BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Ali təhsildə mövcud problemlərin həllinə yönələn tədqiqat işlərinin aparılması və tədbirlərin təşkili” layihəsi çərçivəsində tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Mütəllim Rəhimov bildirib ki, əsas məqsəd Azərbaycanda ali təhsil sahəsində olan problemləri araşdıraraq gənc kadrların hazırlanmasında ortaya çıxan problemlərin öyrənilməsi, universitetlərin beynəlxalq reytinqlərdə yer ala bilməməsinə əsas yaradan amilləri müəyyənləşdirərək, onun aradan qaldırılmasına yönələn təkliflər işləyib hazırlamaqdır.

Tədbirdə çıxış edən Vüsal Heydərov qaldırılan məsələlərə münasibət bildirərək qeyd etdi ki, təhsil sektoru həm sosiumun, həm də dövlətin əsas, aparıcı sahələrindəndir və onun inkişaf etdirilməsi hər bir dövlətin qarşısında duran vacib prioritetlərdən biridir. Müasir təhsil sisteminin səviyyəsini daha da yüksəltmək üçün infrastruktur işləri ilə yanaşı müasir texniki vasitələrlə təmin olunmuş təhsil ocaqları yaradılmalı, nəhayət, güclü elmi-pedaqoji kadrlar formalaşdırılmalıdır.

İnformasiya texnologiyaları üzrə mütəxəssis və doktorant Xanım Paşayaeva isə bildirdi ki, təhsildə keyfiyyət dəyişikliklərinin baş verəcəyini taleyin ümidinə buraxaraq sadəcə olaraq gözləmək sadəlövhlükdür, ona görə də bu istiqamətdə ciddi cəhdlə çalışmaq, təşəbbüs irəli sürmək lazımdır. Çünki təhsil elə bir mürəkkəb struktura malik olan sahədir ki, bura yatırılan investisiya bir neçə mərhələdən sonra öz müsbət nəticəsini verməyə başlayır. Bu səbəbdən, müasir təhsilin dünyəvi elmi-pedaqoji çərçivədə inkişafı üçün ictimai müzakirələr aparılmalı, təkliflər irəli sürülməli, sınaqdan çıxmış və özünü doğrultmuş tətbiqlər istifadə edilməlidir. O müasir dövrdə komputer elmləri ilə bağlı ölkəmizdə verilən təhsilin qarşılaşdığı problemləe haqqında da fikirlərini bölüşdü.

Layihənin eksperti, fəlsəfə doktoru Günay Hüseyn çıxışı zamanı dedi ki, bu layihədə Azərbaycanın ali təhsil sistemində olan mövcud problemlərə diqqət yönəldilir. Kadr hazırlığı məsələləri, hazırlanan kadrların işlə təmin edilməsi, tədrisin keyfiyyəti, dərslərin praktikliyi, tələb olunan ədəbiyyata əlçatanlığın təmin edilməsi, tədrisdə beynəlxalq standartların tətbiqi, universitetlərin verdiyi diplomların mötəbərliliyi və reytinqi, tələbələrin ixtisas seçimində məlumatlılığı, onların karyera planlaması bacarıqları və s. diqqət mərkəzinə gətirilir.

G.Hüseyn daha sonra bildirdi ki, bütün bunlarla bağlı cəmiyyətin, o cümlədən, ali təhsil sahəsində çalışan yaradıcı alimlərin fikirləri də nəzərə alınaraq tədqiqat işləri aparılıb. “Tədqiqat işində mövcud problemlər və onları yaradan səbəblər aşkarlanmaqla yanaşı, onun aradan qaldırılması yolları da göstərilib” – G.Hüseyn çıxışı zamanı bildirdi.
Ekspert daha sonra günümüzdə ən zəruri faktor olan müasir təhsil sistemini yeni formalaşan cəmiyyətin ayrılmaz bir sahəsi adlandırdı. O dedi ki, Bu sivil sferanın inkişafı həmin sosiumların irəli getməsinə, ölkədə fəaliyyətdə olan bütün sahələrdəki uğurların sayının artırılmasına səbəb olur. Çünki təhsil faktoru hər bir fərdə təsir etmək gücünə malikdir və bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görmək mümkündür.

Aysel Sadıqova bütün tarixi dövrlərdə təhsilin ictimai həyatda mərkəzi rolunun qeyd-şərtsiz olaraq hamı tərəfindən qəbul edildiyini bildirdi. O çıxışı zamanı dedi ki, insan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Sonda irəli sürülən fikirlər və qaldırılan problemlərlə bağlı fikir mübadiləsi aparıldı, suallara cavb verildi.

Ali təhsildə mövcud problemlər müzakirə olunubAli təhsildə mövcud problemlər müzakirə olunub

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər