BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın İnkişafın Planlaşdırılması və Xüsusi Təşəbbüslər üzrə federal naziri Ahsan İqbal Çaudri ilə görüşüb.Ölkəmizin Pakistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı iki qardaş ölkə arasındakı yüksək münasibətlərdən məmnunluq ifadə edilib, hər iki ölkənin bütün platformalarda bir-birini dəstəklədiyi xüsusi qeyd olunub. Həmçinin X.Fərhadov Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstərildiyini diqqətə çatdıraraq, ölkəmizin qardaş Pakistanla həmrəy olduğunu ifadə edib.Diplomat 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini diqqətə çatdırıb və bu ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan sürətli bərpa-quruculuq işləri barədə naziri məlumatlandırıb.Nazir Ahsan İqbal Çaudri ölkəmiz tərəfindən Pakistana göstərilən maddi yardıma və həmrəyliyə görə Azərbaycana dərin təşəkkürünü bildirib. O, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işlərini yüksək qiymətləndirib və azərbaycanlı məcburi köçkünlərin ən qısa zamanda doğma torpaqlarına qayıtmalarını arzuladığını söyləyib.Görüşdə, həmçinin iki qardaş ölkə arasında müvafiq sahədə yüksək səviyyəli səfər mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi də aparılıb.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər