BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Türk dünyası ölkələrinin birlik və həmrəyliyi dövrün tələbinə çevrilib. Bu istiqamətdə atılan addımlar zaman keçdikcə ölkələr arasında münasibətlərin daha yüksək səviyyədə inkişaf etdiyinin şahidi oluruq. Azərbaycan-Türkiyə qardaşlaşması, iki dövlətin eyni platformadan çıxış etməsi digər türk dövlətlərinin də bu birliyin formalaşmasında əməli addım atmaları ilə nəticələnib. Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri də türk dünyasının iki dövlətinin daha sıx münasibətlər çərçivəsində əməkdaşlığından xəbər verir.
Onu da qeyd edək ki, hazırda Qazaxıstanda üç yüz mindən artıq vətəndaşımız yaşayır. Qazaxıstanda yaşayan həmvətənlərimiz elm, incəsənət, kənd təsərrüfatı sahələrində çalışırlar. Eyni zamanda həmvətənlərimiz Qazaxıstanda ictimai-siyasi proseslərdə çox aktiv iştirak edirlər.
İki ölkə arasında iqtisadi münasibətləri araşdırarkən məlum olur ki, Azərbaycan Qazaxıstan iqtisadi münasibətlərin qədim kökü var. Qazaxıstanın neft iqtisadiyyatının formalaşmasında azərbaycanlı mütəxəssislərin mühüm rolu olub. Bu günə qədər hər iki ölkə arasında həm iqtisadi həm digər sahələrdə 100-dən artıq sənəd imzalanıb.
Hazırda enerji siyasətinin düzgün istiqamətləndirilməsi, enerji böhranın aradan qaldırılması istiqamətində formalaşdırılan siyasətdə Azərbaycan və Qazaxıstanın mühüm rolu var. Bu məqsədlə Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər iki ölkənin iqtisadi potensialının maksimum sinerjisinə əsaslanan prinsipial olaraq yeni, yetkin mərhələyə qədəm qoyur. Biz buna Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıya səfərində bir daha şahid olduq. Bu barədə yazdığı məqalədə qazaxıstanlı iqtisadçı Jandos Temirqali bildirib. O bu səfərin əhəmiyyətini Avropanın enerji təhlükəsizliyində perspektivli olacağını bildirib. Qeyd etmək lazımdır ki, ikitərəfli iqtisadi əməkdaşlıq potensialı həqiqətən də genişdir. Sevindirici haldır ki, son 7 ildə biz ticarət dövriyyəsinin artımında sabit tendensiya müşahidə etmişik ki,  bunun fonunda 2022-ci ilin ilk 5 ayında 164,1 milyon dollara çatıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox çoxdur. Ümumilikdə, ötən il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 332,2 milyon dollar təşkil edib ki, bu da təkcə 2020-ci il - pandemiya ilindən (109,2 milyon dollar) deyil, həm də 2019-cu ildəki göstəricidən (229,60 milyon dollar) xeyli yüksəkdir. Beləliklə, Qazaxıstan Prezidentinin yaxın illər üçün qarşıya qoyduğu əmtəə dövriyyəsinin 1 milyard dollarlıq hədəfi mövcud dinamika və potensial nəzərə alınmaqla kifayət qədər real görünür.
Rəsmi statistikaya görə, Qazaxıstanda Azərbaycan kapitalının iştirakı ilə 500-dən çox, Azərbaycanda isə müvafiq olaraq Qazaxıstan kapitalının iştirakı ilə 140-dan çox müəssisə qeydiyyatdan keçib. Əsas fəaliyyət sahələri: ticarət, aqrar-sənaye kompleksi, tikinti, nəqliyyat və logistikadır.
İkitərəfli əməkdaşlığın əsl lokomotivi nəqliyyat və logistika sənayesi, yəni transxəzər transkontinental yükdaşımalarının birgə inkişafı olmalıdır. Söhbət ilk növbədə dünyada “Orta Dəhliz” adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM) gedir. Bu marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avrasiyanın, Çinin (Cənub-Şərqi Asiya ölkələri) ən böyük bazarlarını Avropa İttifaqı ilə birləşdirir.

Onu da qeyd edək ki, hər iki dövlətin Transxəzər marşrutları üzərində yerləşməsi təkcə dəmir yolu və dəniz nəqliyyatı ilə məhdudlaşmır. Ümumiyyətlə, transkontinental marşrutların inkişafı Xəzərdəki qonşulardan, Qazaxıstandan və Azərbaycandan mövcud nəhəng iqtisadi potensialı inkişaf etdirmək üçün texnologiya və kapitala malik olan iri beynəlxalq oyunçuların investisiyalarını cəlb etmək məqsədilə bu marşrutu dünyanın investisiya xəritəsində yerini müəyyən etmək və təşviq etmək üçün birgə səylər tələb edəcək. Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi də iki ölkə arasıda mühasibətlərin daha dərindən inkişafına xidmət edəcək. Belə ki, bu yaradıcılıq mərkəzinin fəaliyyətə başlaması Böyük Qayıdış prosesində mühüm amil olmaqla yanaşı, dostluq münasibətlərinin simvolu olacaq.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər