BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

27 Sentyabr 2020-ci il… Sadəcə bir tarix deyil – bu, Azərbaycan xalqının taleyində dönüş nöqtəsi, millətin qeyrət günü və şəhidlərin qanı ilə yazılmış qürur səhifəsidir. Uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsini yazdı. Hər günümüz zəfər, hər zəfərimiz isə gələcəyə inam demək idi.

Məhz həmin günlərdə, 3 oktyabr 2020-ci ildə, ordumuz Tərtər rayonuun strateji əhəmiyyətə malik Talış kəndini işğaldan azad etdi. Prezident İlham Əliyev o gün Azərbaycan xalqına müraciətində dedi:

“Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarımızı azad edir. Hər qarış torpağımız uğrunda mübarizə aparırıq. Bu qələbə bizim haqq işimizin qələbəsidir. Talış və Suqovuşan kəndlərinin azad olunması bizə çox böyük strateji üstünlük verdi. Bu qələbələr növbəti uğurlarımızın əsasını qoydu.”

Talış kəndinin azad olunması sadəcə hərbi əməliyyat deyildi – bu, şəhidlərin ruhunun rahatlığı, Azərbaycan xalqının iradəsinin və qəhrəmanlıq əzminin təntənəsi idi.

Talış uğrunda döyüşlər və şəhid Ziya Ağayevin qəhrəmanlığı (1994)

Talış kəndi Azərbaycan tarixində həm acı, həm də şanlı səhifələrlə yadda qalıb. 1994-cü ilin aprelində bu kənd uğrunda gedən döyüşlərdə xeyli sayda igidimiz şəhid oldu. Onlardan biri də Zirə qəsəbəsinin qəhrəman oğlu – Ziya Ağayev idi.

Ziya Ağayev 1974-cü il avqustun 25-də Zirə qəsəbəsində anadan olmuş, 241 nömrəli məktəbdə təhsil almışdı. Uşaqlıqdan vətənpərvərliyi, təmizliyi, mehribanlığı ilə seçilən Ziya 1990-cı ildə orta təhsilini başa vurdu. 1993-cü ilin sentyabrında hərbi xidmətə çağırıldı, lakin o, xidmətlə kifayətlənmədi. 1994-cü ilin yanvarında könüllü ərizə yazaraq cəbhəyə yollandı – vətən sevgisi onun üçün hər şeydən üstün idi.

1994-cü il aprelin 30-da Talış kəndinin müdafiəsi zamanı qəhrəmancasına şəhid oldu. Zirə qəsəbəsində böyük izdihamla torpağa tapşırıldı. Bu gün onun oxuduğu 241 nömrəli məktəb qürurla şəhid məzununun adını daşıyır.

hbbb

Ailəsinin və yaxınlarının yaddaşında Ziya

Şəhidlər təkcə qəhrəmanlıq dastanlarının deyil, həm də doğmalarının ürəyində əbədi yaşayan insanlardır. Onların hər xatirəsi canlı, hər sözü müqəddəsdir.

Atası Niyaz Ağayev dərindən kədərlə deyir:

“Ziya bizim gözümüzün nuru, qəlbimizin fəxridir. O, kiçik yaşından vətəninə bağlı idi. Onun qəhrəmanlığı hər zaman bizim ürəyimizdə yaşayacaq.”

Anası Gülzar Ağayeva sarsılmış ürəklə xatırlayır:

“Oğlum Ziya torpaqlarımızın azadlığı üçün can verdi. Hər zaman onunla fəxr etmişəm və bu fəxr heç vaxt solmayacaq. O, mənim üçün yalnız oğul deyil, həm də ölməz qəhrəmandır.”

 

Bacısı Gülnar Ağayeva göz yaşları ilə xatırlayır:

“Ziya ailənin sevimlisi idi. Hər zaman mehriban, qayğıkeş, təmiz ürəkli idi. Onunla qürur duyuruq. Bizim üçün o, sadəcə qardaş deyil, həm də qəhrəmandır. İndi Talış azaddır, demək ki, Ziyanın ruhu rahatdır.”

Qardaşı Şahin Ağayev fəxrlə deyir:

“O, hər zaman vətən sevgisindən danışırdı. Könüllü cəbhəyə getdi. Mən indi fəxr edirəm ki, qardaşım şəhid adını daşıyır.”

Qardaşı Nazim Ağayev belə xatırlayır:

“Ziyanın gəncliyi arzularla dolu idi. Amma ən böyük arzusu Azərbaycanın bütövlüyü idi. Onun arzusu 44 günlük müharibədə gerçəkləşdi. Biz Ziyanı həm qardaş, həm qəhrəman kimi daim yad edəcəyik.”

Sinif yoldaşı Kamilə Cabarova uşaqlıq illərini anaraq deyir:

“Ziya müəllimlərinin sevimlisi idi. Çox səmimi idi. Həmişə deyirdi ki, ‘Mən Vətən üçün yaşayıram’. O, bu sözünün ağası oldu.”

Xalası Rəsmiyyə Abdulova gözləri dolaraq bildirir:

“Ziya bizim ailənin fəxri idi. Onun gülüşü, mehribanlığı yaddaşımızdan silinməyəcək. O, bu torpağa qanıyla möhür vurdu. İndi onun adı hər evdə hörmətlə çəkilir.”

 

Qələbə – şəhidlərin ruhunun qələbəsi

44 günlük Vətən müharibəsində Talış kəndinin azadlığı, Şuşanın geri alınması və nəhayət, böyük Zəfər bütün şəhidlərimizin ruhunu şad etdi. Prezident İlham Əliyevin sözləri ilə:

“Biz bu zəfəri şəhidlərimizin qanı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi ilə qazandıq.”

Ziya Ağayevin də arzusu məhz torpaqlarımızın azadlığı idi. Vətən müharibəsində qazanılan qələbə onun da qələbəsi oldu

Əbədi heykəl – xalqın yaddaşında Ziya Ağayev

Bu gün Zirə qəsəbəsi öz qəhrəman övladının xatirəsini daim əziz tutur. Məktəblilər onun adını daşıyan məktəbdə böyüyür, həyat yolundan örnək götürürlər.

Nə qədər ki Azərbaycan var, nə qədər ki xalqımız var, Ziya Ağayev kimi şəhidlər xalqın qəlbində əbədi heykəl kimi yaşayacaq. Çünki onlar bir ömürlük tarix yazıb getdilər – qürurla, şərəflə, vətənpərvərliklə, qəhrəmanlıqla.

Əmim Ziya Ağayevin ölməz qəhrəmanlığı bizim üçün əbədidir. Onun göstərdiyi cəsarət, vətən sevgisi və fədakarlıq gələcək nəsillər üçün işıqdır. Onun yolu bizə göstərdi ki, azadlıq hər birimiz üçün müqəddəsdir və qorunmalıdır.

Bu məqamda ailəmiz adından dərin təşəkkürümüzü bildiririk –
Prezidentimiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, qəhrəman ordumuza, şəhidlərimizə, qazilərimizə və bütün Vətən uğrunda canını fəda etmiş igidlərimizə.

Bir gənc kimi, qalib ölkənin qalib gənci olaraq fəxr edirəm ki, bu torpaqlarda böyüyürəm və şəhidlərin yolunu davam etdirirəm. Ziya Ağayev kimi qəhrəmanlarımızın xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, vətən sevgisi isə bizdə əbədi olacaq.

Müəllif: Ziyad Ağayev-şəhid ailəsi üzvü, Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Tarix Klubunun direktoru

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər