BAKU Azərbaycan
3.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

VI Çağırış Milli Məclisin növbədənkənar sessiyası iyulun 8-də başa çatdı. Cari ilin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş, lakin müzakirəsi baş tutmayan qanun layihələri növbədənkənar sessiyanın da gündəliyində yer almadı.

Bununla belə, həmin qanun layihələrinin, o cümlədən bir sıra sahələrlə əlaqədar yeni hazırlanacaq və artıq ilkin versiyada hazır olan layihələrin 2022-ci il payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.

"Xeber 7" xəbər verir ki, bunların içərisində yaz sessiyasının gündəliyinə daxil edilən 6 qanun layihəsi daha çox qeyd edilir. Bunlar, “Hərbi qulluqçuların statusu haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Ali təhsil haqqında” və “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihələridir.

İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsinin isə üçüncü oxunuşda müzakirəsi payız sessiyasına saxlanıldı.

Payız sessiyasının qanunvericilik işlər planına “Rəqabət Məcəlləsi”nin  layihəsinin daxil edilməsi də gözlənilir. Belə ki, uzun müddətdir hazırlandığı haqqında iddialar ortaya atılan məcəllənin layihəsi artıq hökumətə təqdim edilib.

Milli Məclis “Uşaq hüquqları haqqında” yeni qanun layihəsini də müzakirəyə çıxarmağa hazırlaşır. Layihənin artıq hazır olduğu, payız sessiyasında işlər planına daxil ediləcəyi düşünülür.

Payız sessiyasında maliyyə-bank sektorunun tənzimlənməsi sahəsində də mühüm layihələrin müzakirəyə çıxarılacaq. Bundan başqa ictimai birliklər, siyasi partiyalar və vətəndaş cəmiyyəti haqqında yeni qanun layihələrinin hazırlanması və müzakirəsi haqqında qərarlar da parlamentin payız sessiyasına planlaşdırıb.  

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər