BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

“İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Ümumilikdə türk dünyasının birliyi, həmrəyliyi Azərbaycanın əsas çağırışları sırasında yer tutur. “Gücümüz birliyimizdədir” söyləyən dövlət başçısı İlham Əliyevin son 19 ilə yaxın dövr ərzində atdığı addımların xronologiyasına diqqət yetirdikdə türk dünyasının birliyinə böyük töhfələr verdiyini əminliklə deyə bilərik. Bircə faktı qeyd etmək kifayətdir ki, ötən il İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni” təqdim edildi. Bu qərar Türkdilli Ölkələrin Dövlət Başçıları Şurası tərəfindən qəbul edilib. Belə bir mühüm qərarın qəbul edilməsini şərtləndirən əsas amillər Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, ölkəmizin türk dünyasının birliyinə böyük töhfələr verməsi oldu”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov diqqəti Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfərinə yönəldərək bildirib ki, əlaqələrin inkişafında qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır: “Səfərlər çərçivəsində keçirilən görüşlərdə müzakirə olunan məsələlər, həmçinin imzalanan yeni sənədlər əməkdaşlıqda yeni prioritetlərin müəyyənləşdirilməsinə yol açır. Qazaxıstan Prezidentinin bu səfəri də ikitərəfli gündəliyin aktual məsələlərinin müzakirəsi, münasibətlərin inkişafına xidmət edən mühüm sənədlərin imzalanması ilə diqqətdə oldu. Belə ki, hər iki ölkənin dövlət başçıları “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”ni imzaladılar. 20-dən çox sənəd isə müvafiq strukturlar arasında imzalandı. Bu sənədlər, təbii ki, əlaqələrimizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Strateji tərəfdaşlıqdan müttəfiqliyə atılan addım Azərbaycan-Qazaxıstan münasibətlərinin uğurlu inkişafının, hər iki ölkənin dövlət başçılarının əlaqələrimizin inkişafına göstərdikləri diqqətin göstəricisidir”.

Deputat bir mühüm məqamı da xüsusi vurğulayıb ki, Qazaxıstan Prezidentinin səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olması dövrünə təsadüf edir: “Bu baxımdan səfər 30 illik yolun təhlili, əldə olunan uğurların fonunda perspektivlərin müəyyənlşdirilməsi baxımından bir hesabat kimi də dəyərləndirilə bilər. Prezidentlərin bəyanatlarında bu kimi məqamlar öz əksini tapıb. Qarşılıqlı etimad münasibətlərin inkişafına bələdçilik edir. Dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan bu əlaqələrin əsası ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulub.  Son 19 ilə yaxın dövrdə atılan addımların əsas təqdimatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Azərbaycan Prezidentinə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin təqdim olunması oldu. Qazaxıstan Prezidenti qeyd etdi ki, ölkəsində dövlət başçısı İlham Əliyevi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər”.

Səfər çərçivəsində imzalanan sənədlər arasında Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanan Bəyannaməyə xüsusi diqqət yönəldən M.Həsənov bildirib ki, bu sənədin əhəmiyyəti adında özünü ehtiva edir: “Artıq Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, müttəfiqlərdir. Prezidet İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu, üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək”.

Deputat əlaqələrimizin gələcək inkişafına yönələn addımlardan biri kimi Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünü qeyd edib: “Səfər çərçivəsində dövlət başçısı İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldular. Bu addım qardaş ölkənin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini necə sevinclə qarşıladığını, soydaşlarımızın bu torpaqlara qayıdışını səbirsizliklə gözlədiyini nümayiş etdirir.  Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.”

M.Həsənov deyib ki, türk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsi, hədəflərə yüksək səviyyədə nail olunması üçün geniş imkanlar yaranır.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər