BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Məlumat üçün bildiririk ki, 20 sentyabr 2023-cü il tarixdə Saatlı Gənclər evində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Gənclərə Qayğı” İctimai Birliyinin təşkilatçılığı, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin tərəfdaşlığı ilə “Axısxa Türkləri – Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı layihə çərçivəsində tədbir keçirildi.
Tədbir ərazi bütövlüyümüz uğrunda canlarından keçən oğullarımızın xatirəsini bir dəqiqə sükutla yad edilərək başlandı və dövlət himni səsləndi.
Tədbiri girişi sözü ilə layihə eksperti, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin sədri Məhsəti Hüseynova açıq elan edərək, layihənin məqsədi və Axısxa Türkləriin cəmiyyətimizin həyatında oynadığı rol barədə geniş məlumat verdi. O, bildirdi ki, layihənin məqsədi – Axısxa türklərinin Azərbaycanın sosial və mədəni həyatından oynadığı rolu və Azərbaycan cəmiyyətinə verdiyi töhfələri təbliğ etmək, birlik və bərabərliyimizi möhkəmləndirməkdən ibarətdir. Layihə çərçivəsində Saatlı rayonunda “Axısxa Türklərinin mətbəx kültürü”, “Axısxa türklərinin adət-ənənələri”, “Axısxa türklərinin tarixi Vətənlərinə qayıdış prossesi” mövzularında məruzlər ediləcəyi, Axısxa türklərinin milli geyimlərinin, milli mətbəxinin sərgilənməsi barədə məlumat verdi.
Layihə rəhbəri, Dünya Alpaqut Federasiyasının vitse-prezidenti Emil Rəhimov Axısxa Türklərinin Azərbaycanın mədəni həyatında oynadığı rolu və 44 günlük Vətən müharibəsi zamanı mübarizlik yolu barədə geniş məlumat verdi.
“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev layihə çərçivəsində hazırlanmış “Axısxa Türkləri – Azərbaycanın sosial və mədəni həyatında oynadığı rolu” adlı kitabça barədə məlumat verdi və Axısxa Türklərinin tarixinin, milli dəyərlərinin qorunması üçün gənc nəsil arasında maarifləndirmə işinin önəmini vurğuladı.
Daha sonra Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev Saatlı rayonunda məskunlaşmış Axısxa türklərinin adət-ənənələri, mətbəx kültürü barədə məlumat verdi.
Saatlı rayon Nəsimi kənd tam orta məktəbinin direktor müavini Əli Bayraqdarov Axısxa türklərinin tarixi və Vətənlərinə qayıdış prossesi mövzularında geniş məlumat verdi.
Axısxa Türkləri “Adıgün” folklor kollektivinin məsul işçisi Şahbazov Bayram Axısxalıların milli rəqs qrupunun iştirak etdiyi beynəlxalq yarışlardan və Azərbaycanı layiqilə təmsil etməsindən bəhs etdi.
Axısxa Türklərinin ağsaqqalı Osman Aslanov Vətənə dönüş prossesində gənclərin üzərinə düşən vəzifələri barədə tövsiyələr verdi.
Tədbirdən sonra layihə çərçivəsində təşkil olunan Axısxa Türklərinin sürgügünü, həyat tərzini, mətbəx kültürünü, milli dəyərlərini əks etdirən fotolardan ibarət sərgi qonaqlar tərəfindən ziyarət olundu. Həmçinin Axısxa mətbəx kültürünün nümunələrindən olan “Katmer”, “Mantı”, “Bazlama”, “Xaçapur” və bir sıra milli yeməklər sərgiləndi və qonaqlara təqdim olundu. Bütün iştirakçılara “Axısxa Türkləri – Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı kitabça paylanıldı.

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər