BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Bugünkü Azərbaycan cəmiyyətində bir çox zədə var, - desəm hamı deyəcək ki, sosial-iqtisadi fərqlər var, məmur özbaşınalığı, işsizlik və s. Amma əsas zədə  yalnız bunlar deyil. Ən dərin zədə düşüncə sistemimizdədir. Loru dillə desək, cəmiyyətin az qala yarısı "rusqafalı", "farsqafalı" olub. Yəni milli dəyərlərlə deyil, yad zehniyyətlə düşünən, danışan, hətta millilərə nifrət edən bir kütlə formalaşıb. Onlar ana dilində danışanı "kəndçi", milli mövzularda danışanı "geridəqalmış", xalqını sevəni "populist" adlandırır.

Bu təbəqə elə belə formalaşmayıb, bu, o təbəqədir ki, onlar tarixini rusdan, farsdan öyrənir, ədəbiyyatını onların süzgəcindən qiymətləndirir, şəxsiyyətini yad identikliyə əsasən qurur. Düşünür ki, rusca danışmaq savad əlamətidir, fars poetikası ilə yaşamaq zövq göstəricisidir. Amma sual olunur: bəs öz dilin, öz tarixindən doğan şüurun, öz xalqının keçmişi nəyin göstəricisidir? 
Ən təhlükəlisi isə bu düşüncənin artıq aqressiv bir formaya çevrilməsidir. Milli kimliyini qoruyan, ana dilində düşünən, təmiz türk soylu ideyaları müdafiə edən insanlar bu "yadqafalı" kütlənin hücumuna məruz qalır. Sosial şəbəkələrdə, ictimai müzakirələrdə bu adamlar ya etinasızlıqla, ya təhqir və təhdidlə qarşılanır. Kim ki, rus mədəniyyətinə səcdə etmir, fars təsirinə bələnmir,- dərhal "bayağı", "radikal", "ayrıseçkilik edən" damğası vurulur.
Bu, artıq sadəcə fərdi düşüncə deyil, cəmiyyətin dərin təbəqəsinə sirayət etmiş düşüncə işğalıdır. Bax bu, bizim əsil milli təhlükəsizlik problemimizdir. Tanklarla yox, ideologiyalarla, dildə yox, düşüncədə bizi işğal edən bir düşmən var: özgələşmiş beyinlər.
Bu problem bir gün yox, illərlə formalaşıb. Sovet mirası hələ də bir çox ailələrin şüurunda yaşayır. Uşaqlara Azərbaycan nağılları yox, rus cizgi filmləri göstərilir, xalq dastanı yox, Moskvanın çəkdiyi seriallardan danışılır, Məmməd Araz yox, Puşkin əzbərlədilir. Və nəhayət, "milli" sözü bu insanların qulağında "köhnə", "maraqsız", "təhlükəli" səslənir.
Əgər bir xalq öz dilini, öz düşüncə sistemini, öz şüur mərkəzini itirirsə, o xalq siyasi sərhədlərlə deyil, içindən dağılır. Və biz hazırda bu təhlükənin içində yaşayırıq.
Bu zehniyyət xəstələrindən biri dostlardan birinin paylaşımına yazdığım rəyə öz müalicə olunmaz  xəstəliyinin artıqlarını töküb. 
Mövzu budur: 
"Rusiyalı bloqer Naxçıvanı “Yer üzündəki ən mənasız yer” adlandırdı.  ...Bura inanılmaz dərəcədə kədərli bir yerdir, sadəcə fantastik dərəcədə. Necə nail olduqlarını belə anlamıram”, – deyə Lebedev bildirib." 
Mən də bu paylaşımın altında belə bir rəy yazmışam: "Lebedev Naxçıvana gələndə yəqin özü kədərli olub. Ruslar indi elə pörsüblər ki, öz kədərlərində boğulurlar. Naxçıvan isə Şərqin Qapısı kimi hazırda daha önəmli yerdir və bu, rusların gözünə batır."
İndi gəlin görün ki, bəzi rusqafalar buna necə aqressiya göstərirlər. 
Cəmiyyətin ayıq kəsimi – müəllimlər, yazıçılar, jurnalistlər, gənc fəallardır və belə durumlarda susmamalıdır. Susmaq – təslim olmaqdır. Biz sözümüzü deməsək, sabahkı nəsldə danışmağa, işləməyə fikir, milli ruh olmayacaq.
Əgər Azərbaycan cəmiyyəti sağalmaq istəyirsə, əvvəlcə şüurunu təmizləməlidir. Yad zehniyyətlə deyil, öz kökü ilə düşünməyi öyrənməlidir. Rus olmaqla rusun qapısında qul olarsan, fars olmaqla farsın süfrəsində qonaq. Amma özün olmaqla bir millətin gələcəyi olarsan.

Adilə Nəzər

 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər