BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan- Türkiyə qardaşlığı bütün Türk və İslam dünyası üçün nümünə və nəhəng bir örnəkdir , bunu açıqlamasında, tanınmış xeyriyyəçi, ölkəmizin dövlət və ictimai xadimi, həkim professor mərhum Fəxrəddin Cavadovun oğlu , Gülmirzə Cavadov deyib.

O qeyd edib ki , Türkiyəmizdə baş verən dəhşətli faciənin fəsadlarını hər birimiz müşahidə etdik və bu təbii olaraq bütün Azərbaycan xalqının çox sarsıtdı.  

“Azərbaycanımızın dövlət başçısı cənab İlham Əliyev tərəfindən dərhal başlanan gardaş dəstəyi çağırışına qoşulmağı özümüzə borc bilib, dərhal yaxın dostlar ilə maliyyə toplamağa qərar verdik. Bir millət iki  dövlət prinsipinə sadiq qalaraq , qardaş Türkiyədəki bu kritik vəziyyətdə əlimizdən gələn yardımı həyata keçirmək üçün kampaniya başladıq”-deyə o bildirib.
“ Ən əsas məqsəd o bölgədə fəlakətdən sonra çox ağır yaşam və hava şərtlərində olan bizim qanı bir - canı bir gardaş və bacılarımıza əlimizdən qələn dəstəyi göstərməkdir! Maliyə dəstəyindən ziyadə isə ən təməl hədəfimiz Azərbaycan qədər ərazini yerlə-yeksan edən dağıdıcı zəlzələnin bir neçə nöqtəsinə birbaşa gəlib, orada ən təcili ehtiyac duyulan vacib ləvazimatları gardaş və bacılarımıza birbaşa təqdim etməkdir, həmçinin onlara mənəvi dəstək də göstərməkdir. Hazırda 4 böyük TIR ilə 2 milion TL dəyərində ən çox ehtiyac  duyulan ərzaq və qida malları, həmçinin 10 ədəd dizel generator, böyük və uşaqlar üçün isti gış qiyimləri, gış botları, yastıq və yorğan, su depoları, bir çox təmizlik maddələri, antıseptik, müxtəlif hijiyenik bezlər, 68 ton içməli su , süngər yataqlar,  1400 nəfərlik quru yemək dəsti, yaşayış konteynerləri və digər zəruri ləvazimatlar bölgəyə tərəfimizdən birbaşa gətirilib. Yardımın bir hissəsi 15 və 16 fevral tarixlərində sırf Hatay vilayətinin inzibati mərkəzi Antakyaya , bundan başqa da İskenderun şəhərlərində əhaliyə birbaşa çatdırılılıb. Bundan əlavə zəlzələdən ən çox zərər çəkmiş, hardasa yerlə yeksan olmuş Antakya şəhərində günlük 10.000 nəfərə isti yemək və birbaşa yardım dağıtımı nöktəsində mütamadi olaraq gətirilən yardımlar ehtiyaca görə gətiriləcək və davamlı olaraq paylanacaqdır. Bu kimi bölgənin digər ağır nöktələrində də mümkün qədər ünvanlı yardım göstərilməsi məqsədilə əlimizdən gələni etməyə çalışırıq” - deyə o vurğulayıb.

Cavadov onu da bildirib ki, əlavə olaraq 230 min türk lirəsi dəyərində olan ayrıca 21 ədəd  generator, əl fənərləri,  yataq dəstləri Türkiyə dövlət qurumu AFAD vasitəsilə 18 fevral tarixində Qazıantepdə təqdim edilmişdir.

“Biz - millətimizi, iki dövlətimizi sevən sadə vətəndaşlar olaraq həm dövlətimizin başçısının çağırışına qoşulur, həm də bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin nə qədər böyük güc olduğunu göstərmək üçün buradayıq. Əsas məqsədimiz buradakı qardaş və bacılarımıza əlimizdən gələn dəstəyi, köməyi göstərməkdir. Canımız, əziz Türkiyəmiz, Biz səninləyik!”-deyə Cavadov bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Qeyd edək ki , Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 020 nəfərə çatıb.

 

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər