BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Avqustun ayının 27-də Şuşada təşkil olunan  beynəlxalq konfrans Laçının faktiki işğaldan azad edilməsindən bir gün sonraya və 31 avqustda Brüssüldə keçiriləcək Ermənistan- Azərbaycan liderlərinin görüşündən isə bir neçə gün əvvələ təsadüf edir. Seçilən zaman və dəvət edilən iştirakçı kontingentin tərkibi Azərbaycanın bu konfransı təşkil etməkdə məqsədinin dünyaya xüsusi ismarıclar verməsinin göstəricisi hesab edilə bilər". Bu fikirləri saytımıza Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

O deyib ki, məqsəd bir daha postmüharibə reallıqlarının regionda slüh və əməkdaşlıq üçün yeni imkanlar açmasını, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin azad edilməsi ilə Azərbaycanın Şərqi Zəngəzurda suveren hüqualarının bərpasının başa çatmasını və  bu mərhələdə artıq mümkün sülh danışıqları üçün daha real və əlverişli şərtlərin yaranmasını diqqətə təqdim etməkdən ibarətdir: "Eyni zamanda Ermənistanaın işğal dövründə Azərbaycan torpaqlarında  törətdiyi vandalizmin miqyasının nə qədər böyük olduğunu, lakin buna baxmayaraq qısa müddətdə həmin ərazilərdə necə böyük infrastruktur və enerji layihələrinin həyata keçirildiyini və bütün bunların hamısının heç bir yardım olmadan Azərbaycanın öz hesabına  həyata keçirilməsinin nümayiş etdirilməsidir. Bütün bunlar isə regionda siyasi-iqtisadi əməkdaşlıqı və sabitlik üçün, rifah üçün atılan addımlardır. Bu mühüm konfransa qatılmaqdan imtina edən ABŞ və Fransa səfirlərinin hərəkətləri isə belə deməyə əsas verir ki, onlar regonda sabitliyin, sülhün, rifahın olmasını istəmirlər. Ya da regional sülh və beynəlxalq hüquq onların ikili standartlar eynəyindən fərqli göründüyü, qlobal siyasi ambisiyalarla şərtləndiyi üçün yeni reallığı qəbul etmək istəmirlər. Bunların hər ikisi zərərlidir, beynəlxalq hüquq və normalarla izah edilən, normal siyasi məntiqlə başa düşülən deyil. Üstəlik hazırki mürəkkəb beynəlxalq kataklizmlər fonunda Avropaya sabit  alternativ enerji və nəqliyyat marşurutu təmin edən etibarlı tərfdaş kimi Azərbaycanın  beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünə olan münasibətin etibarsızlaşdırılması kimi başa düşülə bilər. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycan bütün bu mürəkkəb və qeyri-adekvat şərtlər içərisində öz məqsədlərinə çatmağı bacarır. Bu prosesdə çətin imtahanlardan keçən çoxsaylı etibarlı dostlar və müttəfiqlər qazanır. Elə Şuşada təşkil edilən konfransa Azərbaycanda akkreditə olunmuş, eyni zamanda Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndənin qatılması da bunun əyani sübutudur".

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər