BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Şıx çimərliklərində aparılan müşahidələr bir daha çimərliklərimizlə bağlı təmizlik konsepsiyasının olmadığını və ya işləmədiyini ortaya qoymuş olur… 

 

Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb.  

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir, müsahibələr hazırlanır və yayılır . Bununla yanaşı, aparılan müşahidələr nəticəsində Azərbaycanın su hövzələrinin və onlardakı bioresursların hazırkı vəziyyəti barədə reportajlar mediada yayılır.

Bu dəfə Şıx ərazisində, Lökbatan dairəsinə yaxın yerdə gömrük  qurumunun binası ilə üz-üzə olan, ödənişsiz çimərlikdən hazırladığımız reportajı təqdim edirik.

Şıx ərazisində yerləşən həmin ödənişsiz çimərlik solda yerləşən digər çimərliklərə nisbətən daha təmiz və ərazisi daha genişdir. Sentyabr ayının artıq ikinci yarısı olmasına baxmayaraq, hələ də çimərliyə gələnlər müşahidı edilir. Doğrusu, burada, təxminən, yayda olduğu qədər adamın olması və dənizə girməsi maraqlıdır. Həmin insanların bir çoxunun postsovet ölkələrindən gələn turistlər olduğunu təxmin etdik. Əslində isə ərazi yayda çimərlik kimi, yayda və digər fəsillərdə isə həvəskar balıqçılar, bəzən isə hətta, brakonyerlər tərəfindən istifadə olunan yerdir. Əslində dənizdə çimən insanlarla eyni vaxtda balıqçıların tilov və torlardan yararlanması da qəribədir və buna heç bir nəzarət yoxdur. Bu mənzərə çox uyğunsuz bir vəziyyət yaradır. Qeyd etdiyimiz kimi, ərazidə nisbətən təmizlik müşahidə olunsa da, bura da digər yerlər kimi zibillənmədən xali deyil. Belə ki, çimərlikdə gözə gələn yerlər təmiz saxlansa da, qıraqlarda və gözdən uzq yerlərdə bolluca zibil alaqlarına rast gəlmək olar.Çimərliyin ətrafında kiçik bir gəzintiyə çıxanda gizlədilməsinə çalışılan zibil qalaqları ilə rastlaşmış olursan. Bu azmış kimi, çimərliyin şəhərə tərəf olan yanındakı hündür hasarın arxasında iri-iri zibil topaları qalaqlanıb. Müxtəlif məişət əşyaları, ən çox isə plastmas tullantılar çimərlikdəki həmin əraziləri “bəzəyir”. Bundan əlavə, çimərliyin qırağında dəniz dalğaları toxunan sahilin özü belə, zibillə çirklənib. Bundan başqa, çimərliyə yaxın ərazidə, sahildə olan yaşayış yerlərindən və turizm obyektlərindən də əraziyə zibil tullanır. Şəhərin girişində yerləşməsinə baxmayaraq, ərazinin üfunətli zibilliklərlə dolması yaxşı hal deyil. Müvafiq qurumların burada da təmizlik və ekoloji vəziyyətə nəzarət baxımından fəaliyyətsiz olduğunu demək olar. Yayda çimməyə gələnlərdən başqa, əraziyə demək olar ki, bütün fəsillərdə gündəlik gələn balıqçıların da çirklənmədə, tullantılarda öz payı var. Bundan başqa, Şıx çimərliklərində sahilin ayrı-ayrı şəxslər tərəfindən sanki hissələrə ayrılmaqla zəbt olunduğu müşahidə olunur. Həmin yerlər ya turizm obyekti, ya da sadəcə, tutulmaq üçün zəbt olunub. Çimərlikdə baş alıb gedən antisanitariya və hədsiz çirklənmə olduqca düşündürücüdür.

Bu müşahidələr bir daha çimərliklərimizlə bağlı təmizlik konsepsiyasının olmadığını və ya işləmədiyini ortaya qoymuş olur…

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər