BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Salyan və Neftçala rayonlarına səfər ediblər. Həmin gün dövlət başçımızın Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə bir sıra mühüm məqamlara diqqət çəkdi. 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları haqqında bəhs edən cənab Prezident qeyd etdi ki, “hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir.”

Ümumiyyətlə, qeyd edim ki, Azərbaycan iqtisadiyyatını gücləndirən əsas amillərdən biri olan regionların dinamik inkişafı daim diqqətdə saxlanılır və bununla bağlı genişhəcmli layihələr reallaşdırılır. Dövlətimizin başçısı cənab İlham Əliyev belə bir vəzifənin yüksək səviyyədə gerçəkləşdirilməsi məqsədilə göründüyü kimi vaxtaşırı rayonlara səfər edir. Səfər zaman ölkə rəhbəri yerlərdə əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə şəxsən özü maraqlanır. Həqiqətən də, dövlətimizin başçısı fəaliyyətinin bütün mərhələlə­rində bölgələrdə insanların rifah halı­nın yaxşılaşdırılmasına, infrastruktur obyektlərinin yaradılmasına, o cümlə­dən sosial infrastrukturla bağlı işlərin aparılmasına mühüm önəm verib. Bu isə həm regionların ümumi inkişafını gerçəkləşdirib, əhalinin sosial şəraitinə müsbət təsir göstərib, həm də ölkəmizi gücləndirib.

Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliye­vanın Neftçala və Salyan rayonlarına səfərləri çərçivəsində bir sıra sosial-iq­tisadi obyektlərin istifadəyə verilməsi, bəzilərində isə yaradılan şəraitlə tanış­lıq ölkə rəhbərinin hər zaman öz vətən­daşının yanında dayanması, qayğısı ilə maraqlanması və bölgələrdə qu­ruculluq işlərini diqqətdə saxlamasının bariz ifadəsidir. 

Bir sözlə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqti­sadi strategiya və dərin islahatlar ölkə­mizin iqtisadi qüdrətinin daha da ar­tacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiy­yətinin formalaşacağına zəmin yaradır.

Prezident cənab İlham Əliyevin səfər za­manı Salyanda “ASAN xidmət” mərkə­zinin açılışını reallaşdırması xüsusilə mühüm hadisədir. Belə bir xidmət mərkəzinin istifadəyə verilməsi əhali­nin sosial şəraitinin davamlı yaxşılaş­dırılmasına böyük töhfədir. Xatırladaq ki, bu, sayca 25-ci mərkəzdir. Onu da qeyd edim ki, “ASAN xidmət” sistemi bu gün dünyada Azərbaycan brendi kimi tanınır və respublikamızda uğurla fəaliyyət göstərir, bu mərkəzlər­də xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 fa­izdir. 

Dövlət başçımız müsahibə­sində Neftçala və Salyan rayonların­da Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi və elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzinin istifadəyə verilməsini sosial siyasətin uğurla icra olunmasının bariz nümunəsi, Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışını, eyni zamanda, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqur­madan sonra açılışını isə ölkəmizin dinamik şəkildə inkişafının göstəricisi kimi qiymətləndirib. 

Dövlətimizin başçısı müsahibə­sində işğaldan azad olunan ərazilər­də–Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı və sürətli bər­pa-yenidənqurma işləri barədə də fi­kirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: “Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritet­dir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Halbuki mən ölkəmizin di­gər yerlərinə də müntəzəm olaraq ge­dirəm. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz– bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqla­rı viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz– bu torpaqların sahibləri isə gəlmişik qur­maq üçün, yaratmaq üçün...”. 

Prezident İlham Əliyevin müsahi­bədə diqqətə çatdırdığı kimi, Vətən müharibəsi başa çatandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iq­tisadi rayonlarında bərpa-quruculuq layihələrinin icrasına start verilib. Qısa müddətdə iki kənddə–Ağalı və Talış yaşayış sahələrində məskunlaşdırma aparılıb. Keçmiş məcburi köçkünlərin Laçın şəhərinə qayıdışının isə ilin so­nuna qədər gerçəkləşdiriləcəyi nəzər­də tutulub. 

Sonda qeyd edim ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kənd­lərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti yüksəlmişdir.

 

 

Aslan Mehdiyev, Binəqədi RİH yanında İctimai Şuranın sədri

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər