BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Sirr deyil ki, Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas ticarət tərəfdaşıdır. O da məlumdur ki, bu gün Avropa İttifaqının 9 üzv ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Heç şübhəsiz ki, Avropa İttifaqının üzvlərinin üçdəbir hissəsinin Azərbaycanla strateji əməkdaşlıq əlaqələrində olması İttifaqın Azərbaycana olan marağından və verdiyi əhəmiyyətdən də irəli gəlir. Eyni zamanda, Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın da xarici siyasi kursunda üstünlük verdiyi məsələlərdəndir. Elə bu səbəbdəndir ki, Avropa İttifaqı və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir və Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır.Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.O bildirib ki, Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var. Şərqi Avropadakı müharibə səbəbindən yaranmış situasiyaya uyğun olaraq Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və yanacaq məhsullarında Rusiyadan asılılığına son qoymaq istəyir. Məhz, regionda yaranan yeni vəziyyətə görə Avropa İttifaqı Azərbaycanla əməkdaşlığın istiqamətlərini artırmağa strateji hədəf kimi baxır. Təsadüfi deyil ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub. Elə buna görə də, bir müddət öncə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq barədə Anlaşma Memorandumu da imzalandı.Azərbaycanın mühüm enerji layihələrinin həyata keçirilməsində liderliyinin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun böyük olduğunu qeyd edən Ramil Vəlibəyov deyib: “Təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan Azərbaycan il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşüb. Bu il də İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixrac isə 22 milyard kubmetrdən artıq olacaq. Yeni mərhələdə Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa da start verilib ki, buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen də daxildir. Səbəb də odur ki, bu gün qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə də böyük ehtiyac var. Azərbaycan isə xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir və elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir. Yalnız Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş bərpaolunan enerji potensialı 157, Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu mənada, dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdən biri olan Azərbaycanın elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən də böyük potensialı var. Təsadüfi də deyil ki, artıq dörd qonşu ölkəyə elektrik ixracı təmin edilib və perspektivdə digər bazarlara da elektrik enerjisi çıxarılacaq. Bir sözlə, ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlər, nəqliyyat, kommunikasiya, elektrik xətləri imkan verir ki, respublikamız nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısına və ixracatçısına çevrilsin. Bu amil isə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə şərait yaradacaq”.

 

 

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər