BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində bütün bizi əhatə edən regionlarda, o cümlədən Azərbaycanda baş verən milli azadlıq hərəkatlarında bir çox şəxslər olmuş ki, təbii ki bunlar o dövrdə axara uyğun bu proseslərdə iştirak etmişlər. Heç bir siyasi ictimai proseslərdə rolu olmayan, illər keçdikdən sonra artıq tarixin arxivinə qovuşmuş bu şəxslər hər hansı bir fikir bildirmək, uydurma sözlər ortaya atmaqla yenidən gündəmdə olmaq istəyirlər. Bununla çalışırlar ki,  onlara hər hansı bir maraq yaransın. Belə şəxslərsən biri olan Nemət Pənahlının mediada sərbəst, azad söz söyləmək imkanından istifadə edərək qarayaxma, uydurma fikirləri yayması təəssüf doğurur". Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

Asif Əsgərli deyib ki, Nemət Pənahlının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında səsləndirdiyi cəfəng fikirlər yalnız onun şəxsi illuziyasından irəli gəlir: "Təbii ki, bunların heç bir əsası yoxdur. O dövrdə ölkənin bütün siyasi qüvvələri özləri maraqlı idi ki, ulu öndərlə görüşsünlər və hər hansı bir siyasi məsələni müzakirə etsinlər. O cümlədən belə can atanlardan biri də Nemət Pənahlı idi. Və vaxtilə silahdaşlıq etdiyi Xalq Cəbhəsi hakimiyyəti artıq ölkədə əhali arasında nüfuzu olmadığı bir zaman ona qarşı kampaniyaya başlamışdır. Belə bir fonda o istəyirdi ki, yeni siyasi hakimiyyətə gələn ulu öndərə yaxınlaşsın. Və ondan hər hansı öz siyasi məqsədləri üçün istifadə etsin. Və heç bir dövrdə onun hər hansı bir siyasi proseslərə təsir etmək gücü olmayıb. Xalq arasında elə bir təsir qüvvəsi yox idi ki, arxasınca böyük bir kütlə aparsın. Təbii ki, Heydər Əliyevin heç vaxt Nemət Pənahlı kimilərin dəstəyinə ehtiyacı olmayıb. Heydər Əliyevi xalq dəstəkləyirdi. Necə əvvələr xalq arxasında olub, ikinci dəfə siyasi hakimiyyətə gələndə də arxasında olduğunu göstərdi". 
Politoloq bildirib ki, Nemət Pənahlı bu gün öz ampulasına sadiq qalaraq zaman-zaman siyasi ambisiyalarını davam etdirməklə hər hansı bir siyasi məsələlərdə özünü yenidən gündəmə gətirmək arzusu ilə belə bir fikirlər ortaya atır: "Onun ulu öndərlə bağlı o uydurma fikirlərini heç kəs qəbul etmir və qəbul etməyəcəkdir də. Nemət Pənahlı yaxşı olardı ki, bir ara hər hansı bir bölgədə başqa bir fəaliyyətlərlə məşğul olamğa başlamışdır. Yaxşı olardı ki, o fəaliyyətlərini davam etdirsin. Və artıq onun siyasi proseslərdə olamdığı bu daha görünür".

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər