BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
 

AMEA-nın 80 və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) 100 illik yubileyləri ərəfəsində iki maraqlı biblioqrafik-sorğu kitabı işıq üzü görüb: “Mərkəzi Elmi Kitabxananın inciləri” və “Mərkəzi Elmi Kitabxananın nəşrləri”. Kitablar “Yaradıcı oxucularımız” və “Kitabxanaya kitab hədiyyə edirik” layihələri çərçivəsində M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasına hədiyyə edilib.

Bir milyon 500 mindən və 50-dən çox dildə fondu olan ölkəmizin ən zəngin kitabxanalarından biri MEK-in fondu yubileylər ərəfəsində 2 maraqlı kitabla zənginləşdi.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının nəşri olan “Mərkəzi Elmi Kitabxananın nəşrləri” biblioqrafik göstərici MEK-in tarixini, inkişaf mərhələlərini, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsindəki yenilikləri özündə əks etdirən salnamədir. Göstəricidə kitab və elmi monoqrafiyalar, dissertasiya və avtoreferatlar, elmi əsər və bülletenlər, elmi və elmi-publisistik məqalələr, habelə elektron resurslar toplanıb. Kitabın zəngin soraq-axtarış aparatı da var.

“Mərkəzi Elmi Kitabxananın inciləri” adlı bələdçi-kitabda MEK-in zəngin fondlarının məzmunu qismən açılır və oxuculara təqdim edilir. Burada kitabxananın fondlarında qorunan nadir və qədim kitablar, xüsusi kolleksiyalar haqqında məlumat verilir. Kitabxanada olan ən qədim kitab 1502-ci ilə aiddir. Kitabda Azərbaycanın qədim tarixi, Qarabağ, Şeyx Şamil, Qafqaz Albaniyası, qədim Bakı, “Dəmir qapı” Dərbənd, qədim Gəncə, Qafqaz tarixinə dair nadir, qədim, qiymətli və maraqlı mənbələr oxuculara təqdim edilir. Kitaba 1901-1917-ci illərdə Bakıda fəaliyyət göstərən Orucov qardaşlarının mətbəəsinin nəşrləri də daxil edilib. Kitabın maraqlı bölmələrindən biri “Kolleksiyalar” bölməsidir. Buraya XX əsrin məhşur şərqşünasları Y.Bertels, Y.Paxomov, G.Hazai və s. ilə yanaşı XXI əsrin xüsusi kolleksiyaları (İsa Həbibbəyli, Ədalət Tahirzadə, Həsən Əliyev, Qara Əhmədov, Bəkir Nəbiyev, Misir Mərdanov, Mirzə İbrahimov, Abbas Zamanov, Mikayıl Useynov və s.), habelə Naxçıvan və Gəncə bölmələrinin, Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Xalq Cümhuriyyətinin və s. kolleksiyalar da daxil edilib.

İlk dəfə nəşr olunan qiymətli kitabların müəllifi təcrübəli kitabxanaçı, Əməkdar mədəniyyət işçisi, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Xuraman İsmayılova alim, tədqiqatçı və oxuculara folklorumuzun canlı əfsanəsi sayılan bayatıdan tutmuş qoşma, gəraylı, şeir, oçerk, hekayə, publisitik yazılarla zəngin yaradıcılığı, bir çox biblioqrafik göstəricilərin müəllifi kimi tanışdır.

“Mərkəzi Elmi Kitabxananın nəşrləri” kitabının elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru və ön sözün müəllifi MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktoru MEK-in şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, ixtisas redaktoru MEK-in şöbə müdiri Səyyarə Məmmədovadır.

“Mərkəzi Elmi Kitabxananın inciləri” kitabının elmi məsləhətçisi MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, ixtisas redaktoru MEK-in şöbə müdiri Səyyarə Məmmədova, redaktoru filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır.

Kitablar alim və tədqiqatçı, mütəxəssislər, kitabxanaçılar, tələbələr və oxucular üçün dəyərli mənbədir.

 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər