BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

"Xeber7" məlumat verir ki, bu günlərdə "Elm və Təhsil" nəşriyyatında Iqtisadçı alim, hüquqşunas, araşdırmaçı, publisist, "Turan Araşdırma Mərkəzi"nin (TAM) sədr müavini Cavid İsmayılın "Vətən qarşılıqsız sevilər" adlı növbəti kitabı çapdan çıxıb.

Kitabın redaktoru Türkiyə Cümhuriyyətinin Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Prof.Dr. Aygün Attarın, Cavid İsmayılın "Vətən qarşılıqsız sevilər" adlı kitabına bildirdiyi münasibəti oxuculara çatdırırıq.

"Vətən qarşılıqsız sevilər"! Bəli, Vətəni sevmək qandan, candan gəlməlidi. Ki... Cavid İsmayılın Vətən sevgisi, yurd məhəbbəti bu kitabdakı yazılarında aydın hiss edilir. Cavid bəy kitabına bu adı  elə-belə, gəlişi gözəl olsun deyə qoymayıb. O, təpədən-dırnağa Vətənin oğludu, damarları ilə axan türkün qanıdı. Hər bir yazısını oxuyanda hiss olunur ki, Turan sevdalısıdı, türkçülüyün və turançılığın alovlu təbliğatçısıdı.  Və bütün bu parametrlər ona əsas verib ki, kitabına qoyduğu ad da Vətəni anlatsın, Vətəni xatırlatsın.

Cavid bəyin yazılarını oxuduqca, xüsusilə də  ana xətti yurd həsrəti, Vətən qeyrəti, torpaq namusu ilə yüklənmiş fikirlər adamda belə sual yaradır: hardan başlanır Vətən? (Doğrudu bir qədər şablondu, amma zaman-zaman yerində deyilən, yerində səslənən və cavabı tələb olunan  sualdı). Vətən  uca dağlardanmı, alçaq təpələrdənmi, sərt qayalardanmı, müqəddəs torpaqlardanmı,  buz kimi bulaqlardanmı, şır-şır axan çaylardanmı, yaşıl meşələrdənmi,  güllü-çiçəkli  çəmənlərdənmi,  göz bəbəyimiz kimi qoruduğumuz sərhədlərdənmi, yoxsa evimizdənmi başlanır? Cavabı Cavid bəy "O yol müqəddəs amal uğrunda şəhadət yolu idi", "Vətən şəhid çiyinlərində ucalır", "Düşmənimiz kimdir?", "28 may tarixini müqəddəsləşdirənlər", "Tanrı qisas günümüzü yaxın etsin ", "Üçrəngli bayrağımızı eyvanlardan asaq" və digər yazılarında verib:  Vətən içimizdə, ruhumuzda kök salmış, qəlbimizdə yuva qurmuş torpaq sevgisindən başlanır.  O, yazır:  "Və­tən na­mus­dur! Və­tən şə­rəf­dir! Və­tən qo­ru­na­caq tək hə­dəf­dir"!

Bu Vətəni bizə babalarımız ərmağan edib, əcdadlarımız onun  uğrunda vuruşub, qan töküb, yağı hücumlarından qoruyublar. Nə yazıq ki, hər zaman Azərbaycan adlı məmləkətə ləkə yaxanlar, inkişafını qaralayanlar,  uğurlarına  göz yumanlar, onu sevməyənlər ən yaxşı  yerlərdə məskən salır, ən  gözəl yurda sahib olurlar. Vətən satqınları da tapılır bəzən, xainlərlə, xəbislərlə  də üz-üzə gəlirik. Ölkənin sərvətini talayanları da tanıyırıq. Həris, gözü doymayan mal-mülk sahiblərinə qarşı mübarizə aparsaq da kökləri kəsilmir ki, kəsilmir. Cavid bəy yazılarının birində belələrinə meydan verib arxa duranlardan soruşur: "Vətən  nemətini vətənin  dar günündə yanında olmayanların başından niyə tökürsünüz"? Haqlı sualdı, deyilmi?

Ümumiyyətlə Cavid İsmayılın yazılarında vətənpərvərlik, vətən təəssübkeşliyi, vətənə sipər olmaq istəyi qırmızı xəttlə keçir. Onun bu mövzuda yazılarnı oxuyan hər kəs anındaca anlayır ki, müəllifin can yanğısının mənbəyi Vətən sevgisidi. Bu kitabda  toplananlar onun bir il ərzində həmin "yanğıdan"  od alan  yazılarıdı. O, müxtəlif günlərdə baş verən olaylara, onun nəticələrinə öz kəskin və tənqidi münasibətini bildirir - bəzən ağrıyaraq yazır, bəzən də hayqıraraq... Hiss olunur ki, Cavid bəy gündəmi gözdən qaçırmamağa çalışır, hadisələri izləyir. Nədən yaszırsa yazsın - istər ictimai-siyasi hadisələrdən, istər mədəniyyət, təhsil və tibb sahəsindən,  istərsə də qazilərdən, şəhidlərdən... hamısında vətəndaş mövqeyini sərgiləyir, xalq, millət, Vətən sevgisini ortaya qoyur. Əminliklə deyə bilərəm ki,  bu kitabda toplanan yazılar Cavid  bəyin  vətən sevgisinin qığılcımlarıdı.

"Vətən  şəhid çiyinlərində ucalır" deyən Cavid İsmayıl yana-yana yazır: "Ye­nə ANA VƏ­TƏN bir şə­hid ver­di! Və­tən tor­pa­ğı ye­nə bir igi­də, mərd Və­tən oğ­lu­na "qu­caq aç­dı".  Ye­nə ci­yə­ri­miz yan­dı, si­nə­miz dağ­lan­dı. Ye­nə bir igid oğul ata­sı həm kə­dər­lən­di, həm qü­rur duy­du. Ye­nə bir ana ürə­yi par­ça­lan­dı... Ye­nə bəl­kə də han­sı­sa bir qı­zın qəl­bin­də cü­cə­rən tu­mur­cuq sev­gi­ni şax­ta vur­du". Söhbət Cəlilabad rayonunda doğulmuş şəhid Orxan Paşazadədən  gedir. Sual oluna bilər ki, Cavid bəy  yazısında nədən məhz Orxandan söz açır? Vətən  müharibəsində minlərlə şəhid verən Azərbaycanın bu oğlu nə ilə seçilir? Yazının  qırmızı xətti bu sualın cavabındadı. Cəlilabaddan seçilən millət vəkilini  şəhidin dəfnində iştirak etmədiyi üçün qınayır Cavid İsmayıl. Haqlı da qınayır, tənqid edir, qəzəblənir: "An­la­ya bil­di­niz­mi ki, bu igid oğ­lan ci­bi­niz­də­ki man­da­tı ra­hat da­şı­ya­sı­nız de­yə gö­zü­nü be­lə qırp­ma­dan ölüm şər­bə­ti­ni ba­şı­na çək­­di­­?! Ru­hu­nuz tər­­pən­­di­­mi­­? Gö­zü­nüz nəm­­lən­­di­­mi­­? Qəl­bi­niz tit­­rə­­di­­mi­­"?

Vətən müharibəsi günlərində, eləcə də ondan əvvəlki günlərdə dünyanın başı üzərində iki il cövlan edən COVID 19 pandemiyası Azərbaycanda da kabus olub dolanırdı. Bütün ölkə bu gözəgörünməz düşmənlə mübarizəyə qalxmışdı, hər kəs yaxasına çökmüş  mənfur virusdan xilas olmağa çalışırdı - sıravi vətəndaşdan tutmuş səhiyyə işçilərinə və məmurlara qədər. Nə yazıq ki, yenə də həmin  günlərdə fürsətçilər öz şəxsi mənafelərini, ambisiyalarını önə çəkərək xalqın yanında olmaqdan yayındılar. Cavid bəy belələrinə qarşı qələmi ilə döyüşdü, SÖZləri ilə nişan aldı. Ölkə prezidenti İlham Əliyev cənablarının "Biz birlikdə güclüyük!" şüarını dəstəkləyərək yazdı: "Hər bi­ri­miz Və­tə­ni­mi­zin və Döv­lə­ti­mi­zin ya­nın­da ol­ma­lı­yıq! Ol­ma­lı­yıq ki, VƏ­TƏN DAİ­MA VAR OL­SUN!  QAR­ŞI­DA Bİ­Zİ QA­RA­BAĞ GÖZ­LƏ­YİR"!

Kitabda diqqəti cəlb edən ən maraqlı yazının adı belədi: "Yaxşı ki, varsan, yaxşı ki, sənin oğlunam". Cavid bəy professor Əjdər İsmayılovun doğum gününə həsr etiyi bu yazıda atasına  Qürurum, Baş Tacım, tə­mən­na­sız və qar­şı­lıq göz­lə­mə­dən Və­tə­ni sev­mə­yi sən­dən öyrəndim" deyərək davam edir: "Qu­ru­cu­lu­ğun­da ca­nın­dan be­lə keç­mə­yə ha­zır ol­du­ğun, rus im­pe­ri­ya mək­ri­nə qar­şı mü­ba­ri­zə­də tək­cə öz ca­nı­nı yox, ailə­nin və doğ­ma­la­rın ca­nı­nı dü­şün­mə­dən Və­tə­nin xi­la­sı üçün apar­dı­ğın o mü­ba­ri­zə­dən son­ra qu­rul­ma­sın­da müs­təs­na xid­mə­tin olan ha­ki­miy­yət­də bir gün be­lə təm­sil olun­ma­dan, ar­dı ilə ye­ni­dən qə­lə­mə sa­rı­lıb  elm­də ya­rım­çıq qal­mış iş­lə­ri­ni,  Türk­çü­lük, mil­li kim­li­yi qə­ləm mü­ba­ri­zə­si ilə  da­vam et­dir­din. İn­di də er­mə­ni ya­lan­la­rı­na qar­şı mü­ba­ri­zə­də­sən. Tə­mən­na­sız sev­di­yin  Azər­bay­ca­nın da­ha gö­zəl  gə­lə­cə­yi uğ­run­da mü­ca­di­lə­də­sən"! 

Bu yazını oxuyandan sonra anlayırsan ki, Cavid bəyin qarşılıqsız Vətən sevgisi ona genetik kodlarla  ötürülüb. Ki... həmin sevgi bu kitabda toplanan yazıların hər sətrindən, hər cümləsindən boy verir.

 

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər