BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə 2024-cü qrant müsabiqəsi üzrə maliyyələşən "Regionlarda yaradıcı sənayenin inkişafında yeni yanaşma və çağırışlar" adlı layihə çərçivəsində “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən bölgələrdə maarifləndirici təlimlərə start verildi.

İsmayıllı, Şəki və Masallı rayonunda həyata keçirilən layihənin əsas ideyasını bu regionlarda milli yaradıcı sənaye - misgərlik, dulusçuluq (keramika), həsir (səbət) toxuma və digər xalq sənətkarlığının inkişafına peşəyönlü gənclərin marağını artırmaq, onları bu sahəyə stimullaşdıraraq onların bacarıq və təcrübələrini artırmaq və bu yaradıcı sənayenin təbliği, beynəlxalq miqyasda tanınması üçün fəaliyyət göstərən peşəkar sənətkarlara müasir İKT, PR, SMM kampaniyasının aparılması yollarını aşılamaqla mədəni və yaradıcı sənayenin dirçəldilməsinə və tərəqqisinə yardım göstərməkdir.

İcra planına uyğun ilk maarifləndirici təlim İsmayıllı rayonunda Dövlət Peşə Təhsil Mərkəzində peşəyönlü gənclər üçün təşkil olundu. 2 günlük maarifləndirici tədbirin açılışında layihə rəhbəri, ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli, layihə eksperti, ADTGT İctimai Birliyinin icraçı direktoru Gülnarə Bağırova və Lahıc misgərlik məktəbinin görkəmli nümayəndəsi Nəzər Əliyev iştirak edirdi.

Layihənin regionlarda mədəni və yaradıcı sənayenin inkişafına, bölgə gəncləri arasında bu sənətkarlıq sahələrinə stimul yaradacağını və ölkəmizin bu yaradıcı sənayesinin tantımı və təbliğində əhəmiyyətli rol oynayacağını qeyd edən çıxışçılar gənclərdə motivasiya yaradan bilgi və bacarıqları qeyd etdilər.

İnteraktiv təlimdə gənclərə yaradıcı sənayenin inkişafında yeni yanaşma və çağırışlar haqqında geniş məlumatlar verildi və onların xalq sənətkarlığının təbliğinə verə biləcəkləri töhfələr aşılandı. Təlimdə gənclərin sualları və təklifləri müzakirə olundu və qiymətləndirmə aparıldı.

Təlimlərin yekununda layihə davamlılığı və yaradıcı sənayenin dayanıqlı inkişafı üçün maarifləndirici sosial çarxların çəkilməsi, gələcək  informasiya və təcrübə mübadiləsi üçün əməkdaşlıq şəbəkəsinin qurulması və bu sahələrin inkişaf perspektivinə dair təklif və tövsiyyə hazırlanmasını da nəzərdə tutulur.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər