BAKU Azərbaycan
9.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 Bakı şəhər Mədəniyyət Baş İdarəsinin  təşkilatçılığı və informasiya dəstəyi ilə və Norveçin Oslo şəhərindəki Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində  tanınmış uşaq yazıçısı, şair M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimovanın "Trolların sirri" nağılının təqdimatı keçirildi. Sözügedən nağıl Skandinaviya xalqlarının nağıl qəhrəmanları trollara həsr edilib. 

Tədbiri giriş sözü ilə N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin koordinatoru Günay Əliyeva açaraq, "Trolların sirri” nağılının Gülzar İbrahimova ilə həftəsonu məktəbinin sıx əməkdaşlığı əsasında yarandığını bildirdi. O qeyd etdi ki, bu nağıl həm məzmunu, həm də tərtibatına görə şagirdlərin marağına səbəb olub. Məktəbin şagirdləri “Trolların sirri” nağılının norveç dilinə tərcüməsinə başlayıblar. Bu kitab məktəbin və şagirdlərin kitabxanasında xüsusi yer alıb. 

Tədbirdə çıxış edən yazıçı, şair Gülzar İbrahimova Norveçdə dünyaya göz açmış uşaqlarımızın dilimizlə yanaşı, ədəbiyyatımızı da öyrənməsini təqdirəlayiq olduğunu bildirdi. “Trolların sirri" nağılının yaranmasından danışan G.İbrahimova nağılın bir il müddətinə ərsəyə gəldiyini bildirdi. Yazıçı sözügedən nağılın oxucular tərəfindən sevildiyini bildirərək, trolların onun yazdığı yerli və xarici nağıl qəhrəmanları arasında özünəməxsus yeri olduğunu bildirdi. 

Tədbirdə uşaq yazıçısı, “Ağıllı bala” nəşriyyatının rəhbəri Fatimə Alxas, tarix elmləri doktoru, professor, AYB-nin üzvü, “Məcməüşşüəra” ədəbi məclisinin sədri Şahin Fazil, şairlərdən Gülayə Şınıxlı, Fəxrəddin Meydanlı, Zaur Ustac, 1 saylı uşaq-gənclər məktəbəqədər müəssisənin, 189, 220 saylı məktəblərin müəllim və şagirdləri “Trolların sirri” nağılı haqqında fikirlərini bildirərək, G.İbrahimovaya yaradıcılıq uğurları arzuladılar. 

Təqdimatda Beynəlxalq Muğam Mərkəzinin solistləri Könül Xəlilzadə, Elgiz Əliyev və balaca müğənni Əhəd Ağayev gözəl ifaları ilə iştirakçıları heyran etdilər. Səhər Zərdablının və Tunar Qarayevin milli və xarici üslubda əyləncəli rəqsləri tədbirə əlavə sevinc qatdı.

Tədbirin sonunda Osloda N.Gənvəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri sözləri Gülzar İbrahimovaya, musiqisi Elşən Nicata məxsus olan "Ana dilim" və "Sağ ol, ey Vətən! " mahnılarını ifa etdilər. 

 "Trolların sirri" nağılının təqdimatı ilk dəfə 2024-cü ilin 25 may tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin və Osloda N.Gəncəvi adına həftəsonu məktəbinin birgə təşkilatçılığı ilə Oslonun məşhur “Deichman Bjørvika“ kitabxanasında keçirilmişdir. 

Tədbirdə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və çoxsaylı oxucuları, rus icmasının nümayəndələri, uşaqlar və valideyinlər, kitabsevərlər iştirak etdilər.

 

  

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər