BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın müasir tarixi və dövlətçilik salnaməsində işğaldan azad olunmuş torpaqların hər birinin özünəməxsus yeri vardır. Qarabağın cənubunda yerləşən Cəbrayıl rayonu bu baxımdan həm strateji mövqeyi, həm də zəngin təbii sərvətləri, tarixi-mədəni irsi ilə seçilir. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 il müddətində ağır dağıntılara məruz qalmış, rayonun şəhər və kəndləri, tarixi abidələri, sosial infrastruktur obyektləri məqsədli şəkildə məhv edilmişdir. Lakin 2020-ci il Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Cəbrayıl şəhəri və rayonun kəndləri işğaldan azad olunaraq, tarixi ədalət bərpa edilmişdir. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il 4 oktyabr “Cəbrayıl şəhəri günü” kimi qeyd olunur.

1993-cü il avqustun 23-də Cəbrayıl rayonu işğal edilərkən burada bir şəhər, 4 qəsəbə və 92 kənd mövcud idi. İşğal nəticəsində rayona 13,9 milyard ABŞ dolları həcmində iqtisadi ziyan dəymiş, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmişdi. 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət evi, muzeylər və kitabxanalar tamamilə dağıdılmış, 52 min nəfərlik əhali isə məcburi köçkün vəziyyətinə düşmüşdür. I Qarabağ müharibəsində Cəbrayıldan 362 nəfər şəhid, 191 nəfər əlil olmuş, 6 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Ermənistanın mədəni vandalizmi nəticəsində “Divlər sarayı” mağarası, Qız qalası, Xudafərin körpüləri, Sultan Məcid hamamı, dairəvi türbələr və digər qədim abidələr ya məhv edilmiş, ya da ağır ziyan görmüşdür. Cəbrayılın tarixi-mədəni irsinə qarşı törədilən bu barbarlıq beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı cinayət kimi qiymətləndirilməlidir.

2020-ci ilin sentyabr-oktyabr aylarında Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıqla apardığı əməliyyatlar nəticəsində 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi azad edilmişdir. Bu qələbə cəbhənin digər istiqamətlərində uğurlu hərbi əməliyyatlara zəmin yaratmış, nəticədə Zəngilan, Qubadlı və Laçın rayonlarının bir hissəsi də işğaldan azad olunmuşdur. Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması isə həm rəmzi, həm də siyasi baxımdan əvəzolunmaz hadisə olmuşdur.

Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilmiş, 22 mindən çox hərbçi bu orden və medalla təltif olunmuşdur. Bu addım həm döyüşçülərin qəhrəmanlığının qiymətləndirilməsi, həm də tarixi Qələbənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Cəbrayılın işğaldan azad olunması ilə yeni inkişaf mərhələsi başlamışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ərazidə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması, sənaye parklarının, logistika mərkəzlərinin, istehsal müəssisələrinin inşası rayonun iqtisadi potensialını genişləndirir. Elektrik təchizatının bərpası, müasir avtomobil yollarının çəkilməsi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd dəhlizinin tikintisi Cəbrayılı regionun strateji mərkəzlərindən birinə çevirir.

2023-cü ildə təsdiqlənmiş “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən, şəhərdə 15 mindən çox əhalinin məskunlaşacağı nəzərdə tutulur. Yeni yaşayış binaları, məktəblər, bağçalar, tibb müəssisələri, sosial və mədəni obyektlər müasir standartlara uyğun şəkildə inşa olunur. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərində də bərpa işlərinə başlanmış, ilk köç karvanları 2024-cü ildə Cəbrayıla qayıtmışdır.

İşğaldan sonra ölkə başçısı cənab İlham Əliyevin dəfələrlə Cəbrayıla səfərləri bölgənin bərpasına verilən xüsusi önəmin göstəricisidir. Burada yeni sənaye müəssisələrinin, məktəblərin, xəstəxanaların, sosial obyektlərin təməlqoyma mərasimləri keçirilmiş, ilk yaşayış kompleksləri və inzibati binalar istifadəyə verilmişdir. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Cəbrayılda beynəlxalq əməkdaşlıq layihələri həyata keçirilmiş, bu isə Azərbaycan-Türkiyə qardaşlığının real təzahürünə çevrilmişdir.

4 oktyabr – Cəbrayıl şəhəri günü yalnız bir qələbə tarixini deyil, həm də xalqımızın dönməz iradəsini, milli birliyini və yenidənqurma əzmini ifadə edir. Bu gün Cəbrayıl işğaldan azad edilmiş torpaqlarımız arasında həm strateji əhəmiyyəti, həm də müasir inkişaf imkanları ilə seçilir. Əhalinin doğma yurduna qayıdışı, infrastruktur layihələrinin icrası və iqtisadi yüksəlişin təmin edilməsi Cəbrayılın gələcəyini parlaq şəkildə formalaşdırır. Tarixi Qələbənin davamı olaraq, Cəbrayıl şəhərinin bərpası və inkişafı Azərbaycanın gücünü, iradəsini və dövlətçilik ənənələrinin möhkəmliyini əks etdirir.

Cavid Abaszadə,

Binəqədi rayonu Emin Əliyev adına 297 nömrəli tam orta məktəbin direktoru

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər