BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi”

“Müstəqilliyin əldə olunması  nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması  bundan da çətindir”. Bu sözləri müasir Azərbaycanın yaradıcısı ulu öndər  Heydər Əliyev deməklə, gələcək nəsillərə öz dövlətini necə qorumağın düstur və tezisini verib. Çünki ulu öndər daimi siyasi fəaliyyətdə olan ictimai xadim kimi dövlət qurub və yartmağın məsuliyyətini, siyasi ağırlığını bilirdi. Ümummilli liderin fəaliyyəti yalnız xalqa və dövlətə xidmət üzərində qurulub. O, hələ sovet dövründə xalqının inkişafı naminə çoxşaxəli islahatlar həyata keçirmişdir və həmin dövrün çətinliklərinə sinə gərərək millətin rifahı naminə əvəsiz işlər görmüşdür. 
Ulu öndər Heydər Əliyev xalqa xidmət edən bir lider olaraq Azərbaycanın ən ağır günündə yenə də onun köməyinə çatmışdır. Belə ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Həmin zaman Azərbaycan müstəqilliyini bərpa etsə də erməni tərəfinin təcavüz və işğal siyasəti, müharibə, digər tərəfdən ölkədaxili sabitliyin pozulması, o dövrün iqtidarının səriştəsizliyi nəticəsində vətəndaş müharibəsi, müxtəlif silahlı dəstələr müstəqilliyin əldən getməsinə və təhlükədə olmasına zəmin yaradırdı. Qanlar bahasına qazanılmış müstəqillik məhv ola bilərdi. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.  Məhz bu anda elə bir şəxsiyyət lazim idi ki, müstəqilliymizi əbədi etsin. Bunu hər kəs bacara bilməzdi. Odur ki, o dövrün qabaqcıl ziyalıları xalqın böyük oğlu Heydər Əliyevdən Azərbaycanı böhrandan xilas etmək üçün Bakıya gəlməsini xahiş etdilər. Azərbaycanın müstəqil, azad, firavan görmək arzusunda olan bir insan, bunu həyata keçirmək üçün əlindən gələni əsirgəməyən, özünü bu yolda fəda etməyə hazır olan Heydər Əliyev “Böyük Qayıdışı” ilə bir daha xalqına  sədaqətini sübüt etdi. 
 Ulu öndər Heydər Əliyev bildirirdi: “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, geniş planlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur”.
     Heydər Əliyev ideyaları öz əsrarəngizliyi ilə insanı valeh edir. Ardıcıl və məqsədyönlü siyasət Heydər Əliyevin hər zaman əsas ideyası olub. Azərbaycanı böhranlı bir vəziyyətdən öz “Böyük Qayıdış”ı ilə xilas edən dahi rəhbər xilaskarlıq missiyasını yerinə yetirməklə yanaşı, Azərbaycanı dünyanın güclü dövlətinə çevirmək istiqamətində siyasətini də ortaya qoydu. Heydər Əliyevin tarixi qayıdışı fenomenində müstəqilliyin qorunub saxlanılması əsas məfkurə idi. Müstəqillik əldə etmiş Azərbaycan üçün qazanılmış müstəqilliyi qoruyub saxlamaq vacib idi. Dahi liderin “müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir” ifadəsi uzaqgörənliklə deyilmişdi. Çünki Heydər Əliyev gözəl dərk edirdi ki, xalqın iradəsi ilə qazanılmış  müstəqilliyi qorumaq və gələcək nəslillərə ötürmək lazımdır. Məhz Onun qətiyyəti sayəsində Azərbaycanın üzərini alan qara buludlar çəkildi və vətənimiz müstəqilliyini Heydər Əliyevin qətiyyəti, müdrik siyasəti sayəsində qoruyub saxlaya bildi.

Dahi liderin xilaskarlıq missiyası
  Ulu öndərin müstəqil Azərbaycanın Prezidenti olmasını xalq böyük sevgi və coşğu ilə istəyirdi. Bu baxımdan 1993-cü ilin oktyabrın 3-də keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Çünki xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Dahi liderin xilaskarlıq missiyasından sonra dövləti inkişaf etdirmək lazım gəlirdi. Heydər Əliyevin qarşısında duran ən böyük vəzifə də məhz bu istiqamətdə siyasət yeritmək idi. Lakin məlum olduğu kimi müharibə şəraiti buna imkan vermirdi. Odur ki, ilk növbədə müharibəni dayandırmaq lazım gəlirdi. 1994-cü ildə Heydər Əliyev atəşkəsi təmin edən müqavilə imzaladı, bundan sonra quruculuq işlərini davam etdirdi. Təməli qoyulmuş binanın  uçması və bunu yenidən qurmaq çox çətin vəzifə idi. Lakin bu heç də Heydər Əliyevə mane olan qüvvəyə çevrilmədi və o, milli iqtisadiyyatımızın zirvəsi olan “Əsrin müqaviləsi”nin təməlini qoydu. Ulu öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı bu müqavilənin bağlanmasında ulu öndər Heydər Əliyevin rolu barədə danışarkən deyib: “Bu gün Azərbaycanın uğurlu inkişafı timsalında biz məhz o illərdə atılmış addımların təzahürünü görürük. Görürük ki, ulu öndər Heydər Əliyevin bütün başqa xidmətləri ilə bərabər, bu sahədə xalq qarşısında, dövlət qarşısında göstərdiyi xidmətlər ən yüksək qiymətə layiqdir. Biz - onun davamçıları bu sahədə öz işlərimizi davam etdiririk... “Əsrin müqaviləsi” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin müqaviləsi”nin çox böyük faydası var”. 
Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. 

Ulu öndər Heydər Əliyevin  “xalqına bağışladığı ömrünün qalan hissəsi”nin bəhrəsi...

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” ideyasını həyata keçirən Heydər Əliyev qısa müddətdə Azərbaycanı düşdüyü böhrandan çıxararaq yenidən bərpa etdi.  Öz həyatını başqaları üçün yaşayana insan üçün bu addımı atmaq çətin deyildi. Yalnız öz ideyası uğrunda canından belə keçməyə qadir olan bir insan buna nail ola bilərdi. Qısa müddət ərzində dünya ölkələri Azərbaycana maraq göstərməyə başladı. Artıq dünyanın super güclərinin maraq dairəsinə çevrilən ölkəmiz məhz Heydər Əliyevin siyasətinin təzahürü olaraq inkişaf yoluna qədəm qoydu. Bir-birinin ardınca edilən səfərlər, dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırlması da Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın adını belə eşitməyən və belə bir yerin mövcudluğundan xəbəri olmayanlar da bura maraq göstərməyə başladılar. Dahi lider öz həyatını bu yolda qurban verərək xalqın rifahı naminə çətin yoldan çəkinmədi. Bu gün artıq təməlli bir Azərbaycan var və bunun banisi ulu öndər Heydər Əliyevdir. Artıq dünyanın bütün ölkələri ilə diplomatik münasibətlər qurulub və müxtəlif irimiqyaslı şirkətlər ölkəmizdə mühüm layihələr həyata keçirir. Bundan isə qazanan yalnız xalq olur. Deməli, Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin  “xalqına bağışladığı ömrünün qalan hissəsi”nin bəhrəsini  görürük.

 

Qasımov Səyavuş Kamran oğlu, 
Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər