BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ağ və qaradan başqa rəngin olduğuna inanmayan, yalnız özlərinin dediklərini yeganə həqiqət hesab edən, alternativ fikir, fərqli yanaşma qəbul etməyən, hər kəsə, hər mövqeyə oppanentlik etmək həvəskarlarının bəri başdan nəzərinə! Mən, D. Trampın pərəstişkarı, flan deyiləm, hətta əksinə. Alyaska tədbirinə qətiyyən isti yanaşmıram. Bu görüşə tənqidi yanaşanları da başa düşürəm. Eyni zamanda bu görüşdə D. Trampın guya ki, Putini qarşısında əyilməsi və zəif görünməsi və s. kimi fikirləri səsləndirlənlərlə də razı deyilən ( bu fikirlər, sanki bir az da Rusiya təbliğatı ilə unison səslənir). 
Bu səbəbdən, müşahidələrimin nəticələri olaran bəzi məqamlara diqqətinizi cəlb etmək istəyirəm: 1. Görüşün məhz Alyaskada (ABŞ ərazisində, amma bilirsiniz ki, çox variantlar var idi, Alyaskanın seçilməsi məhz Trampın təkidi ilə olmasına əminəm ), ABŞ ən böyük hərbi bazalarından birində keçirlməsi. 2. ABŞ-ın bütün müasir təyyarələrinin (saysız hesabsız F-22, F-35) nümayiş etdirilməsi. 3. Xüsusilə Putin eniş etdikdən sonra dərhal onun başının üstündən "Nortrop B-2 "Spirit" ağır strateji bombardmançı təyyarəsinin xüsusi ilə F-35-lərin müşaiəti ilə süzməsi (yeri gəlmişkən möhtəçəm görüntü idi, Putin nə qədər çalışıdısa, hissələrini gizlədə bilmədi, gözü göylərdə qalımışdı... ) Bilirsiniz də, bu bombardmançı nüvə silahını çatdırmaq üçün nəzərdə tutulub və stelz texnologiyası onun az-sezilən (yəni görünməyən, düşmən hava müdafiə sistemi tərəfindən müəyyən edilə bilməyən) edir. Təyyarə radio-udan materialla örtülüb və s. Bəri başdan təyyarələrin Prezidentlərin təhlükəsizliyinə təminat üçün nəzərdə tutulduğunu iddia edənlərə, B-2 -nin bu məqsədlərə yaramadığnı indidən deyirəm. 4. Rusiya heyəti üçün ayrılmış yerlər və heyətə qarşı davranışlar (hərbi formada olan nəzarətçilətin ən adi hərəkətləri belə qadağa qoymaları. dərhal irad tutmaları və s.). Bunu Rusiyalı jurnalistlər də dönə-dönə, hərbi bazanın idman zalında ayrılmış yerlər bərbad vəziyyəti (sadəcə heç bir yataq dəsti olmadan (yorğan-döçək, yastıq) ensiz qatlanan çarpayısı) hələ belə bir şəraitdə (hətta müharibə və fəalkət zonalarında da insanlar üçün daha yaxşı şərait yaradıldığını vurğuladılar ( baxmayaraq ki, əminəm ki, onlar mənfi bir fikir sökləməmələri ilə bağlı ciddi təlimatlandırılmışdılar). Lakin eyni zamanda ABŞ heyəti üçün nümayişkəranə formada fəqli şəraitin yaradılması və fərqli münasibətin sərgilənməsi Rusiya təbliğatçılarını belə hiddərləndirdirdiyi aydın sezilir və bəzən əsas missiyalarını unudaraq gileylənməyə məcbur edirdi. Ən azı bu vəziyyət Rusiya heyətinin aşağılanması, sındılması kimi görünmür? 5. Hər tərəfdən beş nəfərin iştirakı ilən elan edilmiş naharın (heyət, menyu və s. əvvəlcədən mətbuatda getmişdi) naməlum səbəblərdən təxirə salınması və s. 
Sizə elə gəlmir ki, əslində Tramp bütün etdiyi reveranslara, süni pafosa, guya ki, sayqı və s. görsədirmiş kimi davarışı (əslində hesab edirəm ki, bunların özü də böyük bir tamaşanın tərkibi, ayrı-ayrı səhnələridir) rəğmən, Rusiya və onun dik..prezidenti Putinə bir mesajdır? Özündə güc nümayişini ehtiva edən bir xəbrədarlıqdır? P.S. Bəziləri bunu Putinin qələbəsi kimi qiymətləndirsdə, mən elə hesab etmirəm! Razıyam, ola bilər ki, Ruisya vaxt uddu, amma bu prosesin sonda Rusiya üçün hələ nə ilə bitəcəyi çooox qaranlıqıdır. 
P.S.S. Unutmayın ki, ABŞ-ın əzəli və əbədi düşməni Rusiyadır. Tramp bəzilərinin əsassız iddilarına görə KGB agenti olsa belə, Putinin pərəstişkarı, "fanatı" olsa belə onun fəaliyyəti ABŞ xarici siaysəti, hərbi-siaysi doktrinası çərçivəsindən kənara çıxması qeyri-mümkündür, bu fəlakətdir!!! Hansı addımları atırsa (bəzən bu addımlar yanlış ola bilər) atsın, son nəticədə ABŞ-ın maraqlarına tam cavab verməlidir. Biz ABŞ barədə danışırq, hər hansı "banan respublika" barədə deyil, əminəm ki, orada Prezindentin kimliyindən, şəxsiyyətindən asılı olmayaraq, hər kəs dövlət və Amerika xalqı naminə çalışmağa məhkumdur! Az-çox ABŞ tarixi ilə tanış olanlar, Prezindentlərin fəaliyyəti ilə maraqlananlar mənimlə razılaşarlar.
 
Siyasi şərhçi
Əhməd N. Abbasbəyli

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər