BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin “Parlament rəhbərliyi: davamlılığın və rifahın daha effektiv təmin edilməsi üçün risklərin qarşısının alınması” mövzusuna həsr olunmuş 14-cü Sammitində iştirak etmək üçün Özbəkistanın Daşkənd şəhərində işgüzar səfərdədir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Xeber7"ə  verilən məlumata görə, Sahibə Qafarova Sammitin sentyabrın 8-də keçirilən birinci sessiyasında “Pandemiyadan sonrakı qlobal bərpaya dair risklərin aradan qaldırılması” mövzusunda çıxış edib.

 

Milli Məclisin spikeri Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edən parlament nümayəndə heyətlərini salamlayaraq, bu gün parlamentlərin qadın spikerlərinin qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanına malik olduqlarını deyib.

 

Azərbaycan parlamentinin sədri COVİD-19 pandemiyasının dünya birliyinə hər cəhətdən dağıdıcı təsir göstərdiyini, sosial ədalət, bərabər iqtisadi imkanlar və gender bərabərliyi sahəsində bəzi nöqsanları üzə çıxardığını bildirib. O, qeyd edib ki, artıq dünya birliyi post-pandemiya dövrünə qədəm qoyur və bu gün biz birgə hərəkət etməliyik. İqtisadiyyatın bərpa edilməsində bərabər hüquqlara, imkanlara və təhlükəsizliyə əsaslanan mexanizmləri gücləndirməliyik.

Spiker Sahibə Qafarova bildirib ki, parlamentlər hökumətlər və cəmiyyətlər arasında körpü olaraq bu kontekstdə önəmli rol oynayırlar.

Sahibə Qafarova vurğulayıb ki, COVİD-19 pandemiyasının ortaya çıxardığı digər mühüm bir məsələ odur ki, qlobal problemlər onların qlobal həllini tələb edir. Kollektiv səylər və birgə tədbirlər son dərəcə vacibdir.

Parlamentin spikeri bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri haqqında söhbət açıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər həm pandemiyanın mənfi nəticələrinin aradan qaldırılmasına, həm də pandemiyanın bitməsindən sonra qlobal bərpa məsələlərinə yönəlib. Bütün dövlətlər üçün peyvəndlərə bərabər, əlçatan, vaxtında və ümumi çıxışın təmin edilməsi, habelə BMT-nin yüksək səviyyəli qlobal bərpa panelinin yaradılması kimi təşəbbüslər - COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlmişdir. Dövlət başçımızın bu təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən də geniş şəkildə dəstəklənib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan parlamentlərarası əməkdaşlığın qlobal miqyasda əhəmiyyətini hər zaman qəbul edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan bu təşkilatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünü irəli sürüb və beləliklə, 2021-ci ilin noyabrında Madriddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib.

Sahibə Qafarova qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ümumi məqsədlərə nail olunması istiqamətində öz töhfəsini verməyə hazırdır və qlobal əhəmiyyətli məsələlərin həlli yollarının axtarışı üçün Parlamentlərarası İttifaqla, digər parlament təşkilatları ilə fəal əməkdaşlıq etmək niyyətindədir: “Mən Parlament Şəbəkəsinin sədri kimi, bu ilin iyun ayında keçirilən Bakı konfransında bu mövqeyi bildirdim”.

Spiker öz nitqində söyləyib ki, sülh və təhlükəsizlik olmadan davamlı inkişaf və rifah haqqında danışmaq mümkün deyil. O bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinin iyirmi faizi 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılıb: “Bu ərazilərdəki bütün şəhərlərimiz, kəndlərimiz, tarixi, mədəniyyət və din abidələrimiz məhv edilmişdir. Təxminən 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür, onların 52 faizi qadınlardır.

Parlamentin sədri diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etdikdən sonra bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində irimiqyaslı işlərə başlanılıb. Azad edilmiş ərazilər yaşıl enerji zonası elan edilib. Burada "Ağıllı" şəhərlər, kəndlər salınır. Bütün bunlar yaşıl enerjinin istifadəsi haqqında daha əvvəl səsləndirdiyim fikirlərə uyğundur”.

Sahibə Qafarova qeyd edib ki, Ermənistanın həmin ərazilərdə basdırdığı minalar bu prosesə ciddi maneələr törədir. O bildirib ki, bu gün doğma yurd-yuvalarına qayıdan məcburi köçkünlərimizin, o cümlədən qadın və uşaqların həyatı ciddi təhlükədə qarşısındadır: “Humanitar problem olan minalar münaqişələrdən əziyyət çəkmiş bir çox digər ölkələr kimi, Azərbaycanda da iqtisadi bərpa və davamlı inkişafa ciddi əngəl yaradır: Hesab edirəm ki, parlamentlərarası dialoqumuz bu məsələlərə də diqqət yetirməlidir”

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər