BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Son günlər KİV-də və ictimaiyyət arasında daha çox müzakirə olunan xəbərlərdən  biri də Bakıda keçirələcək Qlobal Cənub QHT Platforması ilə bağlıdır. Aprelin 28-29-da Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini özündə birləşdirən böyük coğrafiyanın – dünyanın üçdə iki hissəsini əhatə edən 110-dan çox ölkəni təmsil edən QHT-lər Bakıya toplaşır. 
   Əvvəla onu qeyd temək lazımdır ki, bu formatda qurum tarixdə ilk dəfə təsis edilir və bu miqyasda tədbir ilk dəfə təşkil olunur. Təbii ki. bizim üçün Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri üçün qürurvericidir ki, analoqu olmayan bu platformanın təşəbbüskarı məhz Azərbaycan vətəndaş cəmiyyətidir və möhtəşəm tədbirin təşkilatçısı da Azərbaycan və bu sahə üzrə fəaliyyəti həyata keçirən məsul qurumlar və QHT-lərdir. 
 Artıq danılmaz faktdır ki, Azərbayan Respublikası multiregional, çoxvektorlu və balanslaşdırlmış xarici siyasət kursuna sadiq qalaraq və bu siyasətin nəticəsi olaraq həm Qərb və həm də Şərq, həm ABŞ, həm Avropa, həm də Asiyadan olan dövlətlərlə bərabər səviyyəli sıx əməkdaşlıq əlaqələri qurmağa nail olmuşdur. Ölkəmizin bu cür böyük üstünlüyünü, uğurunu dostlarımızı sevindirməklə yanaşı, düşmənlərimzi də həqiqəti etiraf etməyə məcbur edir.  Bu günkü qlobal reallıq onu göstərir ki, çoxqütblü dünyada siyasi uğur çevik, balanslı və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqdan keçir. Azərbaycan isə məhz bu siyasətin uğurlu modelini nümayiş etdirərək həm regionda, həm də beynəlxalq miqyasda öz nüfuzunu artırır Azərbaycan uğurlu siyasi diplomatiya nümayiş etdirərək yeni, etibarlı və perspektivli tərəfdaşlıqlar qurmaqla yanaşı, artıq həm də yeni-yeni ideyaların, əməkdaşlıq formatlarının və s. təşəbbüskarı və yaradıcısı kimi çıxış edir. 
   Qlobal Cənub QHT Platforması kimi əlamətdar hadisənin özü bir daha sübut edir ki, Azərbayacanın bir dövlət kimi dünyada yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti və bir çox digər mütərəqqi ideyaların lokomotivi olmaqla yanaşı, Azərbaycan vətəndaş cəmiyyəti də dövlətimizin bu istqiamətdə beynəlxalq səviyyədə həyata keçirdiyi siyasətə layiq fəaliyyət sərgiləyir. Daha əvvəllər də, həm COP-29-da həyata keirilən tədbirlər, həm də türk dövlətləri, o cümlədən Özbəkistan və Qazaxıstanla əməkdaşlığın qurulması və inkişafı ilə bağlı uğurlu fəaliyyətlər və s. nümayiş etdirir ki, ölkə QHT-lərinin beynəlxalq nüfuzu artır, əlaqələr genişlənir və xarici tərəfdaş təşklatlar arasında böyük etimad qazanır. Qlobal Cənub QHT Platforması bu fəaliyyətin, naliyyətlərin yeni müstəvidə, daha yüksək səviyyədə davamıdır. Əminəm ki, uğurlarımız daha böyük olacaq. 
 Son olaraq bu möhtəşəm tədbirin əhəmiyyəti barədə bu gün çox danışmaq olar, amma əsl qiymətini zaman özü verəcək, İnanıram ki, bu təşəbbüs gələcəkdə daha böyük uğura imza atacaq. Yaradılacaq platforma böyük rəğbət qazanacaq və beynəlxaql səviyyədə QHT-lərin səmərəli əməkdaşlığının dərinləşməsinə və dinc, ədalətli dünya nizamının yaradılması, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsi, xalqların bərabərliyinin təmin olunması və s. naminə daha gərgin və daha təsirli fəaliyyəti təşviq edəcək.

 
  “Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri 
  Əhməd N. Abbasbəyli

 

 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər