BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi Ermənistanın işğalçı ordusunun hərbi cinayətinin növbəti göstəricisidir.Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.Deputat bildirib ki, 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırımı, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri və Ermənistanın silahlı qüvvələri tərəfindən əsir düşmüş 25 şəxsin qətlə yetirilməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlıqda basdırılması insanlıq məfhumunu sarsıdan, insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərinin kobud formada pozulmasıdır. Bununla Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub.S.Fətəliyevanın sözlərinə görə, müasir beynəlxalq hüququn xüsusi sahəsi olan beynəlxalq münaqişələr hüququ və ya beynəlxalq humanitar hüquq müharibələr, yaxud hər hansı silahlı münaqişələrdə davranış qaydalarını tənzimləyir. Bu qaydalar döyüş aparılmasının müəyyən üsulları və vasitələrini məhdudlaşdırır və ya qadağan edir, mülki əhalinin, münaqişədə olan tərəflərin silahlı qüvvələrinə daxil olan yaralıların, hərbi əsirlərin hüquqlarını təmin edir. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərir. Əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda basdırılması ən ağır beynəlxalq cinayətdir. Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqla bağlı hazırda hüquq-mühafizə orqanları araşdırmalar aparır. Deputat deyib: “Düşünürəm ki, məsələ müvafiq beynəlxalq instansiyalar səviyyəsində qaldırılacaq və Ermənistan törətdiyi ağır hərbi cinayətlərə görə cəzalandırılmalıdır”.

S.Fətəliyeva qeyd edib ki, Üçüncü Cenevrə Konvensiyası – “Hərbi əsirlərlə rəftara dair” Konvensiya, hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyən edərək, belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir. Hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir. Bu normanın tam əksinə erməni tərəfi hərbi əsirlərlə qəddar, qeyri-insani rəftar etmişdir, onlara işgəncələr verərək, qətlə yetirib. Bu günə qədər 3890 itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan məlumat verməyərək, öz beynəlxalq öhdəliklərini pozmaqda davam edir.“Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman beynəlxalq humanitar hüquqa sadiqliyini nümayiş etdirib. Azərbaycan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiqdir. Dörd Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini rəhbər tutaraq daim beynəlxalq humanitar hüququn normalarına riayət etmişdir, öz daxili qanunvericiliyində onların tam və dolğun implementasiyasını həyata keçirir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Son xəbərlər

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Bütün xəbərlər