəhimov və Vaqif küçələrində divarlar aqlay və digər bəzək daşları ilə üzlənib, küçədə olan kommunikasiya xətləri səliqəyə salınıb. Mübariz Kərimov küçəsində 1,4 kilometr yola asfalt örtük döşənib. Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta modul tipli məktəblərin binası tikilib istifadəyə verilib. Rayonun Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının, 432 şagird yerlik Xoruzlu kənd tam orta və Tərtər şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni məktəb binasının tikintisi davam etdirilir, 1 nömrəli Şıxarx tam orta məktəbi üçün yeni modul tipli məktəb binası quraşdırılıb. Cari ilin yanvar-iyun ayları ərzində ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarında, rayonun yaşayış məntəqələrində və meşə zolaqlarında mindən çox müxtəlif növ ağaclar, 250 ədəd gül kolu və 10 min ədəd həmişəyaşıl kollar əkilib.

ƏYığıncaqda qeyd olunub ki, Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. İlin birinci yarısında kənd təsərrüfatı məhsulunun ümumi həcmi 56 milyon 423,5 min manat təşkil edib ki, onun 33 milyon 923,7 min manatı bitkiçilik, 22 milyon 499,8 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşıb. Cari ildə 8102,9 hektar taxıl sahəsindən 33 min 233,1 ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 41 sentner, o cümlədən buğda üzrə 43,6 sentner, arpa üzrə 38,5 sentnerdir. Buğdanın və arpanın məhsuldarlığına görə Tərtər rayonu ölkə üzrə 5-ci yerdədir.

Bu ilin məhsulu üçün 3450,7 hektar sahədə pambıq, 193,4 hektar sahədə şəkər çuğunduru, 2444 hektar sahədə günəbaxan əkilib. Rayonun kümçüləri 330 qutu barama qurdu saxlayıb və 10,2 ton barama tədarük ediblər.

Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, içməli su, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub.Yığıncaqda, həmçinin 2022-ci ilin altı ayında ölkəmizin və Tərtər rayonunun sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət sahələrində əldə olunan uğurlardan danışılıb, rayonda aparılan abadlıq, quruculuq işlərinin, infrastruktur layihələrinin əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edəcəyi vurğulanıb.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər