BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi 27 sentyabr – Anım Günü ilə bağlı Yasamal rayon A.İ.Məmmədov adına 38 №-li tam orta məktəblə birgə əməkdaşlıq çərçivəsində tədbir keçirdi.

Əvvəlcə canı və qanı ilə müqəddəs torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Direktor vəzifəsini müvəqqəti icra edən Sona Abbasova tədbir iştirakçılarını salamlayaraq dedi: “Vətənpərvərlik hər birimizin ürəyində olan müqəddəs hissdir. Vətəni sevmək yalnız sözlə deyil, həm də əməl ilə göstərilməlidir. Dərslərinizi yaxşı oxumağınız, elmli və bilikli olmağınız da Vətənə xidmətdir. Siz Azərbaycanın gələcəyini daha da işıqlı etməlisiniz.Torpaq uğrunda canlarından keçən şəhidlərimizin, qazilərimizin vətənpərvərlik yolunu davam etdirərək Azərbaycanın adını yüksəklərə qaldırmalısınız”. Məktəbin təlim-tədris işləri üzrə direktor müavini Gülnarə Vəliyeva 27 sentyabrın Azərbaycan tarixində qəhrəmanlıq və Vətən sevgisinin rəmzi kimi yadda qaldığından, 2020-ci ildə başlayan Vətən müharibəsində xalqımızın torpaqlarımızın azadlığı uğrunda bir yumruq kimi birləşməsindən bəhs etdi.

Abonement bölməsinin müdiri Lalə Səlimova çıxış edərək bildirdi ki, xalqımız 44 gün ərzində qəhrəmanlıq, birlik və igidlik təcəssüm etdirdi, igid övladlarımız torpaqlarımızın azadlığı uğrunda döyüşərək şanlı bir tarix yazdılar.

Azərbaycan dili və ədəbiyyat müəllimi Mehparə Məmmədova torpaqlarımızın min illər boyu qəhrəman övladlarımızın qanı-canı bahasına qorunmasından, bu qəhrəman oğullarımızın fədakarlığı sayəsində azad, müstəqil Azərbaycanda dinc yaşamağımzdan bəhs etdi.

Mərkəzi Kitabxananın multimediya mütəxəssisi Aytən Məmmədova bildirdi ki, qəhrəmanlar hec vaxt unudulmur, qanıyla tarix yazan igidlər unudulmaz, əbədiyaşar qəhrəmanlarımızdır.

Tədbirdə iştirak edən məktəblilər şəhid general Polad Həşimovun evinə ziyarət zamanı yaşadıqları duyğuları bölüşərək dərin təsirləndiklərini ifadə etdilər. Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər.

Tədbirin sonunda Anım Gününə həsr olunmuş videoçarx nümayiş olundu.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər