BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir”

 Müasir beynəlxalq münasibətlər sistemində dövlət başçılarının nüfuzu yalnız ölkədaxili siyasi güclə deyil, onların qlobal miqyasda sülhə, əməkdaşlığa və humanist dəyərlərə verdiyi töhfələrlə ölçülür. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi onun beynəlxalq aləmdə artan siyasi çəkisinin, etibarlı tərəfdaş kimi qəbul edilməsinin və qlobal proseslərdə fəal rolunun bariz nümunəsidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhün, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmət və birgəyaşayış ideyalarının təşviqinə xidmət edən ən nüfuzlu beynəlxalq mükafatlardan biridir. Bu mükafata layiq görülmək, ilk növbədə, beynəlxalq ictimaiyyətin konkret liderə və onun təmsil etdiyi siyasi kursa göstərdiyi yüksək etimadın ifadəsidir. Prezident İlham Əliyevin bu mükafatla təltif olunması, Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda sülh və sabitliyə töhfə verən dövlət kimi qəbul edildiyini təsdiqləyir. Bu seçim təsadüfi deyil, uzun illər ərzində yürüdülən balanslı, praqmatik və məsuliyyətli xarici siyasətin məntiqi nəticəsidir. Mükafatın təqdimolunma mərasimi 4 fevral 2026-cı il tarixində Əbu-Dabidə keçirilib və bu tədbirdə Prezident İlham Əliyev və digər dövlətlərin liderləri laureat olaraq mükafata layiq görülüblər.

Prezident İlham Əliyev mərasimdə çıxışında mükafatın adını daşıdığı, BƏƏ-nin banisi Şeyx Zayedin uzaqgörən liderlik keyfiyyətlərini yüksək qiymətləndirib: “İlk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir”. Prezident Əliyev həmçinin Şeyx Məhəmməd bin Zayed Al Nahyanın atasının ideyalarını davam etdirdiyini, davamlı tərəqqi və müasirləşmə strategiyalarını gerçəkləşdirdiyini qeyd edib.

Çıxışında Əliyev BƏƏ-ni “bir çox ölkələr üçün nümunə” kimi xarakterizə edib: bu ölkənin necə inkişaf etməsi, cəmiyyətin necə qurulması və tarixi köklərə bağlı olaraq gələcəyə baxması ilə bağlı fikirlər səsləndirib. Prezident Əliyev bu mərasimi simvolik hesab etdiyini də bildirib. O, 2025-ci ilin yayında Əbu-Dabidə Ermənistanla Azərbaycan arasında sülhə dair son mərhələ danışıqlarının burada keçirilməsini xatırladıb və qeyd edib ki, bu şəhərdə əldə edilmiş razılıqlar daha sonra Vaşinqtonda rəsmi mərhələyə keçib. Bu kontekst mükafatın məna və məqsədini daha da gücləndirib.

Bu mükafatın verilməsi həm də Azərbaycan və Ermənistan arasında uzun müddətli gərginlikdən sonra sülh prosesinin təmsilçisi kimi qəbul edilir. Prezidentlər İlham Əliyev və Nikol Paşinyan birlikdə mükafata layiq görülərək, regional dialoqun və “qardaşlıq” ideyasının təşviqinə beynəlxalq səviyyədə dəstək bildirilib. Tədbir həm də BƏƏ-nin sülh və insan qardaşlığı sahəsindəki rolunu vurğulayıb — xüsusilə dialoq, mədəniyyətlərarası əməkdaşlıq və dünyada sabitliyi təşviq edən təşəbbüslərə dəstək mexanizmi kimi.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş region üçün böyük əhəmiyyət daşıyır. Bu fikir, uzun illər münaqişə, qarşıdurma və qeyri-sabitliklə yadda qalan bir coğrafiyanın artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərən fundamental siyasi mesaj idi.

Dövlət başçısı çıxışında xüsusilə diqqətə çatdırdı ki, Azərbaycan və Ermənistan 30 ildən artıq müddətdə müharibə şəraitində yaşamışdır. Bu dövr təkcə hərbi toqquşmalarla deyil, eyni zamanda humanitar faciələr, qaçqın və məcburi köçkün problemləri, itirilmiş imkanlar və dərin qarşılıqlı etimadsızlıqla müşayiət olunmuşdur.

Prezident İlham Əliyev çıxışında sülhün yalnız siyasi razılaşmalarla deyil, mənəvi dəyərlər və humanist prinsiplər üzərində möhkəmləndirilməsinin vacibliyini xüsusi vurğuladı. Bu kontekstdə dövlət başçısı Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığını ifadə etdi. Onların dinlərarası dialoqun inkişafına verdikləri töhfələr, müxtəlif sivilizasiyalar və konfessiyalar arasında qarşılıqlı hörmətin təşviqi istiqamətində göstərdikləri səylər Prezident tərəfindən yüksək qiymətləndirildi. Bu vurğular bir daha göstərdi ki, müasir dövrdə sülh yalnız diplomatik masa arxasında deyil, eyni zamanda dini liderlərin, mənəvi avtoritetlərin çağırışları və birləşdirici mesajları ilə möhkəmlənir.

Dövlətimizin başçısı mərasimə ünvanlanmış xoş müraciətlərdə Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini xüsusi qeyd edən bütün beynəlxalq həmkarlarına da təşəkkürünü bildirdi. Bu təşəkkür ifadəsi sülh prosesinin artıq regional çərçivədən çıxaraq beynəlxalq səviyyədə dəstəkləndiyini və qlobal məsuliyyət kimi qəbul edildiyini göstərir. Bu fakt onu sübut edir ki, Cənubi Qafqazda sabitliyin bərqərar olması təkcə bu region üçün deyil, Avrasiya məkanında təhlükəsizlik, əməkdaşlıq və nəqliyyat-kommunikasiya layihələrinin inkişafı baxımından da strateji əhəmiyyət daşıyır.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi çərçivəsində səsləndirilən bu çıxış Əbu-Dabini sülh, dialoq və insan qardaşlığı ideyalarının qlobal mərkəzlərindən biri kimi bir daha ön plana çıxardı. Prezident İlham Əliyevin fikirləri göstərdi ki, sülh yalnız keçmiş münaqişələrin bitməsi deyil, eyni zamanda gələcək üçün ortaq məsuliyyət, etimad və əməkdaşlıq deməkdir.

Prezident İlham Əliyevin 4 fevral 2026-cı ildəki çıxışı müasir Azərbaycan diplomatiyasının əsas xəttini — güclü dövlət, məsuliyyətli liderlik və davamlı sülh konsepsiyasını aydın şəkildə əks etdirdi. 30 illik müharibədən sonra altı aylıq sülh dövrünün artıq reallığa çevrilməsi, bu sülhün region və dünya üçün əhəmiyyətinin beynəlxalq tribunadan bəyan edilməsi, Azərbaycanın yeni geosiyasi mərhələyə inamla qədəm qoyduğunu göstərir.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər